Məhkəmə qərarları › İş №8(004)-597/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-597/2022

24.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-597/2022 24.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Qasımova Aytən Elçin qızının katibliyi Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3227/15 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-3227/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.1981-ci il tarixdə anadan olan və Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3227/15 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 10044.60 manat məbləğində pul vəsatəti alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına xx.xx.2015-ci il tarixdə qərarla başlanmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, Borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb gösdərməmişdir. Göstərilənlərə əsaslanaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci ,84.2-ci və 84.3-cü maddələrini rəhbər xx.xx.1981-ci il təvəllüdlü, Bakı şəhəri Yasamal rayonu H.ünvan 2 ünvanında yaşayan Borclu Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X2 borclunun icra sənədi üzrə hər hansı ödəniş etmədiyini bildirib, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Təqdimatda göstərilənləri və icra işində olan məlumatları nəzərə alaraq və qeyd olunan qanunlara əsaslanaraq məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-3227/15 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən, borcun ödənilməsi məqsədi ilə borclu X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3227/15 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 10044.60 manat məbləğində pul vəsatəti alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli bildirişdən görünür ki, borclu icra sənədinin 10 gün ərzində könüllü icra barədə, əks halda məcburi icra tədbirlərinin keçiriləcəyi barədə məlumatlandırılmışdır. Odur ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-3227/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrası məqsədilə, xx.xx.1981-ci il tarixdə anadan olan və Bakı şəhəri, Yasamal rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar