Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-647/2023 02.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İcra sənədi üzrə tələbkar X2, İcra sənədi üzrə borclunun nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-895/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməsinə möhlət verilməsi barədə tələbkar X4 tərəfindən verilmiş ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-895/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Borclu siyahıda adları qeyd olunan əşyalardan 1) 2 ədəd çilçıraq; 2) 3 ədəd xalça; 3) 3 ədəd pərdə; 4) 3 ədəd süfrə; 5) 1 ədəd karniz; 6) ət çəkən; 7) şirə çəkən; 8) limon sıxan; 9) portağal sıxan; 10) kofe dəmləyən; 11) ütü; 12) mikser; 13) yemək bişirən peç; 14) tozsoran; 15) 1 ədəd lampa; 16) 1 ədəd “Samsung” markalı telefon; 17) 2 dəst pakrval; 18)1 dəst yorğan; 19) 1 dəst divan üstü; 20) 1 dəst hamam xalatı; 21) 2 dəst ədyal (nazik); 22) 2 dəst ədyal qalın; 23)6 dəst pastel; 24)8 dəst əl-üz dəsmalı; 25)12 dəst dəsmal canqurulayan və 2 dəst dəsmal naboru; 26) 6 dəst çay dəsmalı; 27) 2 dəst balış; 28) 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək; 29) nahar servisi; 30) gündəlik servis; 31) bıçaq dəsti; 32) tort qabı; 33) peçenye qabı; 34) 2 dəst ədviyyat qabı dəsti; 35) 3 dəst sini (“podnos”) dəsti; 36) qaşıq-bıçaq çamadan dəsti; 37) gündəlik qaşıq-bıçaq dəsti; 38)1 ədəd çaydan; 39)3 ədəd çaynik; 40) 3 böyük qazan dəsti; 41) 2 orta qazan; 42) 2 dəst tava; 43) 2 dəst güldan; 44) 3 dəst vaza; 45) 1 dəst meyvə vazası; 46) 2 dəst kül qabı; 47) 3 dəst şüşə qab; 48) 4 dəst mürəbbə (“varena”) qabı; 49) 4 dəst qənnadı qabı; 50) qaşlı 3 mərtəbə qab + 2 dəst qənnadı qabı; 51) qaşlı armudu + araq stəkanları; 52) armudu stəkan (qaşıqlı); 53) 1 dəst fincan dəsti (“çaşqa naboru”); 54) 1 dəst fincan (“çaşqa”); 55) xrustal stəkan 2 dəst; 56) xrustal qrafinka stəkanı ilə dəst; 57)qrafinka stəkanı ilə qızılı rəng dəst; 58) qrafinka göy qapaq dəst (“nabor”) 59) viski qrafinka stəkanı ilə dəst (“nabor”) gümüşü rəng; 60) qrafinka stəkanı ilə dəst gümüşü rəng; 61) 3 formada rumkalar gümüşü rəng; 62) 2 dəst şirə bakalı (“sok rumkası”); 63) 4 dəst çay stəkanı; 64) 4 dəst nəlbəki; 65)3 dəst armudu stəkan; 66) 3 dəst nəlbəki; 67) 2 dəst razetka; 68)1 dəst limon qabı; 69)2 dəst gündəlik sini (“podnos”); 70) 2 dəst ləyən; 71)2 dəst səbət; 72)1 dəst aşsüzən; 73)iynə dəsti; 74)şpilka qabı; 75)tyorka; 76)meyvə doğrayan taxta; 77)hamam silən; 78)2 ədəd kalçuk qab; 79)soba (peç); 80) qoz çəkən; 81)qoz qıran; 82)banka bağlayan; 83)termus; 84)saat; 85)duz qabı dəsti; 86)su qrafini; 87)ləpə qabı; 88)1 dəst ədyal; 89)aşsüzən; 90)sarımsaq əzən; 91)çörək qabı; 92)2 dəst oxlov; 93)gəlin güzgüsü; 94)ələk-kəfkir; 95)kartof əzən; 96)süpürgə-xəkəndaz; 97)“İstikbal” yataq dəsti; 98)“İstikbal” qonaq dəsti; 99)standart döşək; 100) divan-kreslo; 101)“Samsung” markalı televizor; 102) )“Samsung” markalı soyuducu; 103)“Samsung” markalı paltaryuyan maşın; 104)aspirator; 105)toster; 106)mətbəxt mebeli, 107) ağ qızıl komplekt, 108) mirvari komplekt, 109) qızıl bəxt üzüyü, 110) qızıl uşaq sırğası, sepi, qolbağı və sancağı, 111) qızıl üzük, sep (türkan adı yazılan), 112) qızıl uşaq sırğası, 113) brilyant qaşlı ağ-qızıl üzüyün alınaraq ididaçı X3 təhvil verilməsi, qeyd olunan əşyalar aşkar edilmədiyi təqdirdə həmin əşyaların dəyərinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-895/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi xx.xx.2022-ci il tarixdə icraya yöndəldilmişdir. Bundan sonra iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 518/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-895/2022 saylı iş üzrə 19 aprel 2022-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmiş, 1) 2 ədəd çilçıraq – hər biri 100 manat olmaqla 200 manat; 2) 3 ədəd xalça– hər biri 80 manat olmaqla 240 manat; 3) 3 ədəd pərdə – hər biri 40 manat olmaqla 120 manat;; 4) 3 ədəd süfrə – ( təqdim olunmuş 2 süfrə hər biri 20 manat olmaqla 40 manat, 1 ədəd təqdim olunmayan süfrə 10 manat) 5) 1 ədəd karniz – 40 manat; 6) ət çəkən – 30 manat; 7) şirə çəkən – 30 manat; 8) limon sıxan – 3 manat; 9) portağal sıxan – 3 manat; 10) kofe dəmləyən – 10 manat; 11) ütü – 30 manat; 12) mikser – 10 manat; 13) yemək bişirən peç – 40 manat; 14) tozsoran – 40 manat; 15) 1 ədəd lampa – 1 manat; 16) 1 ədəd “Samsung” markalı telefon - 0 manat; 17) 2 dəst pakrval – hər biri 100 manat olmaqla 200 manat; 18) 1 dəst yorğan – 50 manat; 19) 1 dəst divan üstü – 25 manat; 20) 1 dəst hamam xalatı – 20 manat; 21) 2 dəst ədyal (nazik) – hər biri 10 manat olmaqla 20 manat; 22) 2 dəst ədyal qalın – hər biri 30 manat olmaqla 60 manat; 23) 6 dəst pastel – hər biri 30 manat olmaqla 180 manat; 24) 8 dəst əl-üz dəsmalı – hər biri 20 manat olmaqla 160 manat; 25)12 dəst dəsmal canqurulayan – hər biri 15 manat olmaqla 150 manat və 2 dəst dəsmal naboru – hər biri 20 manat olmaqla 40 manat; 26) 6 dəst çay dəsmalı – ( təqdim olunmuş 3 dəst çay dəsmalı hər biri 5 manat olmaqla 15 manat; təqdim olunmayan 3 dəst çay dəsmalı isə hər biri 15 manat olmaqla 45 manat) 27) 2 dəst balış – hər biri 10 manat olmaqla 20 manat; 28) 6 dəst balış – hər biri 5 manat olmaqla 30 manat + 3 dəst yorğan – hər biri 30 manat olmaqla 90 manat + 3 dəst döşək – hər biri 10 manat olmaqla 30 manat; 29) nahar servisi – 300 manat; 30) gündəlik servis – 100 manat; 31) bıçaq dəsti – 20 manat; 32) tort qabı – 10 manat; 33) peçenye qabı – 5 manat; 34) 2 dəst ədviyyat qabı dəsti – hər biri 10 manat olmaqla 20 manat; 35) 3 dəst sini (“podnos”) dəsti – (təqdim olunmuş 2 sini podnos dəsti hər biri 10 manat olmaqla 20 manat, təqdim olunmyanan 1 sini padnos dəsti isə 5 manat) 36) qaşıq-bıçaq çamadan dəsti – 80 manat; 37) gündəlik qaşıq-bıçaq dəsti – 30 manat; 38)1 ədəd çaydan – 10 manat; 39) 3 ədəd çaynik – hər biri 5 manat olmaqla 15 manat; 40) 3 böyük qazan dəsti – hər biri 50 manat olmaqla 150 manat; 41) 2 orta qazan – hər biri 20 manat olmaqla 40 manat; 42) 2 dəst tava – ( təqdim olunmuş 1 ədəd tava 10 manat, təqdim olunmayan 1 ədəd tava 5 manat) 43) 2 dəst güldan – hər biri 10 manat olmaqla 20 manat; 44) 3 dəst vaza – hər biri 40 manat olmaqla 120 manat; 45) 1 dəst meyvə vazası – 10 manat; 46) 2 dəst kül qabı – hər biri 10 manat olmaqla 20 manat; 47) 3 dəst şüşə qab – hər biri 10 manat olmaqla 30 manat; 48) 4 dəst mürəbbə (“varena”) qabı – hər biri 5 manat olmaqla 20 manat; 49) 4 dəst qənnadı qabı – hər biri 5 manat olmaqla 20 manat; 50) qaşlı 3 mərtəbə qab + 2 dəst qənnadı qabı - 40 manat; 51) qaşlı armudu + araq stəkanları – 15 manat; 52) armudu stəkan (qaşıqlı) – 10 manat; 53) 1 dəst fincan dəsti (“çaşqa naboru”) – 10 manat; 54) 1 dəst fincan (“çaşqa”) – 20 manat; 55) xrustal stəkan 2 dəst - hər biri 10 manat olmaqla 20 manat; 56) xrustal qrafinka stəkanı ilə dəst – 10 manat; 57) qrafinka stəkanı ilə qızılı rəng dəst – 15 manat; 58) qrafinka göy qapaq dəst (“nabor”)- 30 manat; 59) viski qrafinka stəkanı ilə dəst (“nabor”) gümüşü rəng – 30 manat; 60) qrafinka stəkanı ilə dəst gümüşü rəng – 15 manat; 61) 3 formada rumkalar gümüşü rəng – 30 manat; 62) 2 dəst şirə bakalı (“sok rumkası”) - hər biri 15 manat olmaqla 30 manat; 63) 4 dəst çay stəkanı - hər biri 10 manat olmaqla 40 manat; 64) 4 dəst nəlbəki - hər biri 5 manat olmaqla 20 manat; 65) 3 dəst armudu stəkan - hər biri 10 manat olmaqla 30 manat; 66) 3 dəst nəlbəki - hər biri 5 manat olmaqla 15 manat; 67) 2 dəst razetka - hər biri 5 manat olmaqla 10 manat; 68) 1 dəst limon qabı – 5 manat; 69) 2 dəst gündəlik sini (“podnos”) - hər biri 5 manat olmaqla 20 manat; 70) 2 dəst ləyən - hər biri 10 manat olmaqla 20 manat; 71) 2 dəst səbət - hər biri 10 manat olmaqla 20 manat; 72)1 dəst aşsüzən – 5 manat; 73) iynə dəsti – 3 manat; 74) şpilka qabı – 3 manat; 75) tyorka – 3 manat; 76) meyvə doğrayan taxta – 3 manat; 77) hamam silən – 3 manat; 78) 2 ədəd kalçuk qab - hər biri 3 manat olmaqla 6 manat; 79) soba (peç) – 30 manat; 80) qoz çəkən – 3 manat; 81) qoz qıran – 2 manat; 82) banka bağlayan – 2 manat; 83) termus – 5 manat; 84) saat – 10 manat; 85) duz qabı dəsti – 10 manat; 86) su qrafini – 5 manat; 87) ləpə qabı – 3 manat; 88) 1 dəst ədyal - 5 manat; 89) aşsüzən – 3 manat; 90) sarımsaq əzən – 2 manat; 91) çörək qabı – 2 manat; 92) 2 dəst oxlov - hər biri 2 manat olmaqla 4 manat; 93) gəlin güzgüsü – 20 manat; 94) ələk-kəfkir – 5 manat; 95) kartof əzən – 3 manat; 96) süpürgə-xəkəndaz – 2 manat; 97) “İstikbal” yataq dəsti – 1500 manat; 98) “İstikbal” qonaq dəsti – 1500 manat; 99) standart döşək – 70 manat; 100) divan-kreslo – 400 manat; 101) “Samsung” markalı televizor – 350 manat; 102) ) “Samsung” markalı soyuducu – 400 manat; 103) “Samsung” markalı paltaryuyan maşın – 350 manat; 104) aspirator – 50 manat; 105) toster – 50 manat; 106) mətbəxt mebeli – 1300 manat, 107) ağ qızıl komplekt 108) mirvari komplekt 109) qızıl bəxt üzüyü 110) qızıl uşaq sırğası, sepi, qolbağı və sancağı 111) qızıl üzük, sep (türkan adı yazılan) 112) qızıl uşaq sırğası 113) brilyant qaşlı ağ-qızıl üzük (1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan kolye-bilərzik-sırğa cütü- üzük dəsti - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 43,19 qramdır, qaşları brilyantdır 5 ədədinin hər birinin ölçüsü 0,025 karat, 33 ədədinin hər birinin ölçüsü 0,014 karat, 396 ədədinin hər birinin ölçüsü 0,002 karat, 4/3 keyfiyyətlidirlər—4712 manat; 1 ədəd sarı-gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 5,60 qramdır, qaşları brilyantdır, 1 ədədinin ölçüsü 0,230 karat, 2 ədədinin hər birinin ölçüsü 0,097 karat, 64 ədədinin hər birinin ölçüsü 0,004 karat, 3/3 keyfiyyətlidirlər—1281 manat; 1 ədəd sarı rəngli metaldan üzərində mirvariyə bənzər muncuq və ağ şəffav qaşları olan sırğa cütüüzük dəsti –üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 20,19 qramdır, qaşları brilyantdır, 21 ədədinin hər birinin ölçüsü 0,010 karat, 10 ədədinin hər birinin ölçüsü 0,006 karat, 3/3 keyfiyyətlidirlər—2213 manat; 1 ədəd sarı rəngli (qaralmiş) metal və mirvariyə bənzər muncuqlardan ibarət boyunbağı və qolbaq dəsti - üzərində “585” əyar damğası həkk olunmuşdur, kilid hissəsinin metalı 585 əyarlı qızıla uyğundur, metal muncuqlar əlvan metal ərinisindən hazırlanmışdır, ümumi çəkisi 86,63 qramdır- 86,63x80=6930 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində “Türkan” yazılı kulonu olan boyunbağı - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 7,57 qramdır7,57x80=605 manat; 1 ədəd sarı rəngli metaldan boyunbağı - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 6,74 qramdır6,74x80=539 manat; 1 ədəd sarı rəngli metaldan, üzərində “Şəlalə” yazılı hissəsi və kəpənək formalı elementi olan uşaq qolbağı üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,31 qramdır- 3,31x80=265 manat; 1 ədəd sarı rəngli metal kürələrdən və qırmızı rəngli muncuqlardan ibarət qolbaq - metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,42 qramdır- 4,42x80=354 manat; 1 ədəd sarı rəngli metaldan üzərində gümüşü rəngli metaldan “Canım sevgilim” yazısı və ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,16 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 4,16x80=333 manat; 1 ədəd sarı rəngli metaldan sırğa cütü - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,81 qramdır- 2,81x80=225 manat; 1 ədəd sarı rəngli metaldan gözmuncuqlu yaxa sancağı - metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,34 qramdır- 1,34x80=107 manat; 1 ədəd gümüşü rəngli metaldan üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 3,42 qramdır, qaşları qiymətli qaşlara aid deyil- 3,42x80=274 manat; 1 ədəd gümüşü rəngli metaldan üzərində 1 ədəd yaşıl və ağ şəffaf qaşları olan üzük - üzərində “925” əyar damğası həkk olunmuşdur, metalı 925 əyarlı gümüşə uyğundur, çəkisi 2,96 qramdır, qaşları qitmətli qaşlara aid deyil -2,96x5=15 manat; 1 ədəd gümüşü rəngli metaldan, kəpənək formalı elementi üzərində ağ şəffaf qaşları olan sırğa cütü - metalı əlvan metal ərintisindən hazırlanmışdır, çəkisi 2,29 qramdır, qaşları qiymətli qaşlara aid deyil, bijuteriyadır- 2,29x5=12 manat; 1 ədəd sarı rəngli metaldan üzərində gözmuncuğu olan kulon - metalı dəmir əsaslı ərintidən hazırlanmışdır, çəkisi 5,08 qramdır- 5,08x5=25 manat) qətnamə icra olunan vaxt mövcud olmazsa onların göstərilən dəyərlərinə uyğun pul məbləğləri Borclu alınaraq X3 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alaraq xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir. X1 xx.xx.2023-cü il tarixdə Yasamal rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-895/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməsinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 izahat verərək bildirir ki, hazırda işləmədiyindən kirayə ev tutana qədər ona möhlət verilməsini istəyir. Ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi Nümayəndə izahat verərək bildirir ki, tələbkar iki il ərzində ev tuta və əşyalarını götürə bilərdi. Həmin əşyaların mənzildə olmasına görə o, öz mənzilindən istifadə edə bilmir. Ərizənin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, hazırkı ərizə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-518/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlıdır. Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirildiyindən, həmin qətnaməyə əsasən verilmiş icra sənədi qüvvədə olmadığından, bu halda Bakı Apelyasiya Məhkəməsinin icra sənədinin icrası ilə bağlı olan möhlət verilməsinə dair ərizəyə Yasamal rayon Məhkəməsində deyil, icra sənədini verən məhkəmə, yəni Bakı Apelyasiya Məhkəməsində baxıla bilər. Qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu MPM-in bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. MPM-də olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. Eyni zamanda, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi «İcra haqqında» Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual məcəllələr çıxış edir. Beləliklə məhkəmə hesab edir ki, tələbkar tərəfindən verilən ərizə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-518/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı olduğundan həmin icra sənədi ilə bağlı ərizə Yasamal rayon Məhkəməsinə deyil, icra sənədini verən məhkəməyə, yəni Bakı Apelyasiya Məhkəməsinə verilə bilər. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-895/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməsinə möhlət verilməsi barədə tələbkar X4 tərəfindən verilmiş ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263, 264 268-ci maddələrinə əsasən QƏRARAALDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-895/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra edilməsinə möhlət verilməsi barədə tələbkar X4 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi tarixdən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(004)-647/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-647/2023
02.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver