Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-572/2023 28.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-814/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “Kia Sorento” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-814/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 758/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 40.250 manat məbləğində pul Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədinin icrasına xx.xx.2022-ci il tarixli qərarla başlanmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. “İcra haqqında" Azərbaycan Respublikası Qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə iş üzrə Borclu mülkiyyətində olan “Kia Sorento” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olduğu məlum olmuş və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-814/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuşdur. İcraat zamanı Tələbkar Yasamal rayon İcra Şöbəsinə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək borclu tərəfindən ödənilməli olan məbləğlə bağlı aralarında razılaşma əldə olunduğunu bildirərək icra vərəqəsinin icra olunmadan geri qaytarılmasını xahiş etmişdir. Belə olan halda zərurət aradan qalxdığından Borclu məxsus daşınar əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi məhkəmədən xahiş edilmişdir. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun, tələbkarın və təqdimat verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra məmurunun təqdimatını və ona əlavə edilmiş sənədləri, icra işi materiallarını nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-814/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarında olan : - Yasamal rayon Məhkəməsinin 2(004)-758/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 40.250 manat məbləğində pul Tələbkar xeyrinə tutulmalıdır. - Həmin icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-814/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadə tərəfindən verilmiş əmlak üzərinə həbs qoyulması haqqında təqdimat təmin edilmiş və Yasamal rayon Məhkəməsinin 2(004)-758/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus olan “Kia Sorento” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. - Tələbkar tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən müəyyən edilir ki, tələbkar Borclu ilə razılığa gəldiklərini bildirərək nəqliyyat vasitəsinin həbsdən azad edilməsi barədə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. - Bakı şəhər Yasamal rayon icra şöbəsinin icra məmuru Səvxan Abbasov tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunan icra sənədinin geri qaytarılması haqqında qərardan görünür ki, “İcra haqqında” AR qanununun 23.1.1-ci maddəsinə əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-758/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi məhkəməyə geri qaytarılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-758/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə icra məmurunun təqdimatına əsasən məhkəmənin 2(004)-814/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclunun əmlakı üzərinə həbs qoyulmuşdur. Bundan sonra tələbkar ərizə ilə icra şöbəsinə müraciət edərək borclu ilə aralarında razılıq əldə edildiyini bildirmiş və icra sənədinin icra olunmadan geri qaytarılmasını xahiş etmişdir. Buna əsasən icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi icra edilmədən məhkəməyə geri qaytarılmışdır və həmin qərar mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, icra sənədi icra edilmədən geri qaytarıldığına görə, tərəflər arasında razılıq əldə edilməklə tələbin icrasına zərurət qalmadığından, həmin icra sənədinin təmin edilməsi məqsədilə borclunun əmlakının üzərində həbsin saxlanmasına da zərurət qalmamışdır. Ona görə məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 814/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Yasamal rayon Məhkəməsinin 2(004)- 758/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Kia Sorento” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-814/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Yasamal rayon Məhkəməsinin 2(004)-758/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Borclu mülkiyyətində olan “Kia Sorento” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-nə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(004)-572/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-572/2023
28.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver