Məhkəmə qərarları › İş №8(004)-639/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-639/2023

30.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-639/2023 30.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(004)-9095/2018 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoyulması haqqında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(004)-9095/2018 nömrəli icra vərəqəsinə əsasən Tələbkar 1.817 ABŞ dolları pul və 30 manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli xx.xx.2023-cü il tarixdə təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Tələbkar mülkiyyətində olan “VAZ 21074 minik” markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədinin icrasına başlanılmış və borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzürlü səbəb olmadan boyun qaçırmışdır. İcraat zamanı məlum olmuşdur ki, borclu Tələbkar mülkiyyətində olan “VAZ 21074 minik” markalı ** LN *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması zəruridir. Elektron icra sisteminin məlumatından müəyyən edilir ki, borclu Tələbkar mülkiyyətində olan “VAZ 21074 minik” markalı, 2011-ci il buraxılışlı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. İcra sənədi üzrə borcluya, tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(004)-9095/2018 nömrəli icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli tərəfindən icraata qəbul barədə xx.xx.2019-cü il tarixdə qərar qəbul edilmişdir. Könüllü icra üçün borcluya bildiriş verilmişdir. Borclu icra sənədinin icrasını təmin etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 50-ci və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli e-2(004)-9095/2018 nömrəli icra vərəqəsi üzrə borcun ödənilməsini təmin etmək məqsədilə borclu Tələbkar mülkiyyətində olan “VAZ 21074 minik” markalı, 2011-ci il buraxılışlı, ** LN *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar