Məhkəmə qərarları › İş №8(004)-567/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-567/2024

19.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-567/2024 19.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Tələbkar, X1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-236/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsi barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-236/2024 saylı icra sənədi üzrə borclu X4 məhkəməyə ərizə ilə müraciət edərək, hər ay tərəfindən 300 manat miqdarında hissə-hissə ödənilməsinə şərait yaradılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-236/2024 saylı qətnaməsinə əsasən cavabdeh (borclu) X4 20.000 manat əsas, 5.000 manat zərərin, 150 manat iddia ərizəsi üçün ödənilmiş rüsumun, cəmi 25.150 (iyirmi beş min yüz əlli) manat pulun cavabdehdən (borcludan) alınaraq, iddiaçı (tələbkar) Tələbkar ödənilməsinə dair iddia tələbi qismən təmin edilərək, 20.000 manat məbləğində vəsaiti və ödənilmiş 150 manat dövlət rüsumu tutularaq iddiaçı (tələbkar) Tələbkar xeyrinə ödənilməsi hissəsində təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. Həmin iş qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda işləmədiyini, ağır ailə vəziyyətini, eləcə də, evdə xəstəlikdən müalicə alan şəxsin olduğunu nəzərə alaraq, eləcə də, Azərb Resp. MPM-nin 231-ci maddəsinin müddəalarını rəhbər tutaraq, tələbin icrasının təmin edilməsi həm də borcluya könüllü olaraq, ödənişin yerinə yetirilməsi üçün şərait yaradılması, həm maddi, həm də prosessual normaların, təkcə imperativ tətbiqini deyil, eyni zamanda, icraya məruz qalmış tərəflərin Konstitusiya ilə nəzərdə tutulmuş humanizm prisniplərindən irəli gələn icra tətbirlərinin tətbiqinin təsbit edildiyini nəzərə alaraq icra işi üzrə qətnamə ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə yerbəyer olunması ilə bağlı obyektiv vəziyyətin nəzərə alınmasını münasib hesab edir. Məhkəmə iclasında iştirak edən borclu X4 ərizənin mahiyyətinə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdi. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, borclunun ucbatından özü borca düşüb, hal-hazırda başqasına özünün borcu var. Odur ki, ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmişdi. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-236/2024 saylı icra sənədindən görünür ki, cavabdeh X2 20.000 manat məbləğində pul və 150 manat manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə içra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası ücün çətinlik törədən və yaxud borclu ücün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin hissə-hissə icrası dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı, icra ediləcək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-236/2024 saylı icra vərəqəsi üzrə borclu X4 tərəfindən icra sənədi üzrə tutulmalı olan məbləği ödəmək iqtidarında olmadığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, habelə borclunun ödənilməli olan pulun hissə-hissə icra etməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağından hazırki ərizə əsassız olub rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 236/2024 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar