Məhkəmə qərarları › İş №8(004)-573/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-573/2023

03.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-573/2023 03.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, Tələbkarlar Tələbkar3 və Tələbkar1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1507/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqələrinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X2 təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, borclu xx.xx.1963-cü il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küşəsi, 14 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədinə əsasən cavabdeh X1 28000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar2 xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli qərarla icraatına başlanılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 681/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 12000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar3 xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixli qərarla icraatına başlanılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1507/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar1 ödədiyi cəmi 18279 manat pul cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar1 ödənilməlidir. İş üzrə Borclu xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab olunmuşdur. Məhkəmə iclasında iştirak edən Tələbkar3 icra sənədi üzrə heç bir ödəniş olunmadığını bildirdi və təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar1 icra sənədi üzrə heç bir ödəniş olunmadığını bildirdi və təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh X1 28000 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar2 ödənilməlidir. xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə təklifin olunması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Borclu bildirişi xx.xx.2023-cü il tarixdə imza etməklə almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu 12000 manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar3 xeyrinə ödənilməlidir. xx.xx.2023-ci il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə təklifin olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Borclu bildirişi xx.xx.2023-cü il tarixdə imza etməklə almışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1507/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddiaçı Tələbkar1 ödədiyi 17600 manat pul, vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat və ödənilmiş 179 manat dövlət rüsumu olmaqla, cəmi 18279 manat pul cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar1 ödənilməlidir. xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1507/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi barədə təklifin olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Borclu bildirişi xx.xx.2023-cü il tarixdə imza etməklə almışdır. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Borclu rəsmi qeydiyyatda olduğu ünvan ünvan 2arixi xx.xx.2014-cü ildir. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1507/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1963-cü il tarixdə Ağdam rayonunun Boyad kəndində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, 14 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6302/2021 saylı, xx.xx.2021-ci il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-681/2023 saylı, xx.xx.2023-cü il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1507/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1963-cü il tarixdə Ağdam rayonunun Boyad kəndində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, 14 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar