Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-562/2024 19.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, X1, Tələbkarın nümayəndəsi və vəkili Vəkil1, Borclu iştirakları ilə, İcra işi üzrə tələbkar X19 tərəfindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Paşa Paşazadənin hərəkətsizliyindən verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İcra işi üzrə tələbkar X19 şikayətlə məhkəməyə müraciət edərək, göstərilənlərə əsasən, Yasamal rayon icra şöbəsinin icra məmuru Paşa Paşazadənin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə hərəkətsizliyi qanunsuz hesab edilməsi və Yasamal rayon icra şöbəsinin üzərinə icra işi üzrə məhkəmə-psixoloji təyin edilməsi öhdəliyi qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal rayon icra şöbəsinin icra məmuru Paşa Paşazadənin icraatında Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən X2 xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək, 6 (altı) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilməsinə dair icra işi vardır. Qeyd olunan icra sənədindən öncə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 16(004)- 96/2024 saylı icra sənədinə əsasən X3 övladları - xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə hər həftənin şənbə günləri saat 11:30-dan 17:30-dək ünsiyyətdə olmalarına icazə verilmiş və uşaqların özlərinə məxsus olan telefonları ilə mütəmadi əlaqə yaratmağına edilən maneələr qadağan edilmişdir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, lakin Borclu tərəfindən məhkəmə qərarı icra edilməmişdir. Həmin icra işi üzrə borclunun məhkəmə qərarını icra edilməməsi ilə əlaqədar müxtəlif tarixlərdə aktlar tərtib edilmiş, xəbərdarlıqlar verilmiş, barəsində məcburi icra tədbirləri (icradan yayındığı üçün barəsində axtarış elan olunmuşdur) tədbiq edilmiş və mütəxəssislər cəlb edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli akta əsasən borclu tərəfindən yetkinlik yaşma çatmayan uşaqlar anaları tərəfindən təsir altında olduğundan ataları ilə görüşməkdən imtina etmişlər. xx.xx.2024-cü il tarixli akta əsasən Borclu ümumiyyətlə uşaqları icra şöbəsinə gətirməmiş və tələbkar ilə mübahisə yaradaraq qeyri-etik hərəkətlər etmişdir. Həmçinin qərarın “uşaqların özlərinə məxsus olan telefonları ilə mütəmadi əlaqə yaratmağına edilən maneələr qadağan edilmişdir” hissəsində uşaqların ataları ilə ünsiyyətin kəsmək məqsədilə borclu tərəfindən telefon nömrəsi sındırılmış, whatsap tətbiqi silinmiş və telefon satılmışdır. Borclu öncə bildirmişdir ki, nömrəni oğlu Cəmil sındırıb, lakin məhkəmə prosesində məlum olmuşdur ki, Cəmil bunu etməmiş və ümumiyyətlə nömrəni telefondan çıxarmağı bacarmır. Həmçinin, icra məmurunun qərarı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X23 Xəstəxanasından icra şöbəsinə mütəxəssis dəvət edilmişdir. Həmin qurumun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhər, Yasamal rayon İcra şöbəsində xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə kliniki müsahibə aparmışdır. Müsahibənin məqsədi uşaqların ataya qarşı neqativ münasibətinin obyektiv səbəblərini araşdırmaq idi. Uşaqların gətirdiyi səbəblər yetişkinlərin dilindən eşitdikləri fikirlərə uyğun idi. Bunun səbəbi ananın birbaşa manipulyativ təsiri ilə əlaqələndirilsə də bu yaş dönəmindəki uşaqların ətrafda baş verənləri ananın yəni qayğı verənin dilindən analiz etməsi normaldır və qaçınılmazdır. İcra zamanı valideynlərin hər ikisinin bir birinə qarşı neqativ emosional ünsiyyətinin uşaqları çox qorxutduğunun, psixoloji gərgin vəziyyətə saldığının şahidi olmuşdur. Uşaqların ata ilə ünsiyyətinin yaxşılaşdırılması ata ilə görüşlərin normallaşdırılması üçün psixoloji reablitasiya seanslarının keçirilməsi tövsiyyə edilmişdir. Daha sonra icra məmuru tərəfindən əlavə “Orvita” X4 mütəxəssis dəvət edilmiş və həmin qurumun rəhbəri tərəfindən xx.xx.2024-cü il tarixli 014 rəy verilmişdir. Həmin rəyə əsasən, valideyinlər arasında baş verənlər uşaqların psixoloji olaraq, inkişafına və şəxsiyyətin inkişafına, koqnitiv bacarıqların formalaşmasına ciddi xələl gətirilməsi, ananın qeyri-adekvat hərəkətləri, uşaqları psixoloji seanslardan (dilində desədə) çəkindirməsi, qarşıya uyğun gəlməyən söz yığmı qoyması, uşaqları psixoloji basqı altında saxlaması real olaraq görünməsi, psixoloqun dəfələrlə xəbərdarlıq eməsinə baxmayaraq, təhdidedici fikirlərlə münasibəti mürəkkəbləşdirməsi Sevinc xanımın psixoloji vəziyyətin heç də yaxşı olmaması, itirmə qorxusu yaşaması və uşaqları ataya qarşı manipulyativ hərəkətlərə sövq etməsi açıq aşkar görünməsi qeyd edilmiş və ananın psixoloji seanslara cəlb olunması və diqqət mərkəzində saxlanılması, ehtiyac olduğu halda medikamentoz müalicəyə cəlb olunması qeyd edilmişdir. Hətta, “Orvita” X9 tərəfindən Yasamal rayon icra şöbəsinə əlavə məktub göndərilmiş və həmin məktubda Borclu mütəxəssisə təzyiq göstərilməsi, xeyrinə rəy verilməsi üçün rüşvət təklif edilməsi öz əksini tapmışdır. İcra məmuru tərəfindən görülən Məhkəməsinin xx.xx.2024-cü il tarixli, əsasən həyata keçirilmiş lakin atanın övladları ilə görüşməsi baş tutmamışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)- 1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə icra məmuru tərəfindən atanın övladları ilə görüşməsini təmin edilməsi ilə bağlı hər hansı tədbirlər görülməmişdir. Belə ki, icra məmuru tərəfindən 2024-cü ilin sentyabr ayından etibarən hər şənbə günü ancaq aktlar tərtib edilmiş və digər icra iş materiallarında mövcud olan rəylərə istinad edilməmiş və iş üzrə mütləq şəkildə mütəxəssis cəlb edilməli olduğu halda hər hansı tədbirlər görülməmişdir. Dəfələrlə tərəflərindən uşaqların təsir altında olmasını müəyyən edilməsi üçün mütəxəssis cəlb edilməsi və ya psixoloji ekspertiza təyin edilməsi barədə qərar qəbul edilməsini tələb etməyinə baxmayaraq icra məmuru tərəfindən bu barədə hər hansı qərar qəbul edilməmişdir. Borclu müxtəlif vaxtlarda ümumiyyətlə icra məmurunun çağrışlarına əhəmiyyət verməmiş və uşaqları ataları ilə görüşməsi üçün gətirməmiş, uşaqları gətirdiyi halda isə əsassız mübahisələr yaradaraq məhkəmə qərarının icrasına süni formada maneəçilik yaratmışdır. Ümumiyyətlə yetkinlik yaşına çatmayan uşaqları könüllü surətdə evdə atalarına təhvil verməkdənsə, onları icra şöbəsinə gətirmiş, bəzi hallarda isə tələbkar və icraçının etirazına baxmayaraq, qərarı icra edirmiş kimi, tələbkara təsir etmək məqsədi ilə uşaqları atalarının birinci ailəsi yaşadığı ünvana aparmış (bu hal təkrarlandığı üçün barəsində kiçik xuliqanlığa görə polis tərəfindən cərimə protokolu tərtib edilmişdir) mübahisələr yaradaraq uşaqları mütəmadi psixoloji sarsıntılara məruz qoymuşdur. Hesab edir ki, icra işi üzrə icra məmuru tərəfindən borclunun qanunsuz hərəkətlərinin qarşısının alınması və uşaqların ataları ilə hansı səbəbdən görüşməkdən imtina edilməsini müəyyən edilməsi məqsədilə mütəxəssis cəlb edilməli və ya iş üzrə psixoloji ekspertiza təyin edilməlidir. Borclu şikayətə etiraz təqdim edərək, bildirmişdir ki, müvafiq şikayətdə hazırkı iş üzrə bir sıra əhəmiyyətli məsələlər məqsədyönlü şəkildə təhrif edilmiş və guya onun övladlarına ataları ilə görüşmək mövzusunda psixoloji təsirlər etdiyi görüntüsü yaradılmışdır. Müvafıq şikayətdə guya onun məhkəmə qərarının icrasına maneələr törətdiyi qeyd edilmiş və bir sıra həqiqətə uyğun olmayan məsələlərə yer verilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli qərarın icrası ilə əlaqədar övladları istəməsə də, müvafiq tarixlərdə məcburi şəkildə onların ataları ilə görüşünü təmin etmişdir. Talışxanov Savalan bu görüşlərin bəzilərində iştirak etməmiş (xx.xx.2024-cü il tarixli akta əsasən) iştirak etdiyi görüşlər zamanı isə psixoloji gərginlik yaratmaqla, övladlarını mənəvi cəhətdən yormaqla onların sağlamlığına daha da mənfi təsir göstərmişdir. Uşaqlarla görüş zamanı Talışxanov Savalan bir neçə dəfə övladlarına oyuncaqlar vermiş, lakin uşaqlar onunla getmək istəmədiyinə görə həmin oyuncaqları uşaqlardan geri alaraq özü ilə aparmışdır. Talışxanov Savalan 2024-cü il may, iyun və iyul ayları ərzində ümumiyyətlə heç bir görüşdə iştirak etməmiş və telefon vasitəsilə də övladları heç bir şəkildə əlaqə yaratmamışdır. Bu müddət ərzində Yasamal Rayon İcra şöbəsindən görüşlərin keçirilməsi ilə bağlı heç bir əməkdaş onlarla əlaqə saxlamamışdır. Avqust ayından etibarən uşaqlarla ataları arasında yenidən görüşlər keçirilməyə başlanmışdır. Talışxanov Savalanın görüşlər zamanı hər dəfəsində mübahisə yaratması, psixoloji gərginliklərə səbəb olması həm onun, həm də övladlarının sağlamlığına ciddi şəkildə ziyan vurmuşdur. Övladları hal-hazırda immunitet çatışmazlığından və xüsusi olaraq qlütenə qarşı dözümsüzlük və ferment çatışmazlığı xəstəliklərindən əziyyət çəkir. Müvafiq xəstəliklərə görə övladları daimi olaraq nəzarətində olmaqla müalicə alırlar. Talışxanov Savalan isə bir ata kimi övladlarının xəstə olduğunu bildiyi halda bu məsələyə laqeyd yanaşaraq, onların müalicəsi və sağalması üçün heç bir cəhd göstərmir. Bunun əksinə Talışxanov Savalan psixoloji gərginlik yaratmaqla, övladlarını mənəvi cəhətdən yormaqla onların sağlamlığına daha da mənfi təsir göstərir. Qarşı tərəf öz şikayətində xx.xx.2024-cü il tarixli akta istinad etmiş və guya uşaqların onun təsiri altında olduğunu iddia etmişdir. Bildirir ki, həmin tarixdə uşaqları onlar istəməsə də, ataları ilə görüşməyə aparmış və həmin görüşdə heç bir mütəxəssis iştirak etməmişdir. Sonda uşaqlar ataları ilə getmək istəmədiyinə görə icra məmuru Erol Kazımlı tərəfindən belə bir məzmunda qərəzli akt tərtib edilmişdir. Qeyd etməlidir ki, icra məmuru Erol Kazımlı məhz ona və övladlarına qarşı qərəzli və qanunsuz hərəkətlərinin nəticəsində digər icra məmuru Paşa Paşazadə ilə əvəz edilmişdir. Eləcə də müvafiq şikayətdə guya onun uşaqların ataları telefon vasitəsilə ünsiyyətinə maneələr yaratdığı və uşaqların istifadə etdiyi telefondan nömrəni çıxarmaqla telefonu satdığı qeyd edilmişdir. Halbuki həmin telefon hal-hazırda onların istifadəsindədir. Nömrə məsələsinə gəldikdə isə həmin nömrə Talışxanov Savalana məxsus olduğundan onlar ayrıldıqdan sonra şəxsi və iş həyatında problemlər yaranmasın deyə həmin nömrəni başqa nömrə ilə əvəz etmişdir. Şikayətdə qeyd edilənin əksinə olaraq, Talışxanov Savalan özü onlara məxsus telefon nömrələrini bloklamış. Müvafiq proqramlar vasitəsilə övladları ilə heç bir şəkildə əlaqə saxlamamış, onların problemləri və səhhəti ilə maraqlanmamışdır. Məhz qeyd etdiyi səbəblərdən uşaqlar əksər hallarda atalan ilə görüşlərə getməkdən imtina etmişlər. Digər bir qeyd etməli olduğu xüsusat isə ondan ibarətdir ki, qarşı tərəf öz şikayətində Orvita X7 məktubuna istinad edərək guya onun “Orvita" X7 psixoloqu X18 rüşvət təklif etdiyini iddia etmişdir. Nəzərinizə çatdırır ki, bu iddia tamamilə əsassızdır və o heç vaxt Məmmədova Ramidəyə rüşvət təklif etməmişdir. O, Məmmədova Ramidə ilə görüş zamanı ondan yalnız bir ana kimi ədalətli psixoloji rəy verməsini xahiş etmişdir. Lakin Orvita X7 müvafiq məktubu və rəyi qərəzli şəkildə tərtib edilmişdir. Belə ki, Talışxanov Savalan övladları barədə hər hansı mövcud planını reallaşdırmaq məqsədilə özünün əlaqələrindən istifadə edərək Orvita X9 tərəfindən onun barədə qərəzli rəy və məktub təqdim edilməsinə nail olmuşdur. Əlavə olaraq bildirir ki, o, Orvita X7 bu qərəzli mövqeyi və rəyi ilə əlaqədar Nizami rayonu Prokurorluğuna müraciət etmiş və bu məsələ ilə bağlı müvafiq qurumda araşdırma aparılır. Daha sonra müvafiq şikayətdə guya onun qəsdən uşaqları görüş üçün Yasamal İcra şöbəsinə gətirdiyi və uşaqları ataları ilə görüş üçün onun yaşadığı ünvana aparmağıyla əlaqədar kiçik xuliqanlığa görə cərimə edildiyi qeyd edilmiş və ona faktiki olaraq böhtan atılmışdır. Qeyd etməlidir ki, o, dəfələrlə Talışxanov Savalana onlara yaşadığı ünvan yaxınlığında görüşməyi təklif etsə də, qarşı tərəf israrla uşaqları Yasamal Rayon İcra Şöbəsinə gətirməyini tələb etmişdir. Şikavətdəki digər yalan xüsusatla əlaqədar qeyd etməlidir ki, qarşı tərəfi qabaqcadan xəbərdar etməklə xx.xx.2024-cü il tarixində görüş üçün uşaqlarla birlikdə Talışxanov Savalanın yaşadığı ünvana getməyinə baxmayaraq, Talışxanov Savalan görüşdə iştirak etməmişdir. Hansı ki, Talışxanov Savalanın digər oğlu qapını açmış və bizə kobud münasibət göstərmişdir. Təxminən 1 saat həmin ünvanda gözləməklərinə baxmayaraq, Talışxanov Savalan görüşə gəlməmiş və gəlib-gəlməyəcəyi barədə onlara heç bir məlumat verməmişdir. X31 həmin gün onların onu narahat etdiklərini iddia edərək onların barəsində polisə əsassız olaraq şikayət etmişdir. Polis tərəfindən çağrılaraq izahatı alınmış və qeyd edilənin əksinə olaraq onun barəsində kiçik xuliqanlığa görə heç bir cərimə tətbiq edilməmişdir. Qeyd etdiyi məsələlər Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli aktında öz əksini tapmışdır. Həmçinin müvafiq şikayətdə guya icra məmurunun 2024-cıi ilin sentyabr ayından etibarən iş üzrə mütləq şəkildə mütəxəssis cəlb edilməli olduğu halda hər hansı tədbirlər görmədiyi qeyd edilmişdir. Lakin həmin tarixdən etibarən dəfələrlə uşaqlarla görüşdə mütəxəssis və psixoloqlar iştirak etmiş, hətta icra məmuru Paşa Paşazadə uşaqlarının psixi pozuntuları olmadığı halda onlara psixiolji reabilitasiya seanslarının keçirilməsi barədə xx.xx.2024-cü il və xx.xx.2024-cii il tarixli qərarlar qəbul edərək, onların icrası üçün AR Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinə müraciət etmişdir. Müvafıq qurum tərəfindən təqdim edilən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli hər iki cavab məktubunda uşaqların psixi pozuntularının olmaması halında psixoloji reabilitasiya seanslarının keçirilməsi məqsədəuyğun hesab edilməmişdir. Eləcə də cavab məktublarında müvafiq qurumda uşaqlara psixoloji reabilitasiya seanslarının keçirilmədiyi və bu məsələ ilə bağlı digər qurumlara (AR Ailə Qadın və Uşaq problemləri üzrə dövlət komitəsinə. İcra Hakimiyyətinin yetkinlik yaşma çatmayanların işləri, hüquq müdafiəsi üzrə komissiyasına) müraciət edilməsi qeyd edilmişdir. Qeyd etməlidir ki, qarşı tərəf uşaqların ataları ilə görüşməmək səbəbinin müəyyən edilməsi üçün məhkəməpsixoloji ekspertizanın keçirilməsi vəzifəsinin müvafıq icra qurumunun üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Uşaqlar ataları onların qayğısına qalmadığına, onlarla heç bir şəkildə mehriban ünsiyyət qura bilmədiyinə, onlara qarşı həm əvvəllər, həm də hazırda kobud şəkildə davrandığına, onları həmişə qapalı şəraitdə saxladığına, parkda, həyətdə öz yaşıdları ilə oynamağa, hər hansı gəzintiyə getməyə icazə vermədiyinə görə ondan qorxurlar və bunun təsiri altında onunla görüşməkdən imtina edirlər. Ataları ilə görüşdə uşaqlar söhbət zamanı dəfələrlə yuxarıda qeyd etdiyi səbəblərdən onunla görüşmək istəmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən X20 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi nümayəndəsi və vəkili Vəkil1 həmçinin etirazın məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu şikayətə etiraz olaraq verdiyi ərizənin məzmununa uyğun izahat verərək, şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş icra işi üzrə icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, icra işini və proses iştirakçılarının izahatını araşdıraraq hesab edir ki, verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X14 xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək, 6 (altı) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilməsi, İddiaçı X14 xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 10:00-dan saat 17:00-dək, 7 (yeddi) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilməsi, iddiaçı X11 valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olaraq övladı - xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar ertəsi, çərşənbə və cümə axşamı günləri 1 (bir) saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, telegram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrlə) ünsiyyətdə olmaq hüququnun müəyyən edilməsi, bu hissədə ünsiyyətdə olmaq qaydasının Borclu tərəfindən təşkil edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Qərar və tələbin könüllü icrası haqqında bildiriş xx.xx.2024-cü il tarixdə borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, iş üzrə X1, Borclu, hal şahidləri X12 və X5 iştirakı ilə bu aktı tərtib edildi ondan ötrü ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-96/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən “X3 övladlarıxx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə hər həftənin şənbə günləri saat 11:30-dan 17:30-dək ünsiyyətdə olmalarına icazə verilsin və uşaqların özlərinə məxsus olan telefonları ilə mütəmadı əlaqə yaratmağına edilən maneələr qadağan edilsin.” Qeyd olunan vaxtda tərəflər Yasamal rayon İcra şöbəsinin inzibatı binasında olmuşdurlar. Uşaqlar ata ilə getməkdən imtina etdilər, uşaqlar ilə profilaktik söhbətlər aparıldı. Uşaqların təsir altında olduğu tərəflərindən müyyən olundu və bununla bağlı mütəxəssin iştirakına zərurət yaranmışdır. Həmin akta Borclu qeyd etdi ki, “Ana uşaqları ilə icra məmurunun iştirakı ilə övladların atası ilə görüşməsi ilə bağlı uşaqlar ilə profilaktika söhbət aparmamış əksinə qarşısını almış. Anası olaraq, uşaqları təsiri altında saxlanarkən söhbətin qarşısını almırar, uşaqları gətirmişəm, özləri ataları ilə getmək istəmirlər.” xx.xx.2024-cü il tarixli aktdan görünür ki, iş üzrə tələbkar X19, Borclu və X12 iştirakı ilə bu akt tərtib edilir ondan ötrü ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 96/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən “X3 övladları-xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-cı il təvəllüdlü X17 ilə hər həftənin şənbə günləri saat 11.30dan 17.30-dək ünsiyyətdə olmalarına icazə verilsin və uşaqların özlərinə məxsus olan telefonları ilə mütəmadi əlaqə yaratmağına edilən maneələr qadağan edilsin.” İcra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixində iş uzrə tələbkar X19 qeyd olunan vaxtda Yasamal rayon İcra şöbəsinin inzibati binasında oldu. Lakin Borclu şöbəyə tək gələrək mübahisə yaratmış, qeyri-etik davranaraq uşaqların atası olan X15 nalayıq sözlərlə təhqir etmiş və üzərinə tüpürmüşdür. Həmin akta Borclu əlavə etmişdir ki, “Qol çəkməkdən imtina edirəm. Qarşı tərəf mənim şərəf və ləyaqətimə toxunur, uşaqlara psixoloji təzyiq göstərir, mənə iftira atır və təhqir edir.“ Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X8 Kliniki psixoloq Günel Məmmədova tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 1/1989 saylı məktubdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayon İcra şöbədində xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə kliniki müsahibəsini aparmışdır. Müsahibənin məqsədi uşaqların ataya qarşı neqativ münasibətinin obyektiv səbəblərini araşdırmaq idi. Uşaqların gətirdiyi səbəblər yetişkinlərin dilindən eşitdikləri fikirlərə uyğun idi. Bunun səbəbi ananın birbaşa manipulyativ təsiri ilə əlaqələndirilsə də bu yaş dönəmində ki, uşaqların ətrafda baş verənləri ananın, yəni qayğı verənin dilindən analiz etməsi normaldır və qaçınılmazdır. İcra zamanı valideyinlərin hər ikisini bir birinə qarşı neqativ emosional ünsiyyətinin uşaqlara çox qorxutduğunun, psixolojı gərgin vəziyyətə saldığının şahidi olmuşdur. Uşaqların ata ilə ünsiyyətinin yaxşılaşdırılması ata ilə görüşlərin normallaşdırılması üçün psixolojı reabilitasiya seansların keçirilməsini tövsiyyə etmişdir. “Orvita” X10 tərəfindən verilmiş 014 saylı, 13 sentyabr 2024-cü il tarixli yekun rəydə qeyd edilir ki, boşanma davası açmış hər iki şəxsin arasında baş verənlər uşaqların psixoloji olaraq, inkişafina və şəxsiyyətin inkişafına, koqnitiv bacarıqların formalaşmasına ciddi xələl gəlirir. Bu da cəmiyyətin gələcəkdə təhlükəli insanlarla üz-üzə qalmasına zəmin yarada bilər. Bu halların aradan qaldirılması üçün ata Savalan bəy və ana Sevinc xanımla ciddi müzakirə yönümlü söhbətlər aparılmalı, hər hansı bir narazılıq və ya etiraz olunarsa, uşaqların həmin insana verilməsinin qarşısı alınmalıdır. Hazırda situasiya onu təsdiq edir ki, uşaqlar ananın yanındadır. Ananın bu cür qeyri-adekvat hərəkətləri, uşaqları psixoloji seanslardan çəkindirməsi, qarşıya uyğun gəlməyən söz yığını qoyması, uşaqları psixoloji basqı altında saxlaması real olaraq görünür. Psixoloqun dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, təhdidedici fikirlərlə münasibəti mürəkkəbləşdirməsi Sevinc xanımın psixoloji vəziyyətinin heç də yaxşı olmaması, itirmə qorxusu yaşaması və uşaqları ataya qarşı manipulyativ hərəkətlərə sövq etməsi açıq aşkar görünür. Bu hərəkətlər uşaqlara qarşı psixolojı şiddət hesab olunur. Uşaqlar himayəsində olduğu insan tərəfindən heç də təhlükəsiz hesab olunmur. Uşaqlar psixoloji seanslara cəlb olunmalıdır. Əgər uşaqlar hazırda ananın himayəsindədirlərsə və ataya qarşı, ətrafa qarşı, yaxın qohumlara qarşı mənfi təsir davam edirsə, ana psixoloji seanslara cəlb olunsun və diqqət mərkəzində saxlanılsın. Ehtiyac olunduğu halda medikamentoz müalicəyə cəlb olunsun. “Orvita” X10 tərəfindən verilmiş məlumatdan görünür ki, o (X22) icraçının yanında (xx.xx.2024) saat 16:45-də valideynlərin də seansa cəlb olunmasını təklif etmişdi. Buna baxmayaraq, Sevinc xanım “mən dəli deyil niyə gəlim ?” Kimi fikri ilə seansdan imtina etdi. Savalan bəy isə xx.xx.2024 saat 13:00-da seansa gəldi. Buna baxmayaraq, 24, 26, 30, 31 avqust, 02, 04 tarixində uşaqların seansa gəlməsini, onların psixoloji durumunun önəmli olmasını, gələeəkdə yaranacaq psixoloji problemlərin artmasının qarşısını almaq üçün bu gün seanslar olmalıdır, kimi fikirlər Sevinc xanım oyatmadı. 24.08.24 tarixində yazılı həkimə bildirdi ki, “Ramida xanım sizi görmək istəyirəm” Həftənin 5-ci günü gəldi ona rüşvət təklif etmişdir. Bu işi onun (borclunun) xeyrinə yazın kimi, yalvarış dolu təklif etmişdir. Həkim qəti şəkildə imtina etmişdir. “Siz bu hərəkətinizlə səhvsinizi boynunuza alırsınız”, yüksək tonda cavab verdi ki, “sizin şəxsi münasibətlərinizdən uşaqlar əziyyət çəkir, onlar bu vəziyyətdən çox narahatdılar, qorumalıyam” deyərək, otağı tərk etməsini istəmişdir. O (borclu) qapının ağzında ağladı. Yenə də həkim onu sakitləşdirdi. “Uşaqları atasına verin, atası onlara pul xərcləsin, bazarlıq etsin, gəzməyə aparsın” deyəndə yenə də öz bildiyi kimi cavablar verdi. Özü də bilmədən “telefon nömrəsini özünün qəsdən sındıraraq atdığını və atanın onunla (Sevinc xanımla) əlaqə saxlamasını” tələb eydiyini bildirdi. Həmin gündən sonra həkimə təhdidcdici yazılar yazdı. Paranoyal fikirlər ifadə edirdi. Həkimə hədə-qorxu gəlməyə cəhd edirdi. Həkim hər şeyin qanunla tənzimlənəcəyini və haqq öz yerini tapacaq fikrini ifadə etdmişdir. Sonra isə telefonda həkim səsli sms göndərdi ki, uşaqları gətirsin seansa. Sms oxunub, amma cavablanmayıb. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurları X27, X39, iş üzrə tələbkar X19 bu aktı tərtib etdilər ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-1816/2024-015 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən “X2 xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək, 6 (altı) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilsin. X2 xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 10:00-dan saat 17:00-dək, 7 (yeddi) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilsin. X1 valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsi ilə əlaqədar olaraq övladı - xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar ertəsi, çərşənbə və cümə axşamı günləri 1 (bir) saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, telegram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrle) ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. Bu hissədə ünsiyyətdə olmaq qaydası Borclu tərəfindən təşkil edilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə saat 11:00-da uşaqların ata ilə görüşməsinə şərait yaradılması və qeyd olunan tarixdə X19 uşaqları gəlib evdən (X11 tutduğu kirayə mənzildən) götürəcəyi barədə iş üzrə borcluya Borclu əvvəlcədən məlumat verilmişdir. Qeyd olunan tarixdə icra məmurları X27, X39 və iş üzrə X1 iştirakı ilə ünvan 3 ünvanında oldular. Mənzilin qapısı dəfələrlə döyüldü lakin qapını açan olmadı. İş üzrə borcluya Borclu telefon vasitəsilə (***- ***-**-**) əlaqə yaradıldı lakin telefonu açan olmadı. Görüş baş tutmadı. Bununla bağlı videogörüntü qeydə alındı. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurları X27, iş üzrə tələbkar X19, iş üzrə Borclu, iş üzrə borclunun nümayəndəsi Vəkil2, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasının aparıcı məsləhətçisi (məsləhətçi psixoloq) X32, hal şahidi X25 bu aktı tərtib etdilər ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)-1816/2024-015 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən əsasən X2 xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək, 6 (altı) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilsin. X2 xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 10:00-dan saat 17:00- dək, 7 (yeddi) saat, sərbəst ünsiyyətdə olmaq hüququ verilsin. X1 valideynlik və ünsiyyət hüquqlarının həyata keçirilməsisilə əlaqədar olaraq övladı- xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə ünsiyyətdə olması üçün hər həftənin bazar ertəsi, çərşənbə və cümə axşamı günləri 1 (bir) saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, telegram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrlə) ünsiyyətdə olmaq hüququ müəyyən edilsin. Bu hissədə ünsiyyətdə olmaq qaydası Borclu tərəfindən təşkil edilməlidir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasından mütəxəssislərin (məsləhətçi psixoloqların) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzindən (məsləhətçi psixo oqların) dəvət olunması barədə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Qərar qəbul olunmuş bu barədə tərəflərə rəsmi məlumat verilmişdir. xx.xx.2024-cü il tarixdə iş üzrə tələbkar X19, iş üzrə Borclu uşaqları ilə birlikdə, iş üzrə borclunun nümayəndəsi Vəkil2, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasının aparıcı məsləhətçisi (məsləhətçi psixoloq) X32 Bakı şəhəri, hal şahidi və tərcüməçi X6 rayon İcra şöbəsinə dəvət olundular. Mütəxəssis tərcüməçinin iştirakı ilə uşaqların hər biri ilə və iş üzrə tərəflərin hər biri ilə söhbət apardı. Mütəxəssisin qeydi: xx.xx.2024-cü il tarixdə məhkəmə qərarının icrasını təmin etmək etmək məqsədilə Yasamal rayon İcra Hakimiyyətinin YYÇİHM üzrə Komissiyasının aparıcı məsləhətçisi (məsləhətçi psixoloq) X32 ünsiyyət hüququnun həyata keçirilməsi zamanı azyaşlılar ilə ayrılıqda söhbət aparılarkən, məlum oldu ki, azyaşlıların hərəkətlərində və davranışında qorxu hissi, həyəcan və psixoloji gərginlik müşahidə olunur. Söhbər äparılarkən, eləcə də işin gedişində suallara cavab verərkən durğunluq keçirilir, sanki hansı cavab verəcəklərindən narahatdırlar. Azyaşlılar ataları ilə sərbəst şəkildə ünsiyyətdə oldu, görüş vaxtı atalarının onlara bağışladığı oyuncaq-maşınla oynamaqları aydın görünmüşdür. Odur ki, azyaşlıların ata ilə görüş saatlarının vaxtlı-vaxtında keçirilməsinə nəzarət məqsədəuyğundur. Həmin akta əlavə olaraq, Borclu qeyd etdi ki, “X38 yenidən icraçının otağında uşaqların yanında mübahisə yaratmış, vəkilinin şəxsiyyətini alçaltmış və psixoloji təzyiqlər göstərməkdə davam etməkdədir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1457/2024 saylı, 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Borclu şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 3(004)-3524/2024 saylı qərarın ləğv edilmiş; Borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və o, inzibati məsuliyyətdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra məmuru X28, Borclu və X12 iştirakı ilə bu aktı tərtib edirik ondan ötrü ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)- 96/2024-002 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən “X3 övladları-xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə hər həftənin şənbə günləri saat 11:30dan 17:30-dək ünsiyyətdə olmalarına icazə verilsin və uşaqların özlərinə məxsus olan telefonları ilə mütəmadi əlaqə yaratmağına edilən maneələr qadağan edilsin.” İcra sənədinin icrası ilə əlaqədar olaraq, xx.xx.2024-cü il tarixində icra prosesi təyin olunmuş psixoloq dəvət edilmiş və daha sonra psixoloq uşaqlarla profilaktik söhbətlər aparmış, rəyini rəsmi surətdə icra şöbəsinə göndərəcəyini bildirmiş və bu barədə həmin tarixdə akt tərtib olunmuşdur. İş üzrə Borclu uşaqlarla birlikdə xx.xx.2024-cü il tarixində ona bildirilmədiyi təqdirdə Yasamal rayon İcra şöbəsinə gəlmiş lakin iş üzrə tələbkar X19 isə icra sənədinin icrasını təmin etmək məqsədilə psixoloqun rəsmi rəyini gözlədiyindən şifahi məlumatı əsasında Yasamal rayon İcra şöbəsinə gəlməyəcəyini bildirmişdir. Həmin akta Borclu əlavəsinə əsasən “bu gün (04.05.24) səhər Əliyeva uriyə ona zəng etmiş, ata S. Tallışxanov uşaqlarla görüşüb, götürmək istədiyini bildirmişdir. Mən həmişəki kimi müvəqqəti qərara əsasən uşaqları qərardadda göstərilən gün və vaxtda bu gün uşaqları onların istəyi olmasa da, gətirdim. Lakin qarşı tərəf gəlməyib. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, 02 iyul 2024-cü il tarixli icra sənədinə əsasən X2 xx.xx.2016-cı il təvəllüdlü X16 və xx.xx.2017-ci il təvəllüdlü X17 ilə hər həftənin şənbə günü saat 11:00-dan saat 17:00-dək, 6 (altı) saat, davam edən bayram günlərinin (Qurban, Ramazan, Novruz və Yeni il) ikinci günü saat 10:00-dan saat 17:00-dək, 7 (yeddi) saat sərbəst ünsiyyətdə olmaq hüququ verilməsi, hər həftənin bazar ertəsi, çərşənbə və cümə axşamı günləri 1 (bir) saat olmaqla videogörüntülü zəng vasitəsilə (whatsapp, skype, telegram və s. videogörüntülü zəng funksiyasını dəstəkləyən tətbiqetmələrlə) ünsiyyətdə olmaq hüququ, bu hissədə ünsiyyətdə olmaq qaydasının Borclu tərəfindən təşkil edilməsi müəyyən edilmişdir. Buna baxmayaraq, icra sənədinin icasında çətinliklər yaranmış, atanın övladları ilə görüşü təmin edilməmişdir. Nəticə etibatrilə, icra sənədi üzrə tələbkar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, icra işinin materialları icra sənədi icrası ilə əlaqədar icra məmurunun hərəkətsizliyi öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilərək, Yasamal rayon icra şöbəsinin icra məmuru Paşa Paşazadənin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə hərəkətsizliyi qanunsuz hesab edilməli və Yasamal rayon icra şöbəsinin icra məmuru Paşa Paşazadənin üzərinə mütəxəssis rəyinin alınması öhdəliyi qoyulmalıdır. Şikayət qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Yasamal rayon icra şöbəsinin icra məmuru Paşa Paşazadənin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1816/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə hərəkətsizliyi qanunsuz hesab edilsin. Yasamal rayon icra şöbəsinin icra məmuru Paşa Paşazadənin üzərinə mütəxəssis rəyinin alınması öhdəliyi qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-562/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-562/2024
19.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver