Məhkəmə qərarları › İş №8(004)-65/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-65/2023

31.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-65/2023 31.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Borclu iştirakı ilə, Yasamal rayon Məhkəməsinin 2(004)-3858/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal rayon Məhkəməsinin 2(004)-3858/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 6430,89 manat borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 84,30 manat dövlət rüsumu, ümulikdə 6515,19 manat məbləğində pul iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin 2(004)-3858/2022 saylı, xx.xx.2022-ci tarixli icra sənədində göstərilmiş tələbin təmin edilməsi məqsədi ilə borclu xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə kölüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Aparılmış icra tələbləri nəticəsində əldə edilmiş şifahi məlumata əsasən Borclu ölkə hüdudlarından kənara çıxmaq niyyətindədir. Belə olan halda borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən Borclu izahat verərək bildirir ki, təqdimatın təmin olunmasına etiraz etmir. Borcunu hissə-hissə ödəyəcəkdir. İcra sənədi üzrə tələbkara və təqdimat verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkarın və təqdimat verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata tələbkarın və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcra işində olan tələbin könüllü icrasına dair bildirişin surətindən müəyyən edilir ki, Borclu bildirişi və icraata başlamaq haqqında qərarın surətini xx.xx.2022-ci il tarixdə şəxsən imzalamaqla təhvil almışdır. Məhkəmə borcun tam ödənilmədiyini və görülən icra tədbirinin borc məbləğinə mütənasibliyini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1984-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədləri icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar