Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-629/2022 07.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın xx.xx.2022ci il tarixli “İcra sənədinin geri qaytarılması” haqqında qərarından verilən iş üzrə tələbkarın nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon Məhkəməsinin 2(004)-682/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən vəsatət təmin edilərək “BP Exploration (Caspian Sea) Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən cavabdeh Borclu məxsus səhmlərin məbləği, o cümlədən 10 dekabr 2021-ci il tarixdən sonra əldə etdiyi dividentlər (hansı tarixdə dvidentlərin alınması və miqdarı), “share” vasitəsilə əldə edilmiş səhmlər və onların dəyəri barədə məlumatın, həmçinin həyat yığım sığortası üzrə toplanmış vəsait barədə məlumatın bundan əlavə “Paşa Həyat” yığım sığortasında X1 adına olan pul vəsaitlərinin hansı yığımlar hesabına (misal: əmək haqqı işəgötürənin hesabına (DSMF ödənişləri), işçinin hesabına ödənilən sığorta haqqından (gəlir vergisi hesabına) və məcburi dövlət sosial sığorta hesabına) əmələ gəlməsi və həmin əmələ gəlmə əsaslarını təşkil edən yığım sahələrində ayrı-ayrılıqda nə qədər pul vəsaitinin olması (misal: hansı məbləğdə pul vəsaitinin əmək haqqı hesabına, hansı məbləğdə pul vəsaitinin işəgötürənin hesabına ödənilən sığorta haqqından (DSMF ödənişlərindən), hansı məbləğdə pul vəsaitinin işçinin hesabına ödənilən sığorta haqqından (gəlir vergisi hesabına) və məcburi dövlət sosial sığorta hesabına ödənilən məbləğindən əmələ gəlməsi) barədə ətraflı məlumatı təsdiq edən sənədlərin 5 (beş) gün ərzində təqdim edilməsi qərara alınmışdır. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru Nəzrin İbişova tərəfindən xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarın surətinə əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-682/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası mümkün olmadığından geri qaytarılması qərara alınmışdır. Tələbkarın nümayəndəsi və vəkili X2 xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin 2(004)-682/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixli “İcra sənədinin geri qaytarılması” haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir. Borcluya, tələbkara və qərarı qəbul edən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Borclu, tələbkar və qərarı qəbul edən icra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən, məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək qeyd edir ki, ərizə təmin edilməməlidir. Belə ki, qeyd olunan icra sənədi 2(004)-682/2022 saylı mülki iş üzrə müvafiq soğru ilə bağlı verilmişdir. Həmin sorğuya cavab xx.xx.2022-ci il tarixdə verilmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-682/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. Məhkəmə qeyd edir ki, icra sənədinin birbaşa bağlı olduğu mülki iş üzrə yekun məhkəmə aktı çıxarıldığından, qeyd olunan icra sənədinin icrası zərurəti aradan qalxmışdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 70.4-cü icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Nəzrin İbişovanın xx.xx.2022ci il tarixli “İcra sənədinin geri qaytarılması” haqqında qərarından verilən iş üzrə tələbkarın nümayəndəsi və vəkili X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №8(004)-629/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-629/2022
07.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver