Məhkəmə qərarları › İş №8(004)-615/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-615/2023

24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-615/2023 24.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, X1 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1907/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə borclu X4 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1907/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh X3 27966 manat pul, 180 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Hazırda borclu X6 ərizə ilə məhkəməyə müraciət edərək, müvəqqəti olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1907/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1907/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dərhal icra edilməsi qeyri-mümkündür. Belə ki, o "xxxx" MMC santexnik köməkçisi vəzifəsində işləyir və onun da aylıq qazancı 400 manat təşkil edir. Onun digər qazancı olmadığından məhkəmə qərarını tam icra edə bilmir. Bu səbəbdən onun hımin borcu birdəfəlik deyil, hissə-hissə ödəməyinə ehtiyacı vardır. Məhkəmə iclasında iştirak edən ərizəçi X6 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə digər tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1907/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Tələbkar cavabdeh X5 qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, cavabdeh X3 27966 manat pul, 180 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. X2 çıxarışdan görünür ki, X6 "xxxx" MMC santexnik köməkçisi vəzifəsində işləyir və aylıq maaşı 400 manat təşkil edir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə görə, tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.3-cü maddəsinə görə isə, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin icra üsulunu və qaydasını dəyişdirilməsində məqsəd işdə iştirak edən şəxslərin əmlak vəziyyətinə və digər hallara əsasən icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsindən ibarətdir. Hazırki halda isə ərizəçi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1907/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsinə əsas olan, əmlak vəziyyəti və digər hallarla bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən icra sənədi üzrə icra hərəkətləri qanunun tələblərinə müvafiq qaydada aparıldığından və bu səbəbdən də ərizə əsassız olduğundan, təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230-cu və 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1907/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra olunması barədə borclu X4 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar