Məhkəmə qərarları › İş №8(004)-647/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-647/2025

02.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-647/2025 02.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5161/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə X2 tərəfindən verilmiş “pul məbləğinin indeksasiyası”na dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 “pul məbləğinin indeksasiyası” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5161/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclular tərəfindən tələbkara ödənilməyən əsas 3418 manat məbləğ indeksləşdirilərək 2013-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 208,3 faiz artımı (3418 AZN x 208,3 % = 7119,69 AZN) nəzərə alaraq cəmi 10.537,69 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5161/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1, Borclu2 və Borclu3 cəmi 3418 manat məbləğində pul müştərək qaydada tutularaq X4 xeyrinə tutulması ödənilməsi qərara alınmışdır. Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərəfindən məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir). Borclular məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borcluların məhkəmə qərarı üzrə öhdəliyinin icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, məhkəmə qərarı üzrə tələbkara ödəlinməli olan 3418 manat məbləğində borca görə məhkəmə qərarı üzrə tələb olunan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır. Hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5161/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 3418 manat məbləğ indeksləşdirilərək, 2013-cü il tarixdən - 2025-ci ilin aprel ayınadək 208,3 faiz artımı (3418 AZN x 208,3 % = 7119,69 AZN) nəzərə alaraq cəmi 10537,69 manat istehlak qiymətlərinin indeksinə uyğun olaraq həyata keçirməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara, borclulara və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. X2 məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasında iş çoxluğu ilə əlaqədar üzrlü səbəblərdən görə iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5161/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.1960-cı ildə ünvan 1 ünvanında yaşayan Borclu1, xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Borclu3 və xx.xx.1963-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan faktiki Bakı şəhəri, A.Ağayev küçəsi, ev 18 A ünvanında yaşayan X1 müştərək qaydada X4 xeyrinə 2247 manat məbləğində əsas borc, 1100 manat məbləğində cərimə borcu, 50 manat məbləğində nümayəndəlik xərcləri və 21 manat dövlət rüsumu, ümumilikdə 3418 manat məbləğində pul tutulması əmr edilmişdir. 10358/2014/17 nömrəli icra işində olan: Yasamal rayon İcra şöbəsinin xx.xx.2014-cü il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5161/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata başlanılması, borclulara 10 gün müddətində icranı könüllü təmin edilməsinin təklif olunması qərara alınmışdır. Yasamal rayon İcra şöbəsi tərəfindən İcra Xidmətinin rəisinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, xx/xx-10358/17 nömrəli məktubun məzmunundan müəyyən edilir ki, vətəndaș X4 tərəf olduğu icra işi araşdırılmışdır. Müəyyən edilmișdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5161/2013 nömrəli, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Borclu1, Borclu3 və X1 müştərək qaydada 3418 manat tutularaq X2na ödənilməlidir. Sözügedən icra sənədi xx.xx.2014-cü il tarixdə şöbəyə daxil olmuş və həmin tarixdə başlanılmış icraat zamanı könüllü icra üçün müəyyən edilmiş müddətdə Yasamal rayonunda qeydiyyatda olan borclular Borclu1 və Borclu3 tərəfindən icra sənədinin icrası könüllü icra üçün müəyyən edilmiş müddətdə təmin edilməmişdir. Məcburi icra tədbirləri zamanı borclular Borclu1 və Borclu3 məxsus tələbin yönəldilə biləceyi əmlak və gəlirlər müəyyən edilməmiş və borclular tərəfindən tələbkar R.Musayevə cəmi 250 manat ödəniş edilmişdir. Daha sonra müəyyen edilmişdir ki, borclu .Zeynalov "X7 Turizm Sanayi ve Ticaret Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Fililalında işləyir. xx.xx.2021-ci iİ tarixdə tələb Borclu1 əmək haqqinin 50% hissəsinə yönəldilmiş, lakin Filialın xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Borclu1 əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. Bundan sonra tələbin borcluların əmlakı hesabına ödənilməsi istiqamətinə tətbiq edilmiş tədbirlər nəticə verməmiş, onlara məxsus əmlak və gəlirlər müəyyən edilməmişdir. xx.xx.2025-ci il tarixdə "Elektron İcra" informasiya sistemindən məlum olmuşdur ki, Borclu1 "xxxx" Müstəqil Şirkətində işləyir. Həmin tarixdə tələb borclunun əmək haqqının 50% hissəsinə yönəldilmişdir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytından (https://www.azstat.gov.az/pr03101011/) əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, istehlak qiymətləri indeksi 2025-ci ilin aprel ayında 2013-cü ilin sentyabr ayına nisbətən istehlak qiymətləri indeksi 208,3 % təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2.1 dəfə artmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən, Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli Qərarında qeyd olunur ki: “İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2025-ci il 15 aprel tarixli Qərarı).” “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizə üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı məbləğlərin müvafiq indeksasiyasını həyata keçirə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5161/2013 saylı, xx.xx.2013-cü il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.1960-cı ildə ünvan 1 ünvanında yaşayan Borclu1, xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Borclu3 və xx.xx.1963-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan faktiki Bakı şəhəri, A.Ağayev küçəsi, ev 18 A ünvanında yaşayan X1 müştərək qaydada X4 xeyrinə 2247 manat məbləğində əsas borc, 1100 manat məbləğində cərimə borcu, 50 manat məbləğində nümayəndəlik xərcləri və 21 manat dövlət rüsumu, ümumilikdə 3418 manat məbləğində pul tutulması əmr edilmişdir. Hazırda tələbkar Yasamal Rayon Məhkəməsinin 2(004)-5161/2013 saylı, xx.xx.2013-cü tarixli məhkəmə əmri ilə borclular tərəfindən ona ödənilməyən əsas, yəni 3418 manat ödənilməli olan pul məbləğinin 2013cü ildən 2025-ci ilin aprel ayınadək hesablanaraq indeksasiya edilməklə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan istehlak qiymətləri indeksini hazırkı iş üzrə ödənilməmiş borc məbləğinə tətbiq etdikdə və məhkəmə əmrinin qanuni qüvvəyə mindiyi 2013-cü ilin sentyabr ayından 2025-ci ilin aprel ayınadək borclular tərəfindən ödənilməmiş pulun indeksasiyası aşağıdakı kimi müəyyən olunur: 3701,69 manat (3418 manat x 208,3 % = 7119,69; 7119,69-3418=3701,69). Bu baxımdan məhkəmə hesab edir ki, 3418 manat məbləğinin indeksasiyası aparılaraq tələbkara əlavə olaraq 3701,69 manat ödənilməlidir. Tələbkar ərizəsində həm də tutulmalı olan 3418 manatı tələb etsə də, məhkəmə qeyd edir ki, ödənilməli pul məbləğinin indeksasiyası aparılarkən yalnız tutulan məbləğdən əlavə ödəniləcək pulun məbləği hesbalanır. Bu səbəbdən məhkəmə ərizəni qalan hissədə təmin etmir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5161/2013 saylı, xx.xx.2013cü il tarixli icra vərəqəsi üzrə X6 ödənilməli olan 3418 manat pul məbləği indeksasiya edilərək, Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada 3701,69 (üç min yeddi yüz bir manat altmış doqquz qəpik) manat X3nun xeyrinə əlavə olaraq tutulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə qismən təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5161/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə X6 ödənilməli olan 3418 manat pul məbləği indeksasiya edilərək, Borclu1, Borclu2 və Borclu3 müştərək qaydada 3701,69 (üç min yeddi yüz bir manat altmış doqquz qəpik) manat X3nun xeyrinə əlavə olaraq tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar