Məhkəmə qərarları › İş №8(004)-571/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-571/2022

16.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-571/2022 16.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi ilə, Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin və Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-272/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına baxaraq, Müəyyən etdi: Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-272/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.1972-ci il tarixdə anadan olan və Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi,dal.11,ev 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli qərarla icraata başlanmış Yasamal Rayon Məhkəməsinin 2(004)-272/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 340 (üç yüz qırx) manat məbləğındə pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə Borclu könüllü müəyyən olunmuş vaxtda borcun ödənilməsi üçün bildiriş göndərilməsinə, şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü tam təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırtmışdır. Bu səbəbdən borcun ödənilməsi təmin ediləmişdir. Məhkəmə qararı əsasında verilmişicra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməyi üçün və ölkədən getmək hududlarının tək etmək ehtimalı nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahış etmişdir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatın məzmununa uyğun izahat verərək, borclu tərəfindən könüllü icra müddətində hər hansı ödəniş edilmədiyini, 3820 manat məbləğində aliment borcu olduğunu nəzərə alaraq, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar 2020-ci ildən hər ay imkanı çatdığı qədər ödəyirmiş, pandemiya dövründə ödənişləri məlum səbəblərdən edə bilməmişdir, 3820 manat məbləğində aliment borcu olduğunu etiraf edir, lakin hal-hazırda da alimenti hər ay ödəyir. Təqdimatın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat verilsə də, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmidir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən hesab edir ki, təqdimata tələbkarın iştirakı olmadan baxılması mümkündür. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimatda göstərilənləri və icra işində olan məlumatları nəzərə alaraq və qeyd olunan qanunlara əsaslanaraq məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-272/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borcun ödənilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, 2(004)-272/2022 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 340 manat məbləğındə pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, borclu icra sənədinin 10 gün ərzində könüllü icra barədə, əks halda məcburi icra tədbirlərinin keçiriləcəyi barədə məlumatlandırılmışdır. İcra işindən görünür ki, borclunun hal-hazırda 3820 manat məbləğində aliment borcu var. Odur ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 492, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-272/2020 saylı, xx.xx.2020-il tarixli icra sənədinin icrası məqsədilə, xx.xx.1972-ci il tarixdə anadan olan və ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar