Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-624/2022 24.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X6 iclas katibliyi, Tələbkar, onun nümayəndəsi və vəkili Vəkil2, X4 nümayəndəsi və vəkili Vəkil1, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X3 iştirakı ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X4 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh Tələbkar qarşı “payların bölünməsi tələbinə dair” ilkin və iddiaçı Tələbkar cavabdeh X10 qarşı “kompensasiya ödənilməklə pay hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri qismən təmin edilərək, Tələbkar tərəfindən 2/5 hissədə X8, 3/5 hissədə Tələbkar paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 (iki yüz altmış min) manat kompensasiya ödənilməklə X8 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilməsi, ünvan 3 ünvanda yerləşən mənzil ilkin satış qiyməti 570.000 (beş yüz yetmiş min) manat olmaqla, açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin paylarına mütənasib qaydada X10 və Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin “əsaslandırıcı” və “qət etdi” hissələrində olan yanlışlığın düzəldilərək, “Tələbkar tərəfindən 2/5 hissədə X8, 3/5 hissədə Tələbkar paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 (iki yüz altmış min) manat kompensasiya ödənilməklə X8 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilsin”. cümləsi “Tələbkar tərəfindən 2/5 hissədə X8, 3/5 hissədə Tələbkar paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 (iki yüz altmış min) manat qətnamə qanuni qüvvəyə mindiyi gündən 30 (otuz) gün ərzində kompensasiya şəkilində iddiaçıya ödənilməklə eyni anda iddiaçı X8 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilsin. Cavabdeh tərəfindən iddiaçı X1 ödənilmədiyi təqdirdə: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410.000 manata və Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən mənzilin 240.000 manata açıq hərracda satılması və əldə olunan pul vəsaitinin daşınmaz əmlakda paya mütənasib qaydada mülkiyyətçilərə ödənilməsi” kimi oxunması qərara alınmışdır. Hazırda borclu X11 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 ha toıpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410000 manat qiymətlə ilkin olaraq hərraca çıxarılması, həmin əmlak açıq hərrac yolu ilə satıldığı halda pulun paylara mütənasib bölünərək digər iki əmlakın da hərraca çıxarılması, satılmadığı halda isə həmin əmlakın ona təklif olunmaqla adına rəsmiləşdirilməsi və onun digər iki əmlakda, yəni ünvan 3 ünvanda yerləşən mənzildə və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildə olan payına xitam verilməklə onların Tələbkar adına rəsmiləşdirilməsi və ya Tələbkar istəyi ilə həmin iki əmlakın açıq hərrac yolu ilə satılması zamanı ona çatacaq məbləğin Tələbkar verilməsi qaydasında qətnamənin icra üsulunun dəyişdirilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 918/2021 nömrəli xx.xx.2021-ci il tarixli sənədi üzrə hərracın keçirilməsi barədə icra məmurunun 21862/18 saylı sifarişi əsasında hərrac təşkil edilmişdir. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Y-393/21 saylı hərracın nəticələri haqqında” yekun protokoluna əsasən, Yasamal Rayon Məhkəməsinin (004)-918/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi əsasında 2/5 hissədə X10, 3/5 hissədə Tələbkar məxsus Sakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 ha torpaq sahəsində yerləşən 163 nömrəli bağ evi 410000 manata ona satılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-534/2022 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-yə qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilmiş, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Y-393/21 saylı “hərracın nəticələri haqqında” yekun protokolu etibarsız hesab edilmişdir. Hərrac predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.0010 ha. torpaq sahəsində yerləşən 863 saylı bağ evi Yasamal Rayon Məhkəməsi tərəfindən 410000 manatla qiymətləndirilmişdir. Bu səbəbdən o, Tələbkar onun 3/5 payına görə 246000 manat pul ödəməlidir. Eyni zamanda, icra sənədi üzrə digər iki əmlakın hərrac yolu ilə satılması nəzərdə tutulmuşdur. Həmin əmlaklar məhkəmə tərəfindən biri 570000 manata, digəri isə 240000 manata qiymətləndirilmişdir. Onların satışından əldə olunan məbləğin 2/5 hissəsi ona ödənilməlidir. Belə olan halda öhdəliklərin əvəzləşdirilməsini daha məqsədəmüvafıq hesab edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən 0.0010 ha. torpaq sahəsində yerləşən 863 saylı bağ evinə görə Tələbkar qızma 246000 manat pul vəsaitini ödəməmiş və ona qarşı olan bütün tələblərindən notarial qaydada təsdiq edilmiş ərizə ilə imtina etmişdir. Lakin məhkəmə tərəfindən bu arqumentlər qəbul edilməyərək yekun protokol etibarsız hesab edilmiş və müvafiq olaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 918/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli icra sənədi hal-hazıradək icra edilməmişdir. Məhkəmə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Y- 393/21 saylı “hərracın nəticələri haqqında” yekun protokolu etibarsız hesab etməsinin əsası qismində hərracı udmuş şəxs tərəfindən bağ evinin dəyəri 410000 manatın "xxxx" MMC-nin və ya sifarişçi Yasamal rayon İcra şöbəsinin bank hesabına köçürülməməsi və tərəflər arasında buna dair hər hansı razılığa gəlinməməsini göstərmişdir. Qeyd edir ki, müvafiq vəsaitin olmaması səbəbindən həmin məbləğin ödənilməsi baş tutmamışdır. Bu səbəbdən məhkəmə qərarının icra üsulunun dəyişdirilməsi zərurəti yaranır. Tələbkar icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X4 ərizəsinə etiraz edərək göstərmişdir ki, mövcud qanunvericiliyə görə qətnamənin icra üsulunun və qaydasınının dəyişdirilməsinə bir qayda olaraq borclu qətnaməni könüllü icra etmədikdə və qətnamənin icrası onun hərəkətlərindən asılı olduqda həyata keçirilir. Hazırki iş üzrə göstərilən halların heç biri mövcud deyildir və ona görə də qətnamənin icra üsulunun və qaydasınının dəyişdirilməsi yol verilməzdir. Ərizə əsassızdır və rədd edilməlidir. Belə ki, X8 məhkəməyə ünvanladığı icra üsulunun dəyişdirilməsi barədə ərizənin xahiş hissəsində göstərilənlərdən: “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 ha torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410000 manat qiymətlə ilkin olaraq hərraca çıxarılması, həmin əmlakın açıq hərrac yolu ilə satılıİması, satışdan əldə olunan pul vəsaitinin tərəflərin paylarına mütənasib qaydada bölünməsi və Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən və ümumi dəyəri 240000 manat qiymətləndirilən əmlakdan X8 2/5 payına mütənasib olaraq 96000 manat kompensasiya ödənilməklə X8 həmin əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilməsi” hissələri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə eynilik təşkil edir və qərardadda həmin hissələrlə bağlı qətnamənin icra üsulu birbaşa göstərilmişdir. Ona görə də ərizənin həmin hissələri təmin oluna bilməz və rədd edilməlidir. Ərizənin ünvan 3 ünvanda yerləşən və ümumi dəyəri 570000 manat qiymətləndirilən əmlakdan X8 2/5 payına mütənasib olaraq 228000 manat məbləğində kompensasiya ödənilməklə X8 həmin əmlak üzərində mülkiyyət hüququna xitam verilməsi hissəsinə münasibətdə hesab edir ki, ərizənin həmin hissəsidə təmin oluna bilməz. Belə ki, bununla bağlı ayrıca iddia icraatı qaydasında məhkəməyə iddia ərizəsi ilə müraciət olunmalıdır. Bundan əlavə, onun cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-534/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Y- 393\21 saylı “hərracın nəticələri haqqında” yekun protokol etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, X12 faktiki olaraq heç bir ödəniş etmədən Tələbkar əmlakda olan payını qanunsuz şəkildə ələ keçirmişdir. Qətnamədə qeyd olunmuşdur ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmədiyinə görə onun nəticələri etibarsız hesab edilməlidir. Hazırki işin hallarından görünür ki, hərracı udmuş X12 tərəfindən bağ evinin dəyəri nə “Bakı Hərrac Mərkəzi" MMC-nin, nə də sifarişçi Yasamal rayon İcra şöbəsinin bank hesabına köçürülməmiş və tərəflər arasında buna dair hər hansı digər razılaşma əldə olunmamışdır. Həmçinin "xxxx" MMC-nin Yasamal Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 393/21 saylı məktubdan da görünür ki, ünvan 3 və Bakı şəhəri, ünvan 1 keçirilmiş hərracda satılmadığına görə iş geri qaytarılmışdır. Məhz qeyd olunanlara görə də hərracın keçirilməsi qaydalarını kobud şəkildə pozmuş şəxs X8 hazırki ərizəsi rədd edilməlidir. Bundan başqa, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041 )-983/2021 saylı qərardadı ilə Tələbkar X12 ilə birlikdə paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 106 kv.m. olan mənzildən Tələbkar 3/5 hissədə, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağ evi 863 ünvanında 0,0010 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 232,52 kv.m. olan bağ evindən Tələbkar 3/5 hissədə və ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 210,50 kv.m. olan mənzildən Tələbkar 3/5 hissədə olan payların üzərinə məhkəmənin icraatında olan mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək həbs qoyulmuşdur. Həmin qərardaddan maraqlı şəxs kimi X12 şikayət versə də, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(106)-1001/2022 saylı qərardadı ilə X8 şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-983/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Belə olan vəziyyətdə isə, yəni ərizədə hərrac yolu ilə satılması xahiş olunan əmlakların üzərində Tələbkar payına münasibətdə həbs olduğundan, həmin əmlakların bütövlüklə açıq hərraç yolu ilə satılmasını və X8 icra üsulunun dəyişdirilməsi barədə ərizəsinin təmin olunmasını qeyri-mümkün edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq X8 icra vərəqəsinin icra üsulu va qaydasının dəyişdirilməsi barədə ərizəsinin rədd olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X4 nümayəndəsi və vəkili Vəkil1 ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar, onun nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, X8 icra vərəqəsinin icra üsulu va qaydasının dəyişdirilməsi barədə ərizəsinin rədd olunması barədə qərardad çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X5 icra üsulu va qaydasının dəyişdirilməsi barədə ərizəsinin rədd olunması barədə ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh Tələbkar qarşı “payların bölünməsi tələbinə dair” ilkin və iddiaçı Tələbkar cavabdeh X10 qarşı “kompensasiya ödənilməklə pay hüququna xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri qismən təmin edilərək, Tələbkar tərəfindən 2/5 hissədə X8, 3/5 hissədə Tələbkar paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 (iki yüz altmış min) manat kompensasiya ödənilməklə X8 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilməsi, ünvan 3 ünvanda yerləşən mənzil ilkin satış qiyməti 570.000 (beş yüz yetmiş min) manat olmaqla, açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin paylarına mütənasib qaydada X10 və Tələbkar ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin “əsaslandırıcı” və “qət etdi” hissələrində olan yanlışlığın düzəldilərək, “Tələbkar tərəfindən 2/5 hissədə X8, 3/5 hissədə Tələbkar paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 (iki yüz altmış min) manat kompensasiya ödənilməklə X8 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilsin”. cümləsi “Tələbkar tərəfindən 2/5 hissədə X8, 3/5 hissədə Tələbkar paylı mülkiyyətlərində olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilə görə 96.000 manat, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinə görə 164.000 manat, cəmi 260.000 (iki yüz altmış min) manat qətnamə qanuni qüvvəyə mindiyi gündən 30 (otuz) gün ərzində kompensasiya şəkilində iddiaçıya ödənilməklə eyni anda iddiaçı X8 həmin əmlaklarda olan 2/5 hissədə payına dair mülkiyyət hüquqlarına xitam verilsin. Cavabdeh tərəfindən iddiaçı X1 ödənilmədiyi təqdirdə: Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410.000 manata və Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən mənzilin 240.000 manata açıq hərracda satılması və əldə olunan pul vəsaitinin daşınmaz əmlakda paya mütənasib qaydada mülkiyyətçilərə ödənilməsi” kimi oxunması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmiş, hərracın keçirilməsi barədə icra məmurunun 21862/18 saylı sifarişi əsasında hərrac təşkil edilərək, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Y-393/21 saylı hərracın nəticələri haqqında” yekun protokoluna əsasən, 2/5 hissədə X10, 3/5 hissədə Tələbkar məxsus Sakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 ha torpaq sahəsində yerləşən 163 nömrəli bağ evi 410000 manata X2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-534/2022 nömrəli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 qarşı “hərracın nəticələrinə dair yekun protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddiası təmin edilmiş, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli Y-393/21 saylı “hərracın nəticələri haqqında” yekun protokolu etibarsız hesab edilmişdir. Məhkəmə qətnaməsi onunla əsaslandırılmışdır ki, hərracı udmuş X12 tərəfindən bağ evinin dəyəri nə “Bakı Hərrac Mərkəzi" MMC-nin, nə də sifarişçi Yasamal rayon İcra şöbəsinin bank hesabına köçürülməmiş və tərəflər arasında buna dair hər hansı digər razılaşma əldə olunmamışdır. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin icra üsulunu və qaydasını dəyişdirilməsində məqsəd işdə iştirak edən şəxslərin əmlak vəziyyətinə və digər hallara əsasən icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsindən ibarətdir. Hazırki halda isə ərizəçi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra üsulunun dəyişdirilməsinə əsas olan, əmlak vəziyyəti və digər hallarla bağlı heç bir sübut təqdim etməmişdir. Həmçinin, X8 icra üsulunun dəyişdirilməsi barədə ərizənin xahiş hissəsində göstərilənlərdən: “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 ha torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410000 manat qiymətlə ilkin olaraq hərraca çıxarılması, həmin əmlakın açıq hərrac yolu ilə satılıİması, satışdan əldə olunan pul vəsaitinin tərəflərin paylarına mütənasib qaydada bölünməsi və Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən və ümumi dəyəri 240000 manat qiymətləndirilən əmlakdan X8 2/5 payına mütənasib olaraq 96000 manat kompensasiya ödənilməklə X8 həmin əmlaklar üzərində mülkiyyət hüquqlarına xitam verilməsi” hissələri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsində olan yanlışlığın aradan qaldırılması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə eynilik təşkil edir və qərardadda həmin hissələrlə bağlı qətnamənin icra üsulu birbaşa göstərilmişdir. Məhkəmə icra hərəkətlərinin hansı şəkildə aparılmasını bir daha aydınlıq gətirərək bildirir ki, icra hərəkətləri aşağıdakı qaydada aparılmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadında açıq bir şəkildə göstərilmişdir. İcra hərəkətləri ardıcıl olaraq ilk öncə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 0,0010 hektar torpaq sahəsində yerləşən 863 nömrəli bağ evinin 410.000 manata və Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən mənzilin 240.000 manata açıq hərracda satılması və əldə olunan pul vəsaitinin daşınmaz əmlakda paya mütənasib qaydada mülkiyyətçilərə ödənilməlidir. Bundan sonra ünvan 3 ünvanda yerləşən mənzil ilkin satış qiyməti 570.000 (beş yüz yetmiş min) manat olmaqla, açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin paylarına mütənasib qaydada X10 və Tələbkar ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən icra sənədinin icra üsulu kifayət qədər aydın göstərildiyindən və icra sənədinin icrası üçün heç bir anlaşılmazlıq olmadığına görə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X4 ərizəsi əsassız olduğundan, təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230-cu və 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə R A R A A L D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-918/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə X4 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №8(004)-624/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-624/2022
24.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver