Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-616/2023 31.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Tələbkar Cahangirova Xanica Hüseynovnanın nümayəndəsi və vəkili Vəkil, X2nun, X9, X7 və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X17 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-564/2021 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair X2, X23, X18, X14 və X19 tərəfindən birgə verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-564/2021 nömrəli icra vərəqəsinə əsasən cavabdehlər X25, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, X18, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və X10 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və iddiaçı Tələbkar təhvil verilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-641/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi icra olunan günə kimi, iddiaçı Tələbkar xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X24 xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 (üç yüz doxsan doqquz) manat kirayə haqqı və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu X2, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, X18, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və X8 müştərək qaydada tutularaq Tələbkar ödənilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-564/2021 nömrəli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə mindikdən sonra xx.xx.2023-cü il tarixdə icra vərəqəsi verilməklə, icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmuru icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. X2, X23, X18, X14 və X19 xx.xx.2023-cü il tarixdə birgə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-564/2021 nömrəli qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. X6 məhkəmə iclasında ərizəsini müdafə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-564/2021 nömrəli icra sənədinə əsasən onlar məcburi köçkün kimi məskunlaşdıqları Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzili boşaldıb mülkiyyətçisi Tələbkar təhvil verənə kimi xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 399 manat kirayə haqqı X2, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, X18, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və X8 müştərək qaydada tutularaq Tələbkar ödənilməlidir. Onlar qətnamədən apellyasiya və kassasiya şikayətləri vermişlər. Lakin sonunda qətnamə qüvvədə saxlanılmış və icraya yönəldilmişdir. Bu müddət ərzində xeyli miqdarda borc yığılmışdır. Onların borcu bir dəfəyə ödəməyə maddi imkanları yoxdur. Bu səbəbdən icra məmuru borcun tutulmasını onların əmək haqqlarının və müavinatlarının 50%-nə yönəltmişdir. Bu onların maddi durumunu çətinləşdirir. Onların qazancının hər ay 10%-i miqdarında tutulmasına etiraz etmirlər. O, əməliyyat olunması üçün bankdan kredit almışdır. Həmin borcu da qaytarmalıdırlar. Əgər tələbkar onlardan yığılmış kirayə haqqı borcunu tələb etməsə və icra sənədinə əsasən onlardan tutulmuş 1.500 manatı geri qaytararsa, yaşadıqları mənzili 2023-cü ilin dekabr ayının sonuna kimi boşaldaraq tələbkara təhvil verməyə razıdırlar. Onların məcburi köçkün olmalarını, onun birinci Qarabağ müharibəsinin veteranı, oğlu Zalan Məhərrəmzadənin ikinci Qarabağ müharibəsinin veteranı olmasını nəzərə alaraq, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-564/2021 nömrəli qətnaməsinin icrasına 6 ay möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etdi. X4 məhkəmə iclasında X6nun izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, hazırda o, işdən çıxmışdır. Onun işlədiyi müddət ərzində şirkət rəhbərliyi onun adına banklardan kredit götürmüş və sonra ödəmişdir. Hazırda atasının cərrahiyyə əməliyyatı olması ilə bağlı aldıqları 14.000 manat krediti tam qaytara bilməmişlər. Bu səbəbdən borcdan hər ay 10% ödəməyə razıdırlar. Bankın borcunu tam ödəyəndən sonra tələbkarın borcunu ödəmək istəyirlər. Odur ki, qətnamənin icrasına 6 ay möhlət verilməsini xahiş edir. X3 məhkəmə iclasında X6nun izahatı ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, o, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilində yaşamır, 2017-ci ildə ailə quraraq ərinin yaşadığı ünvana köçmüşdür. O, analıq məzuniyyətində olmuş, altı ay sonra işə çıxmağa məcbur olmuşdur. O, işləyir və əmək haqqı vergilərlə birlikdə 502 manat təşkil edir. Hazırda onun əmək haqqının 10%-nə tutma yönəldilib. Qətnamənin icrasına möhlət verilməsinə dair ərizəsinin təmin edilməsini xahiş edir. X1 və X12 qətnamənin icrasına möhlət verilməsinə dair birgə ərizələrinə baxılmasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan borcluların qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsinə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Tələbkar Cahangirova Xanica Hüseynovnanın nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni qəbul etmədi və bildirdi ki, borcluların maddi durumu çətin olmasına dair bildirdikləri tamamilə əsassızdır və reallığı əks etdirmir. Tərəflərin maddi durumunun yüksək olması Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-564/2021 qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, cavabdeh X13 mülkiyyətində 3 nəqliyyat vasitəsi mövcuddur, onlardan ikisi Vaz 2106 markalı, 1983 və 1990-cı ildə istehsal olunmuş, digəri isə X44 Prado markalı, 2005-ci il istehsalıdır. Qeyd edilmiş 2 vaz 2106 markalı avtomobillərin bazar qiyməti 5000-6000 manat arasında dəyişir, X44 markalı avtomobilin qiyməti isə 30.000-32.000 manat arasında dəyişir, eyni zamanda qeyd edilməlidir ki, X44 markalı avtomobilin dövlət nömrə nişanı ** BS *** kimidir, həmin nömrə nişanının qiyməti bazarda 17000- 18000 arasında dəyişir, X44 markalı avtomobilin yanacaq sərfiyyatı isə 16-18 litrdir, hazırki dövrdə benzinin 1 litirinin qiyməti 1 manat olanda, ortalama bu tip nəqliyyatın aylıq yanacaq sərfiyyatı 250- 300 manat arasında dəyişir. Borclular onların nəqliyyat vasitələrinin üzərinə həbs qoyulduğunu bildikdən sonra, birinci dəfə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2021ci il tarixli, 2(103)-9595/2021 nömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia rədd olunduqdan dərhal sonra, icra məmuruna müraciət edərək, həmin həbsin götürülməsinə nail olmuş, mülkiyyətlərində olan nəqliyyat vasitələrini özgəninkiləşdirmişlər ki, onların üzərinə qətnamənin icrası ilə bağlı heç bir məhdudiyyət qoyulması mümükün olmasın. Eyni zamanda qeyd edilməlidir ki, borclular Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-564/2021 saylı qətnaməsindən əlavə kassasiya qaydasında Ali Məhkəmənin Plenumuna, Konstitusia Məhkəməsinə, X5 Şöbəsinin müdürü Fuad Ələsgərova belə şikayət ünvanlamışlar. Digər bir tərəfdən cavabdeh X25 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-564/2021 saylı, işinə baxarkən məhkəmə iclas zalında iddiaçıya kirayə haqqına dair heç bir pul ödəməyəcəyini, qətnamə qəbul edildiyi halda onu icra etməyəcəyini bildirmişdir. Bundan əlavə borclular tələbkara qarşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq tələb olunan məbləğin qanunsuz zəbt etdiyi mənzilin təmirə çəkilmiş xərclərlə əvəzi kimi Tələbkar Hüseynovadan tələb edirlər. Eyni zamanda borclular bu günədək borclarını etiraf etmirlər, hətta həmin borcu dolayı iddia qaldırmaqla silinməsini istəyirlər. Belə olan halda borcun ödənilməsinə möhlət verilməsi mümkün deyildir. Cavabdeh X13 mülkiyyətində və istifadəsində halhazırda iki nəqliyyat vasitəsi var. Belə ki, X25 bu işdə nəinki səmimilik nümayiş etdirmir, hətta məhkəməni və icra orqanlarını yalnış istiqamətə yönləndirmək istəyir, beləliklə X25 ona məxsus ** BS *** dövlət nömrə nişanlı X44 markalı avtomobilin üzrərindən həbs götürüldükdən dərhal sonra, həmin nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə öz qohumu X16 adına özəninkiləşdirmiş və növbəti gün xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün xx.xx.2029-cu il tarixədək etibarnamə əldə etmişdir. İşin hallarından göründüyü kimi, həmin nəqliyyat vasitəsi hazırda X13 istifadəsindədir, alqı-satqı və özgəninkiləşdirməyə əsas olmuş müqavilə formal xarakter daşıyır. Bundan əlavə X13 mülkiyyətində hazırda 58BA459 dövlət nömrə nişanlı avtomobil də mövcuddur. Qeyd edilməlidir ki, hazırki qətnamə tələbkar X11 heç bir yaşayış yeri olmadığından hər-hansı mənzildə yaşamasının təmin edilməsi məqsədilə qəbul edilmişdir. Hazırki tələb pul tələbindən irəli gələn mübahisə deyil, yaşayış yerinin kirayə haqqının ödənilməsinə dair yönəlmiş tələbdir. Odur ki, məhkəmə qətnamənin icra edilməsinə möhlət verilməsi məsələsinə baxarkən, tələbkarın vəziyyətini birmənalı nəzərə almalıdır. Eyni zamanda qeyd edilməlidir ki, borclu tərəfindən təqdim edilmiş kredit reyesrtindən çıxarışa əsasən X18 xx.xx.2018-ci il tarixdən (ilkin kreditin götürülmə tarixi) bu günə qədər 43.870 manat kredit götürmüşdür ki, bu da öz növbəsində borcluların borcu ödəməyə maddi imkanları olmasını təsdiq edir. Qətnaməsinin icrasına möhlət vermək niyyəti olan məhkəmə eyni zamanda tələbkarın harada, hansı vəsait hesabına və hansı əsasla yaşamasını müəyyən etməlidir, çünki qətnamə ilə müəyyən edilmişdir ki, tələbkarın ölkə ərazisində yaşaması üçün heç bir başqa əmlakı yoxdur, özü pensiyaçıdır. Odur ki, ərizənin rədd edilməsini xahiş edir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X28 məhkəmə iclasında izahat verərək bildirdi ki, tələbkar borcun ödənilməsini tələb edir və möhlət verilməsinə razı deyildir. X22 körpə uşağı olmasını və hazırda mübahisəli mənzildə yaşamadığını nəzərə alaraq, onun əmək haqqından 50% tutulmanı azaldaraq, 10% miqdarında tutulması barədə xx.xx.2023-cü il tarixdə onun işlədiyi Azərbaycan Dillər Universiteti X43 məktub göndərilmişdir. İcra sənədi üzrə ödənilməmiş borcun məbləği yüksək olduğu üçün digər borcluların əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmalar 50% miqdarda aparılır. Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi “İcra haqqında” Qanunun 63-cü maddəsində nəzərdə tutulmuşdur. “İcra haqqında” Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Hesab edir ki, borclular hazırkı ərizəni verməklə qətnamənin icrasından yayınmaq istəyirlər. Bu səbəbdən ərizənin rədd edilməsini xahiş edir. “İcra haqqında” Qanunun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-in 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, borcluların ərizəsinin və təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, X2, X23, X18, X14 və X10 iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-564/2021 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair birgə ərizəsi rədd edilməlidir. Məhkəmə qətnamənin icrasına möhlət verməkdən imtina edərkən borcluların mənafeyi ilə yanaşı, tələbkarın da mənafeyini nəzərə alır və qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın mənafeyinə ziddir və qətnamənin icra edilməməsi tələbkar üçün əlverişsizdir. Tələbkarın mənafeyinin müdafiəsi baxımından, hər hansı bir tutarlı əsas olmadan qətnamənin icrasına möhlət verilə bilməz. Hazırkı vaxta kimi, cavabdehlər X25, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, X18, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və X10 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və iddiaçı Tələbkar təhvil verilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-641/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi icra edilməmişdir. Cavabdehlərin qətnaməni icra etməmələri nəticəsində mənzilin mülkiyətçisi olan Tələbkar xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu T.Əliyev küçəsi 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X24 xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı ödəməyə məcbur olmuşdur. Borclular Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-564/2021 nömrəli icra vərəqəsinin icrasını könüllü təmin etmədiklərinə görə Bakı şəhəri yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev icra sənədi üzrə xx.xx.2023-cü il tarixə yaranmış 13.965 manat borcun tutulmasını X2, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, X18 və X10 əmək haqqlarından hər ay 50% tutulması üçün xx.xx.2023-cü il tarixdə borclu Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızının işlədiyi X37; X4nun işlədi "xxxx" MMC-yə, X6nun işlədiyi Şuşa şəhər Kommunal Müəssisələr Kombinatına, borclu X10 işlədiyi "xxxx" ASC-yə, X3nın işlədiyi “Azərbaycan Dillər Universiteti” PHŞ-yə göndərmişdir. Sonradan Bakı şəhəri yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-564/2021 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızının əmək haqqından hər ay 10% tutulması üçün onun işlədiyi “Azərbaycan Dillər Universiteti” PHŞ-yə xx.xx.2023-cü il tarixli məktub göndərilmişdir. “İcra haqqında” Qanunun 26-ci maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi “İcra haqqında” Qanunun 63-cü maddəsində nəzərdə tutulmuşdur. “İcra haqqında” Qanunun 63-cü maddəsinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə yol verilir. “İcra haqqında” Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. “İcra haqqında” Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, icra məmuru “İcra haqqında” Qanunun 63 və 65-ci maddələrinin tələbinə əməl etməklə, borclular könüllü olaraq borcu ödəməkdən imtina etdiyinə görə icra sənədlərinin məcburi icrasını təmin etmək məqsədilə, icra sənədi üzrə borcun ödənilməsini borcluların əmək haqqının 50%-nə yönəldilməsi barədə qərar qəbul edərkən haqlı olmuş, qanunvericiliyin tələbinə əməl etmişdir. Çünki, tələbkarların və icra məmurunun tələb etməsindən asılı olmayaraq, borcluların əmək haqqı almalarına baxmayaraq borcu ödəmək istəməməsi, icra sənədlərinin icrasından qəsdən yayınma hesab edilir və məcburi icra tədbirlərinin görülməsi üçün zəmin yaratmışdır. İcra sənədi üzrə borclunun əmək haqqına 50% miqdarda tutma yönəldilmiş (X22 10%), əmək haqlarının və digər gəlirlərinin 50 faizi borclularda qalmışdır. Yəni, “İcra haqqında” Qanunun 63 və 65-ci maddələrinin tələbinə əməl edilmişdir. “AZEMİS” sistemindən əldə edilmiş məlumatlardan müəyyən edilir ki, borclu Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı X34 tarix müəllimi işləyər və 692,78 manat əmək haqqı alır; X4 vətən müharibəsi iştirakçısı kimi 80 manat müavinət alır; X6 müharibə veteranı kimi 80 manat müavinət alır; X19 "xxxx" ASC-də yığıcı işləyir və 380 manat əmək haqqı alır; X14 “Azərbaycan Dillər Universiteti” PHŞ-də inspektor işləyir və 502 manat, “Azərbaycan Dövlət İqtisad Universiteti” PHŞ-də müəllim işləyir və 204,75 manat əmək haqqı alır. Yəni, borclular işləyir və müntəzəm olaraq aylıq qazancları vardır. Qətnamə ilə müəyyən edilmişdir ki, X13 adına “VAZ-21063” markalı ** BA *** dövlət nömrə nişanlı, “VAZ-2106” markalı ** BA *** dövlət nömrə nişanlı, “X45 Prado” markalı ** BS *** dövlət nömrə nişanlı üç avtomobil olmuşdur. Bakı şəhəri 42 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 173 nömrəli məktubundan və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli 7E-9655 reyestr nömrəli etibarnamədən müəyyən edilir ki, X13 mülkiyyətində olmuş “X45 Prado” markalı, 2005-ci il buraxılışlı. ** BS *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə X16 adına keçirilmiş və ona xx.xx.2022-ci il tarixdə BB270090 nömrəli şəhadətnamə verilmişdir. X26 xx.xx.2022-ci il tarixli etibarnamə ilə həmin avtomobili xx.xx.2029-cu il tarixə kimi idarə etməyi X20 etibar etmişdir. Yəni, avtomobil hazırda da X13 faktiki sahibliyində və istifadəsində qalır. Borclular icra sənədi üzrə borcu könüllü olaraq bir dəfəyə ödəmədiklərinə görə icra məmuru məcburi icra tədbirlərini həyata keçirərək borcun tutulmasını borcluların əmək haqlarına yönəltməklə, qətnamənin icrasına başlanmasına nail olmuşdur. Qətnamənin icrası borcluların əmək haqqlarına tutma yönəldilməklə icra olunur və qətnamənin icrasına yenidən əlavə olaraq 6 ay möhlət verilməsi tələbkarın mənafeyinə ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərilir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-in 15.3-ci maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, X23, X18, X14 və X10 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-564/2021 nömrəli qətnaməsinin icrasına möhlət verilməsinə dair birgə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-616/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-616/2023
31.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver