Məhkəmə qərarları › İş №8(004)-589/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-589/2023

09.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-589/2023 09.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(004)-448/2019 nömrəli qərardadı ilə borclunun əmlakının üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramov tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-2155/2017 nömrəli məhkəmə əmrinə əsasən borclular Borclu2 və Borclu1 müştərək qaydada Tələbkar xeyrinə 3.220 manat pul vəsaiti tutulmalıdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(004)-448/2019 nömrəli qərardadı ilə icra məmurunun təqdimatı təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-2155/2017 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu2 mülkiyyətində olan “VAZ 2106” minik markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramov xx.xx.2023-cü il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(004)-448/2019 nömrəli qərardadı ilə Borclu2 mülkiyyətində olan “VAZ 2106” minik markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv olunmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(004)-2155/2017 nömrəli məhkəmə əmri tam icra olunmuşdur və xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə icraata xitam verilmişdir. Borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə zərurət yaranmışdır. İcra sənədi üzrə borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(004)-448/2019 nömrəli qərardadı ilə Borclu2 mülkiyyətində olan “VAZ 2106” minik markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramovun xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-2155/2017 nömrəli icra sənədi üzrə icraata xitam verilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(004)-448/2019 nömrəli qərardadı ilə Borclu2 mülkiyyətində olan “VAZ 2106” minik markalı ** XV *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikası DİN BDYPİ-yə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar