Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-652/2025 02.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Ərizəçi (tələbkar) X3 nümayəndəsi Nümayəndə, Borclu iştirakları ilə, Ərizəçi (tələbkar) X3 Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (tələbkar) X7 şikayətlə məhkəməyə müraciət edərək, aliment borclarının ödənilməsini təmin etmək məqsədilə borcluya qarşı məcburi icra tədbirlərinin görülməsini cavabdeh orqana həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə “alimentin indeksasiyası barədə” ərizə ilə müraciət edərək, həmin məhkəmənin xx.xx.2017-ci il tarixli 2(004)-5633/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 8(004)-325/2025-ci il tarixli qərardadı ilə ərizəsinin təmin edilməsini qərara almışdır. Qərardadda qeyd olunmuşdur ki: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunsun. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-325/2025 nömrəli qərardadı ilə indeksasiya olunmuş aliment məbləğinin hansı tarixdən ödənilməli olmasına dair izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, 01 iyul 2025-ci il tarixli qərardadında göstərilib ki: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-325/2025 saylı qərardadının icrası zamanı çətinlik yaranmış, yəni qərardadda Borclu xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunması göstərilsə də, indeksasiyanın hansı tarixdən hesablanmalı olması göstərilməmişdir. Bu səbəbdən qərardada izah verilməsinə zərurət vardır. Yaranmış çətinliyin aradan qaldırılması və qətnamənin icrasının təmin edilməsi məqsədilə qərardada izah verilməli, qərardadın qərara aldı hissəsindəki – “alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunması” ərizənin verildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Qeyd etmişdir ki, artıq xeyli müddətdir borclu aliment ödənişlərində səhlənkarlığa yol verir və alimenti ödəməkdən qəsdən yayınır. Məhkəmə qərarlarının icrasına məsul icra məmuru çoxsaylı şifahi və yazılı müraciətlərinə baxmayaraq, borclu barəsində qanunamüvafiq tədbirlər görməkdən yayınır. Məhkəmə iclasında iştirak edən ərizəçi (tələbkar) X3 nümayəndəsi Nümayəndə şikayət ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, borclu bugünə kimi 3200 manat olmaqla aliment ödənişini gecikdirib. Aprel ayının 17-dən məhkəmə qərarı ilə aliment məbləği indeksasiya olunub. Bugünə kimi borclu 800 manat ödəniş edib. Göstərilənlərə əsasən məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu şikayətə etiraz edərək izahatında bildirdi ki, o, aliment məbləğinin azaldılması ilə bağlı məhkəməyə müraciət etmiş və hazırda iş məhkəmənin icraatındadır. Maaşı azdır, aylıq nə qədər gücü çatırsa ödəniş edir. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə şikayət ərizəsinə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti və icra işinin materiallarını araşdıraraq hesab edir ki, verilmiş şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 02 mart 2017-ci il tarixdə anadan olmuş X2 üçün Borclu X4 xeyrinə hər ay 200 manat miqdarında sabit pul məbləğində alimentin tutulması, alimentin tutulması 01 iyun 2017-ci il tarixdən X8 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi qət edilmişdir. - Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İlyas Cəfərovun icraata başlamaq haqqında 16 noyabr 2017-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İlyas Cəfərovun tələbin könüllü icrası haqqında 16 noyabr 2017-ci il tarixli bildirişə əsasən Borclu tələbin könüllü icrası üçün 10 gün müddətində vaxt verilmişdir. - X1 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə ünvanladığı 03 aprel 2025-ci il tarixli ərizəsinə əsasən icraatda olan 2(004)-5633/2017 saylı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdeh Borclu tərəfindən ona 200 manat məbləğində alimentin ödənilməsi müəyyən edilmişdir. Qeyd olunan iş üzrə icraatın fasiləsizliyini təmin etmək məqsədilə ödənişlərin onun yeni bank hesabı üzrə həyata keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - X1 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə ünvanladığı məhkəmə qərarının icrası haqqında 07 aprel 2025-ci il tarixli ərizəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı qətnaməsinə əsasən ona 01 iyun 2017-ci il tarixdən hər ay ona 200 manat məbləğində alimentin ödənilməsi cavabdeh Borclu Əlövsət oğluna həvalə edilmişdir. Bildirmişdir ki, cavabdehin cari anda 4000 manata yaxın aliment borcu yaranmışdır və son bir ilə yaxın müddətdə isə bir qəpik belə aliment ödənişi etməmişdir. Borclu barəsində “İcra Haqqında” Qanunun 43-cü maddəsinə əsasən məcburi icra tədbirlərinin edilməsini və borclunun ölkədən çıxmasının məhdudlaşdırılması barədə məhkəmədə vəsatət qaldırılmasını xahiş etmişdir. - X1 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə ünvanladığı aliment borcu haqqında 16 aprel 2025-ci il tarixli ərizəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017-004 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməlidir. Bildirmişdir ki, Borclu hal-hazırda aliment borcu 3600 təşkil edir. Belə ki, son 1 ildə ona aliment ödənilmir. Bundan əlavə məhkəmə qərarı qüvvəyə mindikdən sonra ona altı ay aliment ödənilməyib. 2020-ci ildən hazırki dövrədək o, səbrlə yanaşıb icra şöbəsinə müraciətlər etməmişdir. Lakin artıq yığılmış borcun ödənilməsini tələb edir. Borclu borcu tam şəkildə ödəməyəcəyi təqdirdə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 82.1-ci maddələrini rəhbər tutaraq inzibati qaydada məsuliyyətə cəlb olunmasını, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini rəhbər tutaraq borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını, bundan sonra isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.4-cü maddələrini rəhbər tutaraq borclunun cinayət məsuliyyətinə cəlb olunmasına dair toplanmış materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilməsini xahiş etmişdir. - Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Xidmətinin rəisi – baş icra məmuru cənab Vidadi Məmmədova ünvanladığı 23 aprel 2025-ci il tarixli məktubuna əsasən vətəndaş X3 tərəf olduğu icra işi araşdırılmışdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5633/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 ödənilməlidir. Sözügedən icra sənədinin icrasına xx.xx.2017-ci il tarixli qərarı ilə başlanılmışdır. İcraat zamanı aliment ödənişləri mütəmadi olaraq ödənilmiş və bununla bağlı qəbzlər şöbəyə təqdim olunmuşdur. Daha sonra iş üzrə tələbkar xx.xx.2025-ci il tarixdə iş üzrə tələbkar şöbəyə ərizə ilə müraciət edərək yeni bank hesabını təqdim etmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə iş üzrə borclu icra şöbəsində olarkən bildirmişdir ki, 2020-ci ildən sonra icra şöbəsinə müraciət etməmiş, lakin son bir ilə yaxın müddətdə aliment ödənişləri həyata keçirilməmişdir və hazırda aliment borcunun 3200 manat təşkil etdiyini bildirmişdir. Bununla bağlı iş üzrə borclu ilə əlaqə saxlanılmış və xx.xx.2025-ci il tarixdə 2000 manat aliment ödənişinin ödənilməsi təmin olunmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixdə iş üzrə tələbkar tərəfindən 1200 manat pulun iş üzrə tələbkara ödənilməsi təmin olunaraq yığılmış borc tam şəkildə ödənilmişdir. Nəzərə alınması xahiş olunmuşdur. - X1 Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə ünvanladığı 23 aprel 2025-ci il tarixli ərizəsinə əsasən Borclu hal-hazırda aliment borcu yoxdur. Belə ki, şöbəyə müraciət etdikdən sonra mənə 3200 manat ödəniş olunmuşdur. Hazırda icra sənədinin icrası ilə bağlı heç bir tələb və şikayəti yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Hal-hazırda heç bir başqa tələbi yoxdur. xx.xx.2025-ci il tarixində yazdığı ərizə ilə bağlı bütün tələblər icra olunub və aliment borcu ödənilib. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən X1 “alimentin indeksasiyası barədə” ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunması qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Xidmətinin rəis müavini Fəqan Şabanovun tələbkar X6 ünvanladığı 07 may 2025-ci il tarixli cavab məktubuna əsasən aliment tələbinə dair tələbkar tərəf olduğu icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən aparılmış icra tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə 2000 manat və xx.xx.2025-ci il tarixdə 1200 manat olmaqla, alimentin ödənilməsi təmin edilmiş, hazırda borc yoxdur. Məhkəmə qərarının icrasına nəzarətin gücləndirilməsi yerli icra qurumuna tapşırılmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən X1 qərardada izah verilməsinə dair ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-325/2025 saylı qərardadının qərara aldı hissəsindəki – “Borclu xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunması” ərizənin verildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Sözügedən qərardad 04 avqust 2025-ci il tarixdə Yasamal rayon icra şöbəsi tərəfindən icra olunması üçün qəbul edilmişdir. - ******************** saylı hesab nömrəsindən çıxarışa əsasən Borclu xx.xx.2025-ci il tarixdə 2000 manat, xx.xx.2025-ci il tarixdə 1200 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 300 manat və xx.xx.2025-ci il tarixdə 300 manat aliment ödənişlərini həyata keçirtmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 12.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Qeyd edilən Qanunun 13.1.4-1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri – dərhal icraya yönəldilməlidir. Beləliklə, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını bir neçə dəfə təmin etsə də, mütəmadi şəkildə icraya nəzarəti təmin etməmiş və bununla da, tərəfindən hərəkətsizliyə yol verilmişdir ki, nəticədə müvafiq məhkəmə aktının icrası pozulmuşdur. Belə ki, icra işinin materiallarından müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İlyas Cəfərovun xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, elə həmin gündə, qərardadın icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Daha sonra icra məmuru tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Xidmətinin rəisi – baş icra məmuru cənab Vidadi Məmmədova ünvanlanmış 23 aprel 2025-ci il tarixli məktuba əsasən iş üzrə borclu ilə əlaqə saxlanılmış və xx.xx.2025-ci il tarixdə 2000 manat aliment ödənişinin ödənilməsi təmin olunmuşdur. Bundan sonra xx.xx.2025-ci il tarixdə iş üzrə tələbkar tərəfindən 1200 manat pulun iş üzrə tələbkara ödənilməsi təmin olunaraq yığılmış borc tam şəkildə ödənilmişdir. Bundan sonra tələbkar X7 “alimentin indeksasiyası barədə” ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən X1 qərardada izah verilməsinə dair ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(004)-325/2025 saylı qərardadının qərara aldı hissəsindəki – “Borclu xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 200 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,72 misli həddində indeksasiya olunması” ərizənin verildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Tələbkarın şikayət ərizələri əsasında borclu tərəfindən xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 300 manat və xx.xx.2025-ci il tarixdə 300 manat aliment ödənişlərini həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı, eləcə də qərardada izah verilməsi barədə Yasamal Rayon Məhkəməsinin 8(004)-325/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı icra şöbəsinə təqdim edilməsinə baxmayaraq indeksləşdirilmiş məbləğin 17 aprel 2025-ci il tarixdən hesablanmaqla yığılmış aliment borcunun dərhal və tam ödənilməsinin təmin edilməli olduğu halda icra məmuru tərəfindən bu barədə hər hansı icra hərəkətinin edilməsi icra işində aşkar edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Həmin Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin hərəkətsizliyi qanunsuz hesab edilsin və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5633/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasınin təmini üçün məcburi icra tədbirlərinin görülməsi Bakı şəhəri Yasamal rayon icra şöbəsinin (icra məmuru Bəxtiyar Babayevin) üzərinə qoyulsun. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-652/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-652/2025
02.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver