Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-591/2023 25.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10131/2017 saylı, xx.xx.2017- ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu mülkiyyətində olan Abşeron rayon, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, 112 saylı evin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10131/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 1658,01 manat borc və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq Tələbkar ASC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus Abşeron rayon, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, 112 saylı evin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-210/2021 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə maraqlı şəxs qismində tanınması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(004)-210/2021 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Hazırda Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-210/2021 saylı qərardadından şikayət verilərək, qərardadın ləğv edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(103)-307/2023 qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-210/2021 saylı qərardadı ləğv edilmiş, təqdimata yenidən baxılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Mülki iş üzrə üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(103)-307/2023 qərardadında göstərilən xüsusatlar nəzərə alınmaqla təqdimat əsassızdır və təmin edilməməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(103)-307/2023 qərardadı aşağıdakı kimi əsaslandırılmışdır: “.........Məhkəmə təqdimatı təmin edərkən borclunun evin onun mülkiyyətində olması barədə izahatına və həmin evin üzərinə həbs qoyulmasına etiraz etməməsinə əsaslanmışdır. Halbuki, iş materiallarına əlavə edilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinin xx.xx.2023-cü il tarixli, 1256 nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayon, Qobu qəsəbəsində 0.1 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasənda Maraqlı şəxs məxsusdur. Şikayətə əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 10 iyul 2006-cı il tarixli, №2- 209/2006 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh Borclu qarşı bağışlama müqaviləsinin etibarsı hesab edilməsinə dair iddiası təmin edilərək, Abşeron rayonu, 2-ci Dövlət notariat kontorunda 04 yanvar 2003-cü il tarixdə onlar arasında bağlanmış, 4Ə-7 reyestr sayı ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Həmin qətnamənin surətindən görünür ki, 04 yanvar 2003-cü il tarixli bağışlama müqaviləsi ilə Abşeron rayon, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, 112 saylı ev X2 tərəfindən Borclu bağışlanmışdır. Şikayətə əlavə edilmiş AR Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 23 noyabr 2006-cı il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Abşeron Rayon Məhkəməsinin 10 iyul 2006-cı il tarixli, №2-209/2006 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədə məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh Borclu mübahisəli evin yerləşdiyi torpaq sahəsinin onun tərəfindən alınmasını və evin onun vəsaiti hesabına tikilməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şikayətə əlavə edilmiş AR Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 11 aprel 2007-ci il tarixli, №6K-859 saylı qərarının surətindən görünür ki, həmin qərarla AR Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 23 noyabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından göründüyü kimi hazırda mübahisləndirilən qərardadla üzərinə həbs qoyulmuş Abşeron rayon, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, 112 saylı ev 04 yanvar 2003-cü il tarixli bağışlama müqaviləsi ilə X3 tərəfindən Borclu bağışlanmış, daha sonra məhkəmə qaydasında həmin başışlama müqaviləsi etibarsız hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə tərəfindən qeyd olunan xüsusatlar araşdırılmamış, qərardad qəbul edilərkən yalnız borclunun izahatına istinad etməklə kifayətlənərək, mübahisəli evin üzərinə həbs qoymaqla, prosessual huquq normalarının pozuntusuna yol verilmişdir.....”. Məhkəmə apellyasiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükünün tərəflərin üzərində olması nəzərə alınmaqla təqdimatı verən icra orqanı tərəfindən təqdimatın təmin edilməsi əsaslarına dair sənəd, sübut, materialların məhkəməyə təqdim edilməsi təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin arbitr rolu nəzərə alınaraq öz təşəbüsü ilə tərəflərdən hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(103)- 307/2023 nömrəli qərardadında qeyd olunan hüquqi xüsusatlar nəzərə alınmaqla məhkəmə iş materiallarına hüquqi qiymət verməklə hesab edir ki, təqdimat əsassızdır və təmin edilməməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-210/2021 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş Abşeron rayon, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, 112 saylı evin üzərindən həbs götürülməlidir. Göstərilənlərə əsasən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinə və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 8(004)-210/2021 saylı qərardadı ilə üzərinə həbs qoyulmuş Abşeron rayon, Qobu qəsəbəsi, Səməd Vurğun küçəsi, 112 saylı evin üzərindən həbs götürülsün. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-591/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-591/2023
25.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver