Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-606/2022 25.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin iştirakı ilə, X3 əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, aliment borcunu tam ödədiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, “VOLKSWAGEN GOLF” minik markalı, **- CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzrərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə hazırki tarixə borc tam ödənildiyindən, borclunun adına olan “VOLKSWAGEN GOLF” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzrərinə qoyulmuş həbsin götürülməsinə etiraz etmədiyini bildirdi. Tələbkar və borcluya ərizəyə baxılması üçün təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəni və ona əlavə olunan sənədləri, icra işini araşdırıb hesab edir ki, ərizə təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, X8 mülkiyyətində olan “VOLKSWAGEN GOLF” minik markalı, **-CX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1703/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-1703/2021 nömrəli qərardadı ilə müvəqqəti alimentin tutulması dayandırılmalı və xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq X2 hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 nömrəli,xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmini məqsədilə borclu X3 mülkiyyətində olan “VOLKSWAGEN GOLF” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş 19 aprel 2022-ci il, 21 aprel 2022-ci il, 05 aprel 2022-ci il, 19 iyun 2022-ci il, 23 iyun 2022-ci il, 24 iyun 2022-ci il tarixli qəbzlərdən görünür ki, X6 tərəfindən müvafiq olaraq 50 manat, 100 manat, 50 manat, 10 manat 400 manat, 40 manat, 1100 manat məbləğində pul ******************** nömrəli hesabına köcürülmüşdür. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1703/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu tərəfindən aliment borcu ödənilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli və X3 mülkiyyətində olan “VOLKSWAGEN GOLF” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-151/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. X3 mülkiyyətində olan “VOLKSWAGEN GOLF” minik markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-606/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-606/2022
25.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver