Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-580/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, X5 katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1130/2019 nömrəli icra sənədi üzrə borclu X2 əri Borclu əmlakının üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1130/2019 nömrəli icra sənədinə əsasən borclu X1 9.400 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Tələbkar Məlikmirzə qızına ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinin icra məmuru Sahib Allahverdiyev xx.xx.2020-ci il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X2 əri Borclu məxsus olan “FORD TRANSİT” yük markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə borcun könüllü ödənilməsi təmin edilməmişdir. İcra sənədinin təmin etmək məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclu X3 məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu X4 vətəndaş Borclu ilə rəsmi nikahdadır. Elektron məhkəmə sistem məlumatlarından müəyyən edilir ki, borclu X2 həyat yoldaşı Borclu adına “FORD TRANSİT” yük markalı, 2003-cü il buraxılışlı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatdan keçmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ərinə məxsus avtomobilin üzərinə həbs qoyulmasına zərurət yaranmışdır. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borcluya məhkəmə bildirişini təqdim etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X2 əri Borclu məxsus olan “FORD TRANSİT” yük markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən borcluya icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün müddətində vaxt verilməsi barədə müvafiq bildiriş göndərilmişdir. Lakin borclu borcun könüllü ödənilməsini təmin etməmişdir. İcra sənədinin təmin etmək məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin borclu X3 məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu X4 vətəndaş Borclu ilə nikahdadır. Elektron məhkəmə sistem məlumatlarından müəyyən edilir ki, borclu X2 həyat yoldaşı Borclu adına “FORD TRANSİT” yük markalı, 2003-cü il buraxılışlı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 50-ci və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1130/2019 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu X2 həyat yoldaşı - xx.xx.1983-cü ildə İsmayıllı rayonunda doğulmuş Borclu məxsus olan “FORD TRANSİT” yük markalı, 2003-cü il buraxılışlı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-580/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-580/2020
14.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver