Məhkəmə qərarları › İş №8(004)-601/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-601/2022

05.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-601/2022 05.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin Borclu məxsus əmlakın üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli – Borclu mülkiyyətində olan ünvan 1 ünvanında 0.04 torpaq sahəsinin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8096/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədlərinə əsasən Borclu “Unibank” Kommersiya Bankının xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfinədn icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. “İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İcraat zamanı “Elektron icra” informasiya sistemindən aldığımız məlumata əsasən Borclu mülkiyyətində ünvan 1 ünvanında 0.04 ha torpaq sahəsinin olduğu məlum olmuşdur. Tərəflər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır. Lakin onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Belə ki, 67607/2016-53-31saylı icra işindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0.04 ha fərdi yaşayış sahəsi Borclu mülkiyyətindədir. Eyni zamanda, Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon məhkəməsinin 13 iyun 2016-cı il tarixli, 2(004)-8096/2016 nömrəli əmrindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu, S.Tağızadə küçəsi, 25 saylı evin 11 saylı mənzilində yaşayan, 01 sentyabr 1983-cü ildə Bakı şəhərində doğulmuş Borclu “X1” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc qismində 11.472) on bir min dörd yüz yetmiş iki) ABŞ dolları 04 (dörd) sent, faiz borcu qismində 1.037 (min otuz yeddi) ABŞ dolları 56 (əlli altı) sent, cərimə qismində 7 (yeddi) ABŞdolları 05 (beş) sent məbləğində pul vəsaiti, ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti ödənilmədiyindən, bununla da məhkəmə qətnaməsinin icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borclulardan alınaraq tələbkara ödənilməsi məqsədi ilə Borclu məxsus əmlakların üzərinə həbs qoyulmasına dair təqdimat əsaslıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də boclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” AR Qanununun 48.1-ci maddəsinə əsasən tələbin tam təmin edilməsi üçün borclunun başqa əmlakı kifayət etmədikdə, tələb girov qoyulmuş əmlaka yönəldilə bilər. Bu zaman girovsaxlayanın Azərbaycan Respublikasının Mülki Qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarına, habelə bu Qanunun 5-ci fəslində müəyyən edilmiş qaydalara əməl olunmalıdır. “İcra haqqında” Qanunun 50.1-ci və 50.2-ci maddələrinə müvafiq olaraq icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan olan ünvan 1 ünvanında 0.04 torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar