Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-651/2022 27.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, məhkəmə iclas katibi Paşayev Elçin Tofiq oğlunun katibliyi, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin, Borclu iştirakları ilə, Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-476/2022 nömrəli qərardadında əsasən, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatı əsasında Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-175/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi üçün Borclu mülkiyyətində olan “Toyota Prius (Hibrid)” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulmuşdur. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-476/2022 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan “Toyota Prius (Hibrid)” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)- 175/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar QSC BOKT-un xeyrinə 14978,71 manat məbləğində pul vəsaiti tutulmalıdır. İcra sənədinin icrasına xx.xx.2022ci il tarixli qərarla başlanmış və qanunamüvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə iş üzrə Borclu mülkiyyətində “Toyota Prius (Hibrid)” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu məlum olmuş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)- 476/2022 nömrəli qərardadı ilə üzərinə həbs qoyulmuşdur. İcraat zamanı Tələbkar QSC BOKTun xx.xx.2022-ci il tarixli məktubuna əsasən tələb tam olaraq icra olunmuşdur. Bundan sonra, icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Belə olan halda, Borclu məxsus daşınar əmlakın üzərinə qoyulmuş həbsin götürülməsini məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatın məzmununa uyğun izahat verdi və təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında icra sənədinə əsasən ondan tutulmalı olan borcu ödədiyini bildirmişdir. Məhkəmədən təqdimatın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tələbkarın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-175/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu Tələbkar QSC BOKT-un xeyrinə 14978,71 manat məbləğində pul vəsaiti tutulmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-476/2022 nömrəli qərardadı ilə Borclu mülkiyyətində olan “Toyota Prius (Hibrid)” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Tələbkar QSC BOKT tərəfindən Şəki rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, Borclu kredit borcunun Mustafayev Yasin Çoban oğlunun adına cəmlənərək, qeyd olunan şəxslə Tələbkar QSC-nin Şəki filialı arasında kredit borcunun restrukturizasiya edilməsinə dair yeni müqavilə bağlanmışdır. Göstərilənləri nəzərə alaraq, həmin icra işi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Təqdimata əlavə edilmiş Yasamal rayon İcra şöbəsinin “icraata xitam verilməsi” barədə xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Şəki Kommersiya Məhkəməsinin e-2- 2(117)-175/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. "İcra Haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun əmlakı üzərinə həbs qoyulması üçün əsaslar aradan qalxdığından, təqdimat təmin olunmalı, icra sənədi üzrə Borclu məxsus “Toyota Prius (Hibrid)” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Тəqdimat təmin edilsin. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-175/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Toyota Prius (Hibrid)” minik markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-651/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-651/2022
27.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver