Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-592/2023 12.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin iştirakı ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4008/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu X2 ”icra məmurunun hərəkətsizliyindən” şikayətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Borclu X6 Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4008/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ”icra məmurunun hərəkətsizliyindən” şikayət ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4008/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmaması və müraciətinə cavab verilməməsi ilə bağlı Yasamal Rayon İcra Şöbəsinin icra məmurunun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, Bərdə Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(021)-23/2020 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Borclu 19 iyun 2015-ci il tarixli, 39/Tm-15 saylı kredit müqaviləsi üzrə 269190 manat əsas, 24300,27 manat faiz, 56700 manat gecikdirilmiş faiz, 14000 manat cərimə olmaqla, cəmi 364190,27 manat tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi, tutmanın X4 məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən 215 saylı mənzilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılmaqla kredit borcunun bu əmlakın dəyərindən tutulması və artıq qalan məbləğin mülkiyyətçiyə qaytarılması, ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 300000 manat məbləğində müəyyən edilməsi, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, notarial qaydada sənədlər təsdiq edilərkən notariata ödənilmiş 48 manat dövlət rüsumunun və bildiriş qeydə alınarkən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin olunmaması, ekspertiza xərcinin cavabdehlərə aid edilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X6 apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2021-ci il tarixli, 2(104)-885/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 12 mart 2020-cu il tarixli, 2(021)- 23/2020 nömrəli qətnaməsi “ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin 300000 manat müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 190000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X6 tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X6 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2021-ci il tarixli, 2(104)-885/2021 nömrəli qətnaməsi qismən, yəni ipotekaya qoyulmuş X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən 215 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qərar qəbul edilmiş, ipoteka predmeti olan X3 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən 215 saylı mənzilin ilkin satış qiyməti 300000 manat məbləğində müəyyən edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2021-ci il tarixli, 2(104)- 885/2021 nömrəli qətnaməsi Bərdə Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(021)- 23/2020 nömrəli qətnaməsinin ilk iddianın kredit müqaviləsi üzrə borcun Borclu tutulmasının və ilk iddianın təmin olunmamış hissəsinin dəyişdirilmədən saxlanılması hissələrində ləğv edilsin və birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrindən apellyasiya şikayətinin verilməməsi müəyyən edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2021-ci il tarixli, 2( 104)-885/2021 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə, yəni qarşılıqlı iddianın rədd edilməsi və ilk iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ipoteka predmetinin dəyərindən tutulması hissələrində dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli icra vərəqi icra edilməsi üçün Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. Qeyd olunan icra işi hazırda Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin icraatındadır. İcra işi üzrə ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən 215 saylı mənzil mənimlə əri X1 birgə nikahları dövründə əldə edilmişdir. Hazırda əri S.O. Muradov tərəfindən birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən 215 saylı mənzilin bölünməsi ilə bağlı ona mediasiya təklifi göndərilmişdir. Qeyd olunanlara əsasən tərəfindən xx.xx.2023-cü il tarixli ərizə ilə Yasamal rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevə müraciət edilərək, icra sənədi üzrə icraatın dayandırlması xahiş edilmişdir. Lakin müraciətinə hər hansı bir cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayev izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4008/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmasına əsas olan qanunvericilikdə nəzərdə tutulmuş heç bir mövcud deyildir və həmçinin müraciət edən şəxsə xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və borclu məhkəməyə gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, şikayət əsaslı olmadığından təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4008/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarına əsasən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) X6 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2021-ci il tarixli, 2(104)-885/2021 nömrəli qətnaməsinin qismən, yəni ipotekaya qoyulmuş X2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən 215 saylı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qərarın qəbul edilməsi, ipoteka predmeti olan X2 mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən 215 saylı mənzilin ilkin satış qiymətinin 300000 manat məbləğində müəyyən edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2021-ci il tarixli, 2(104)-885/2021 nömrəli qətnaməsinin Bərdə Rayon Məhkəməsinin 12 mart 2020-ci il tarixli, 2(021)- 23/2020 nömrəli qətnaməsinin ilk iddianın kredit müqaviləsi üzrə borcun Borclu tutulmasının və ilk iddianın təmin olunmamış hissəsinin dəyişdirilmədən saxlanılması hissələrində ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissələrindən apellyasiya şikayətinin verilməməsinin müəyyən edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 sentyabr 2021-ci il tarixli, 2(104)-885/2021 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə, yəni qarşılıqlı iddianın rədd edilməsi və ilk iddia üzrə tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun ipoteka predmetinin dəyərindən tutulması hissələrində dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4008/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu X2 Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevə ünvanladığı xx.xx.2023-cü il tarixli Ərizəsindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4008/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan Mediasiya prosesinin tətbiqi barədə xx.xx.2023-cü il tarixli Təklifdən görünür ki, X5 tərəfindən X4 birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünə dair təklif göndərilmişdir. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 17.1-ci maddəsinə əsasən: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə; 17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda; 17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə; 17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə; 17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə; 17.1.10. tələbkarın müvafiq xahişi olduqda Həmin Qanunun 18.1-ci maddəsinə əsasən: 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda; Göründüyü kimi, borclunun öz şikayətində əsaslandırdığı hal icra sənədi üzrə icraatın dayandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsas deyildir. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4008/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın dayandırılması üçün məhkəmə baxışı zamanı hər hansı əsas müəyyən edilməmişdir. Həmçinin icra məmuru bu barədə icra sənədi üzrə borclu X4 məlumat verilmişdir. Odur ki, sadalanan qanun normalarına əsasən, məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4008/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu X2 ”icra məmurunun hərəkətsizliyindən” şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-592/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-592/2023
12.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver