Məhkəmə qərarları › İş №8(004)-649/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-649/2023

03.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-649/2023 03.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2576/2022-007 saylı, xx.xx.2022cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Yasamal rayon İcra şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi haqqında” təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Günay Abbaszadə təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2576/2022-007 saylı, xx.xx.2022-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-2576/2022-007 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 958.78 manat pul vəsaiti tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə başlanılmış icraat zamanı Borclu tərəfindən icra sənədi üzrə tələb könüllü olaraq təmin olunmamışdır. Bundan sonra dəfələrlə Borclu məxsus ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılsa da, telefon zənglərinə cavab verilməmişdir. Borclu xx.xx.2023-cü il tarixində icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığı təqdirdə barəsində qanunamüvafiq qaydada məcburi icra tədbirləri tətbiq olunacağı barədə xəbərdar olmuşdur. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2576/2022-007 saylı, xx.xx.2022ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Borclu 842.07 manat əsas, 56.04 manat faiz, 25.87 manat cərimə olmaqla, cəmi 923.98 manat məbləğində kredit borcu, 4.8 manat müqavilə üzrə öhdəliklərini pozduğuna dair cavabdehə bildirişlərin göndərilməsi üzrə poçt xərcləri, həmçinin ərizə üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu tutularaq “X1 Azərbaycan” QSC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2576/2022-007 saylı, xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3196/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə bağlı ünvan 1 ünvanında faktiki olaraq yaşayan xx.xx.1970-ci il təvəllüdlü Borclu xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlmədiyi halda onun məcburi qaydada şöbəyə gətirilməsi barədə məhkəməyə təqdimat verilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə hesab edir ki, Borcluma Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2576/2022-007 saylı, xx.xx.2022-cü il tarixli icra sənədi üzrə icranı könüllü icra etməyəcəyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlməkdən, eləcə də icra sənədinin icrasını təmin etməkdən üzürsüz səbəbdən yayındığından, o, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2576/2022-007 saylı, xx.xx.2022cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə xx.xx.1970-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar