Məhkəmə qərarları › İş №8(004)-596/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-596/2022

24.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-596/2022 24.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Qasımova Aytən Elçin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1613/2022-009 saylı, xx.xx.2022ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında yaşayan Borclu Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1613/2022-009 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2647 manat məbləğində pul vəsatəti alınaraq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2022-ci il tarixdə qərarla başlanmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, Borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb gösdərməmişdir. İş üzrə Borclu şöbəyə gəlməsi təklif olunmuş, lakin borclu müxtəlif bəhanələr gətirərək şöbəyə gəlməkdən boyun qaçırmışdır.Borclunun adına olan mobil telefon nömrələri ilə əlaqə saxlanılmış, lakin şöbəyə gəlməmişdir. Göstərilənlərə əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci, 84.2-ci və 84.3-cü maddələrini rəhbər tutaraq, xx.xx.1990-cı il təvəllüdlü, Bakı şəhəri Yasamal rayonu X.Dadaşov küçəsi, ev 189A ünvanında yaşayan Borclu Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimatda göstərilənləri və icra işində olan məlumatları nəzərə alaraq və qeyd olunan qanunlara əsaslanaraq məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1613/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1613/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2647 manat məbləğində pul və 47 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, xx.xx.2022-ci ildə icra vərəqəsinə əsasən icraat başlanılmış və Borclu tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar