Məhkəmə qərarları › İş №8(004)-581/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-581/2024

26.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-581/2024 26.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru l dərəcəli ədliyyə qulluqçusu Səvxan Abasovun “Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru l dərəcəli ədliyyə qulluqçusu Səvxan Abasov Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-640/2023 nömrəli, xx.xx.2023-cü il tarixli sənədinin icrası ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icrasına başlanmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-640/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil və "xxxx" MMC-də olan təsis payına Borclu 1/2 hissədə, Tələbkar 1/2 hissədə pay hüququ müəyyən edilmişdir. 2009-cu il buraxılışlı “X1” markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 27.000 ABŞ dolları və 2016-cı il buraxılışlı, “Mercedes E 220 CDİ” minik markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 35.000 ABŞ dolları məbləğində dəyərləndirilməklə nəqliyyat vasitələrinin ümumi dəyəri olan 62.000 ABŞ dollarının 1/2 hissəsi olan 31 (otuz bir min) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pul vəsaiti Borclu Tələbkar xeyrinə ödənilməlidir. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 50 (əlli) manatın 1/2 hissəsi olan 25 (iyirmi beş) manat iddiaçı Tələbkar və 1/2 hissəsi olan 25 (iyirmi beş) manat Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə baxmayaraq, icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. İcra işi üzrə tələbkara, icra məmuruna, borcluya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. İş materiallarına Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-640/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-640/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icraat başlanılmışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin borclunun mülkiyyətində olması müəyyən edilmir. Məhkəmə hesab edir ki, təqdimat əsassızdır və təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxta borclunun əmlakı üzərinə həbs qoyula bilər. Həmin Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra işi materiallarının təhlilinin nəticəsində görünür ki, icra sənədi üzrə tələbin könüllü icrası barədə bildirişin borcluya təqdim edilməsi, məhz icra sənədinin borclu tərəfindən könüllü icra edilməməsi (10 gün ərzində) halı mövcud deyildir. İcra işi üzrə borcluya SMS bildirişin göndərilməsi, digər ilkin məcburi icra hərəkətlərinin görülməsi barədə icra işi materiallarında hər hansı məlumat yoxdur. İcra məmuru tərtib etdiyi təqdimat üzrə zəruri sübutları təqdim etməmiş, sözügedən halların izah edilməsi, əsaslandırılması məqsədilə məhkəmə iclasında iştirak etməmişdir. Təqdimatın nəticə hissəsi üzrə konkret olaraq hansı əmlakın üzərinə həbs qoyulması barədə qərardadın qəbul edilməsi göstərilməmiş, təqdimat qeyrimüəyyən, anlaşılmaz formada tərtib edilmişdir. Təqdimat formal əsaslarla tərtib edilmiş, əsaslandırılmamışdır. Göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə təqdimatla yenidən müraciət edilə bilər. İcra vərəqəsi əsasında əmlak üzərində tərəflərin ½ hissədə mülkiyyət payının müəyyən edilməsi əsası ilə, həmin əmlakın paylı mülkiyyətdə olması, paylı mülkiyyətdə olan daşınmaz əmlak üzərində isə digər payçının satın almaqda üstünlük hüququ, borclunun öz istədiyi formada (digər payçıya məlumat vermədən) payı üzərində sərəncam verməsinin mümkün olmaması aydındır. Təqdimat üzrə icra orqanı tərəfindən əldə ediləcək hüquqi nəticə qeyri-müəyyəndir. Azərbaycan Respublikası adından qəbul edilən məhkəmə qərarı formal əsaslarla deyil, effektiv əsaslarla qəbul edilməli, qərarın icrası mümkün olmalı və icra nəticəsində qarşıya qoyulan məqsədə nail olunmalıdır. Məhkəmə qərar qəbul edərkən nəzərə alır ki, icra işi materiallarında olan Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda sözügedən daşınmaz əmlakın üzərinə həbs qoyulması qeyd edilmişdir. İş materiallarına Borclu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-640/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar xeyrinə ödəməli olduğu 31 (otuz bir min) ABŞ dolları öhdəliyinin ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin ½ hissəsinə yönəldilməsinə etiraz etməməsi barədə ərizəsi əlavə edilmişdir. Həmin ərizənin bilavasitə borclu tərəfindən tərtib edilməsi və icra orqanına təqdim edilməsi qeyrimüəyyəndir. Göstərilənlər nəzərə alınmaqla, məhkəmə hesab edir ki, təqdimat əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru l dərəcəli ədliyyə qulluqçusu Səvxan Abasovun “Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə” təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar