Məhkəmə qərarları › İş №8(004)-643/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-643/2023

30.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-643/2023 30.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə İddiaçı X1 maraqlı şəxs qismində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X3 1 Saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə Cavabdeh qarşı kompensasiya ödənilməklə ümumi əmlakdakı paya hüququn itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən verilmiş qərardada izah verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı kompensasiya ödənilməklə cavabdehin ümumi əmlakdakı paya hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə tərəflər arasında aşağıda göstərilən məzmunda 31 may 2023-cü il tarixli barışıq sazişi təsdiq edilmiş və bu səbəbdən iş üzrə icraata xitam verilmişdir: “Bundan sonra birlikdə "‘tərəflər” ayrılıqda “birinci tərəf’ adlandırılacaq X2 “ikinci tərəf’ adlandırılacaq Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakılar haqqında barışıq sazişi bağlayırlar.

6. Preambula İddiaçı X2 cavabdeh Nəsirova (İsgəndərli) Vəfa Bəhram qızına qarşı Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 14 saylı ünvanda yerləşən sahəsi 71.2 kv.metr olan 26 saylı mənzildə 1/8 paya sahib olan Nəsirova (İskəndərli) Vəfa Bəhram qızına iddiaçı tərəfindən 17112,5 (on yeddi min yüz on iki 50 qəpik) manat kompensasiya ödənilməklə əmlakdakı payının və istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.

7. Sazişin predmeti 7.1. Tərəflər sözü gedən mübahisə ilə əlaqədar uzun sürən məhkəmə çəkişməsinə son qoymaq, habelə mübahisəni barışıqla həll etmək məqsədi ilə barışıq sazişi bağlayırlar. 7.2. Bu sazişə uyğun olaraq birinci tərəf ikinci tərəfə Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 14 saylı ünvanda yerləşən sahəsi 71.2 kv.metr olan 26 saylı mənzildə 1/8 payının və istifadə hüququnun itirilməsi üçün 17112,5 (on yeddi min yüz on iki 50 qəpik) manat kompensasiya ödəyir. 7.3. İkinci tərəf birinci tərəfin təklifini (ikinci tərəfə məxsus 1/8 payı 17112,5 (on yeddi min yüz on iki 50 qəpik) manat kompensasiya ödənilməklə birinci tərəfin adına rəsmiləşdirilməsinə) qəbul edir və gələcəkdə mübahisə açmaması (iddia sürməyəcəyi) barədə öhdəlik götürür.

8. Öhdəliklərin icrası 8.1. Bu sazişin müddəalarının pozulmasına görə yaranacaq mübahisələr məhkəmə qaydasında həll ediləcək.

9. Digər müddəalar 9.1. Bu sazişə tərəflər onu imzaladıqdan və notariat məhkəmə (notariat) qaydasında təsdiq edildiyi gündən qüvvəyə minir. 9.2. Bu saziş 3 (üç) nüsxədən tərtib edilir. Onlardan hər biri müvafiq olaraq tərəflərdə və sazişi təsdiq etmiş məhkəmə (notariat) orqanında saxlanılır.

10. Tərəflərin rekvizitləri Birinci tərəf X2 Ünvan: Bakı şəhəri Yasamal rayonu Akim Abbasov küçəsi 14 mən. 26 Tel: 055 *** ** ** İkinci tərəf Cavabdeh Ünvan: Bakı şəhəri Yasamal rayonu, Gen. Akim Abbasov küçəsi 14 mən.26 Tel:050207-67-04” Qərardaddan tərəftər şikayət verməmiş, qərardad qanuni qüvvəyə minmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmiş və həmin sazişə əsasən Cavabdeh paylı mülkiyyətdə olan payının əvəzinə ona pul şəklində kompensasiyanın ödənilməsinə və bununla da onun həmin paya mülkiyyət hüquqlarına xitam verilməsinə, paylı mülkiyyətin iddiaçı X1 tam mülkiyətinə keçməsinə və buna dair ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə razılığını bildirmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2341/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı əsasında Yasamal Rayon İcra Şöbəsi tərəfindən açılmış icra işindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış barışq sazişi ilə üzərinə götüdüyü öhdəliyi icra edərək cavabdehə 17112,5 manat kompensasiya məbləğini ödəmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, qəbul edilmiş qərardada izah verilərək Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 14 saylı ünvanda yerləşən 26 saylı mənzildə olan 1/8 hissədə payının X1 adına keçirilməsi (müvafiq qeydin aparılması) və tam mülkiyyət hüquqlarına dair çıxarışın X1 adına verilməsi və Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 14 saylı ünvanda yerləşən 26 saylı mənzildən qeydiyyatdan çıxarılması kimi izah verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə icra vərəqəsi göndərilmişdir. İcra vərəqəsi 1 saylı Bakı Ərazi İdarəsinə ********** nömrəsi altında daxil olmuş, 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Yasamal Rayon İcra Şöbəsinə məhkəmə qərardadı icra edilmədən geri qaytarılmışdır. Bundan başqa Yasamal Rayon Polis İdarəsi də qərardadı icra etməmiş və icra vərəqəsini geri qaytarmışdır, qaytarmanın səbəbi isə qərardadda qeydiyyatdan çıxarılma göstərilməmiş, istifadə hüququnun itirilməsi qeyd edilmişdir. Buna görə də o hissədə də qərardad icra edilməmişdir. Hazırda qərardada izah verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin “Qətnamənin və ya qərardadın izah edilməsi” adlanan 230-cu maddəsinə əsasən: 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə qərardada izah verilməsi məsələsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 204. Mülkiyyət hüququndan imtina 204.1. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyarlı şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında... İstinad olunan maddələrə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə qalan mülkiyyətçilər tərəfindən payının əvəzi olaraq kompensasiya ödənildiyi andan ümumi əmlakdakı paya mülkiyyət hüququ, yəni mülkiyyətin tərkib hissəsi olan əmlaka sahiblik, istifadə və sərəncam vermək hüquqları itirilir. Şəxsin istifadə hüquqlarının itirilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı da şəxsin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263- 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ:

Ərizə təmin edilsin. İzah edilsin ki, iddiaçı X2 ilə Cavabdeh arasında bağlanmış 31 may 2023-cü il tarixli barışıq sazişinin 7.3.-cü bəndi “İkinci tərəf birinci tərəfin təklifini (ikinci tərəfə məxsus 1/8 payı 17112,5 (on yeddi min yüz on iki 50 qəpik) manat kompensasiya ödənilməklə birinci tərəfin adına rəsmiləşdirilməsini) qəbul edir və gələcəkdə mübahisə açmaması (iddia sürməyəcəyi) barədə öhdəlik götürür.” Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi 14 saylı ünvanda yerləşən 26 saylı mənzildə olan 1/8 hissədə payının əvəzi olaraq X2 tərəfindən ona kompensasiya ödənildiyi andan onun həmin paya mülkiyyət hüquqlarının, mülkiyyətin tərkib hissəsi olan əmlaka sahiblik, istifadə və sərəncam vermək hüquqlarının itirilməsi, mənzil üzərində X1 tam mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına razılıq kimi başa düşülməlidir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar