Məhkəmə qərarları › İş №8(004)-638/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-638/2023

23.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-638/2023 23.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi tələbkar Xanalıyeva (Məmmədova) Tünzalə Vüqar qızının iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-136/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin böyük icra məmuru Rəhman Atamoğlanovun təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-136/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən tərəflərin birgə nikahından olan 27 mart 2014-cü il təvəllüdlü X2 anası iddiaçı Tələbkar yanında saxlanılmalı, 27 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Tələbkar ödənilməli, alimentin tutulma vaxtı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru Rəhman Atamoğlanov təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-136/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu könüllü müəyyən olunmuş vaxtda borcun ödənilməsi üçün bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmişdir. Belə olan icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən tələbkar Xanalıyeva (Məmmədova) Tünzalə Vüqar qızı izahatında bildirmişdir ki, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 136/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə bugünədək heç bir məbləğdə ödəniş etməmişdir. Alimentə ehtiyacı vardır. Təqdimatın təmin edilməsini xahiş edir. İcra sənədi üzrə borclu və təqdimatı verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclu və təqdimatı verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPMnin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclu və təqdimatı verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borcun məbləğini, digər icra tədbirlərinin nəticə vermədiyini və görülən icra tədbirinin aliment tələbi üzrə icra sənədinə mütənasibliyini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-136/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.1988-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar