Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-589/2022 23.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının dayandırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru Anar Əyyubovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru Anar Əyyubov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 58/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclular Borclu, X2 və X3 Bakı şəhəri, İ.Qutqaşınlı küç., ev 36, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. Qeyd olunan icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İcra vərəqəsinin icrası ilə bağlı iş üzrə Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, 01,08.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər əməliyyat və müalicə səbəbi ilə Türkiyə Respublikasına gedəcəyini səbəb göstərərək icra vərəqəsinin icrasının dayandırılmasını xahiş etmişdir. Eyni zamanda “Elektron icra” informasiya sistemi vasitəsilə aparılan araşdırmaya əsasən Borclu xx.xx.2022-ci il tarixdə ölkə hüdudlarını Türkiyə Respublikası istiqamətində tərk etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1621/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icraatının dayandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə tələbkar, borclu və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdim edilmiş təqdimatı və ona əlavə edilmiş sənədləri, eləcə də müvafiq icra işini araşdıraraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən müəyyən olunur ki, borclular Borclu, X2 və X3 Bakı şəhəri, İ.Qutqaşınlı küç., ev 36, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdırlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi əsasında Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, borclular Borclu, X2 və X1 icra sənədi üzrə göstərilən tələbi 10 gün müddətində könüllü icra etmələri barədə xəbərdar olunmuşdurlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, icra məmuru tələbkarın nümayəndəsi ilə birlikdə icra sənədi üzrə borcluların Bakı şəhəri, İ.Qutqaşınlı küç., ev 36, 96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılmaları ilə əlaqədar sözügedən mənzilə yaxınlaşmış, qapını döysələr də açan olmamışdır. İş materiallarında olan Borclu tərəfindən Yasamal rayon icra şöbəsinə ünvanlanmış ərizədə qeyd edir ki, səhhətiylə əlaqədar xx.xx.2022- ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər əməliyyat və müalicəyə Türkiyə dövlətinə gedir. Bu səbəbə görə mənzildən çıxarılmanın icrasını evdə dəyərli əşyalar, qiymətli kağızlar və zinyət əşyaları oduğundan o Bakıya dönənə qədər dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan uçuş biletləri məlumatlarından görünür ki, Borclu xx.xx.2022-ci il tarixdə Bakıdan İstanbula gediş, xx.xx.2022-ci il tarixə isə Ankaradan Bakıya gediş - dönüş biletləri əldə etmişdir. İş materiallarında olan Acıbadem Labvital tərəfindən təqdim olunumuş xx.xx.2022-ci il tarixli arayışda qeyd olunur ki, Borclu 06 avqust 2022-ci il tarixdə saaat 14:00-da uroloji müayinə üçün qeydiyyatdan keçmişdir. Müalicənin toplam vaxtı 2 ay qədər olacağı təxmin edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 18.1.3-cü maddəsinə əsasən borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda icraatın dayandırılması mümkündür. Beləliklə də, məhkəmə hesab edir ki, Borclu müalicə məqsədilə Türkiyə Respublikasına getdiyindən onun qayıdacağı vaxta kimi icra sənədi üzrə icraatın dayandırılması məqsədə uyğundur. Odur ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru Anar Əyyubovun təqdimatı təmin edilməli, icra sənədi üzrə icraat 2 ay müddətində dayandırılmalıdır. Göstərilənlərə əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 18.1.3 və 21.2-ci maddələrini və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə üzrə icraat 2 ay müddətinə dayandırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-589/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-589/2022
23.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver