Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-652/2023 24.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı X4 cavabdehlər X5, Hüseynova (Zakirova) Nurlanə Əfsələddin qızı, X1 və X6 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-310/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abasovun xx.xx.2023cü il tarixli “icraata başlamaq haqqında” qərarından X5 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abasov xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-310/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Cavabdeh X5 həmin qərardan şikayət ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı X7 cavabdehlər X5, Hüseynova (Zakirova) Nurlanə Əfsələddin qızı, X1 və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzilindən cavabdehlərin mənzildə olan əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və həmin mənzilə iddiaçının köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-310/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh X2 həmin qətnamədən apellyasiya və kassassiya şikayətləri təmin edilməmişdir. X1 cavabdehlər X7 və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "cavabdehin adına verilmiş ünvan 2 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın, 1ci blokunda yerləşən 60 saylı 11 mənzilə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3436/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-5694/2023 saylı iş üzrə apellyasiya şikayəti təmin olunmamışdır. Lakin qəbul edilmiş qərar “Elektron Məhkəmə” İnformasiya Sisteminə yerləşdirilməmişdir. Həmçinin, qərarın qanuni qüvvəyə minməsi üçün 2 ay müddət gözlənilməlidir ki, həmin müddət ərzində tərəflərin qərardan kassasiya şikayəti vermək hüququ vardır. Habelə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3436/2023 saylı, xx.xx.2023- cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, cavabdeh X4 ünvan 3 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilə mülkiyyət hüququ tərəflər arasında əvvəllər mövcud olmuş mübahisə üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin icrası ilə bağlı əmlakın hərracdan satılaraq əldə edilməsi yolu ilə yaranmışdır. Qeyd edilən hərrac barədə rəsmi qaydada məlumat verilməmiş, qanunsuz olaraq hərrac keçirilmişdir. Yasamal Rayon İcra və Probasiya Şöbəsi əsassız olaraq qərar qanuni qüvvəyə minmədən icra hərəkətlərinə başlamışdır. Şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası qanununun 8.5-ci maddəsinə əsasən, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Odur ki, məhkəmə hesab edir ki, şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM : Şikayət geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 8(004)-652/2023 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı X4 cavabdehlər X5, Hüseynova (Zakirova) Nurlanə Əfsələddin qızı, X1 və X6 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-310/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru Səvxan Abasovun xx.xx.2023cü il tarixli “icraata başlamaq haqqında” qərarından X5 tərəfindən verilmiş verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək şikayətin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:00-da başlandı. Prosessual hərəkət saat 14:30-da qurtardı. Protokol xx.xx.2023-ci il tarixdə tərtib edildi. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №8(004)-652/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-652/2023
24.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver