Məhkəmə qərarları › İş №8(004)-567/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-567/2022

16.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-567/2022 16.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1598/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1598/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-nin rəhbəri X2 1262.55 manat məbləğındə pul tutularaq tələbkar X1 ödənilməlidir. Qeyd olunan icra sənədi özrə xx.xx.2020-ci il tarixində başlanmış icraat zamanı icra sənədinin icrası borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə borclu "xxxx" MMC-nin rəhbəri X5 şöbəyə dəvət edilmişdir, lakin o müxtəlif bəhanələr gətirərək icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Bundan sonra borclu "xxxx" MMC-nin rəhbəri X5 adına olan mobil telefon (***-***-**-**) nömrəsi ilə əlaqə saxlamış, lakin şöbəyə gəlməmişdir. Göstərilənlərə əsasən xx.xx.1971-ci il təvəllüdlü, Bakı şəhəri Yasamal rayonu H.ünvan 1 ünvanında qeydiyyatda olan X3 Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1598/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, borclu "xxxx" MMC-dən 1262.55 (bir min iki yüz altmış iki manat əlli beş qəpik) manat məbləğındə tutularaq tələbkar X1 ödənilməlidir. Təqdimata əlavə edilmiş Elektron Sistemdən göndərilmiş SMS bildirişin göndərilməsi çıxarışından görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən X4 məxsus ***- ***-**-** saylı mobil nömrəsinə icra məmurunun çağırışına 5 gün müddətində gəlməyəcəyi təqdirdə onun məcburi gətirilməsi barədə məhkəməyə təqdimatla müraciət olunacağı haqqında bildiriş göndərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1598/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu "xxxx" MMC-nin rəhbəri X5 barəsində məcburi gətirilmə tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1598/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası məqsədilə, xx.xx.1971-ci il təvəllüdlü, Bakı şəhəri Yasamal rayonu H.ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" - MMC-nin rəhbəri X5 Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar