Məhkəmə qərarları › İş №8(004)-625/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-625/2023

19.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-625/2023 19.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3961/2022 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədilə, borclu xx.xx.1981-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 12 ünvanında qeydiyyatda olan Cavabdeh Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3961/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən İddiaçı Cavabdeh qarşı “pul” barədə iddiasına dair mülki iş üzrə tərəflər arasında 13 sentyabr 2022-ci il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilmişdir: 1. Cavabdeh X1ni imzalamaqla 2(004)- 3961/2022 saylı mülki iş üzrə iddia tələbini tam olaraq qəbul edərək İddiaçı 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində borc pulun və ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumunun xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 600 manat olmaqla ödəməyi öhdəsinə götürür; 2. İddiaçı X1ni imzalamaqla 2(004)-3961/2022 saylı mülki iş üzrə Cavabdeh 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində borc pulun və ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumunun xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 600 manat olmaqla ödəməsinə etiraz etmir və Cavabdeh qarşı 2(004)- 3961/2022 saylı mülki iş üzrə iddiasından imtina edir; 3. X1 Cavabdeh tərəfindən sazişdə etiraf edərək qəbul etdiyi və sazişin 1-ci bəndinə əsasən öhdəsinə götürdüyü şərtləri yerinə yetirməzsə, ödəməli olduğu 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində borc pulun və ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumunun tam olaraq ödənilməsi X1nin icraya yönəldilməsinə və həmin ödənişinin icra məmuru vasitəsilə məcburi qaydada tutulması üçün əsasdır. 4.Tərəflər öhdələrinə götürür ki, mülki mübahisə üzrə tərəflərin çəkdikləri xərclər (ödənilmiş dövlət rüsumu xaric) özlərinə aid ediləcəkdir və bu barədə qarşı tərəfə hər hansı iddia irəli sürməyəcəklər; 5. X1 tərəflərin iradə ifadəsini əks etdirir; 6. X1 üzrə götürülmüş öhdəliklərin icrası tərəflər üçün məcburidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə icraata başlanılmış icraat zamanı sözügedən vəsaitin borclu Cavabdeh tərəfindən könüllü təmin edilməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə borclu Cavabdeh şöbəyə dəvət edilmiş, lakin o müxtəlif bəhanələr gətirərək icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Bununla əlaqədar Cavabdeh qeydiyyatda olduğu və yaşadığı ünvana xəbərdarlıq məktubu göndərilmiş, lakin o heç bir üzürlü səbəb göstərməyərək tələbi təmin etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar borclu Cavabdeh Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3961/2022 saylı icra sənədinə əsasən, borclu Cavabdeh tərəfindən 15750 (on beş min yeddi yüz əlli) manat məbləğində borc pul və ödənilmiş 138 (bir yüz otuz səkkiz) manat dövlət rüsumu xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 600 manat olmaqla İddiaçı ödənilməlidir. Təqdimata əlavə edilmiş borclu Cavabdeh adına ünvanlanmış xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası barədə xəbərdarlıq edilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan borcunu icra etməkdən və icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh şəxsiyyətini təsdiq edən sənədlə birlikdə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlib icra sənədi üzrə tələbini təmin etməsi, əks halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (500 manatdan 1000 manatadək cərimə və ya 1 ayadək inzibati həbs) maddəsini rəhbər tutaraq barəsində inzibati protokol tərtib edilərək məhkəməyə müraciət olunacağı barəsində xəbərdar edilmişdir. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borclu Cavabdeh tələbi könüllü icra etməsi təklif olunmuşdur. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərara əsasən borclunun məcburi gətirilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdimat verilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmuşdur. Təqdimata əlavə edilmiş “Sms bildirişin” göndərilməsi barədə çıxarışlardan görünür ki, icra məmuru tərəfindən müvafiq bildirişlər göndərilməklə borcludan icra sənədi üzrə tələbinin təmin edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə yaxınlaşması xahiş edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, borclu Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3961/2022 saylı icra sənədi üzrə məsuliyyətə cəlb olunma barədə xəbərdarlığa baxmayaraq, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava 12 ünvanında qeydiyyatda olan Cavabdeh Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar