Məhkəmə qərarları › İş №8(004)-653/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-653/2025

28.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-653/2025 28.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5169//2023-019 saylı, xx.xx.2023cü il tarixli icra sənədi üzrə borclunun əmlakının üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Anar Əyyubov e-2(004)- 5169//2023-019 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu həyat yoldaşı X2 mülkiyyətində olan "Mercedes Benz A160” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-5169/2023-019 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclular X4, Borclu və X1 müştərək qaydada 23085,85 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. “İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatılarında ola pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İcraat zamanı “Elektron icra” informasiya sistemindən aldıqları məlumata əsasən Borclu həyat yoldaşı X2 mülkiyyətində MERCEDES BENZ A160 90RN518 dövlət qeydiyyat nişanlı avtomobilin olduğu məlum olmuşdur. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən, Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 41.1.-ci maddəsinə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 41.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Təqdimata əlavə edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5169//2023-019 saylı, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən, cavabdehlər X7, Borclu və X1 müştərək qaydada 19773,66 (on doqquz min yeddi yüz yetmiş üç manat 66 qəpik) manat məbləğində əsas borc, 2651,19 (iki min altı yüz əlli bir manat 19 qəpik) manat məbləğində faiz borcu, 500 (beş yüz) manat məbləğində cərimə borcu, cəmi 22924,85 (iyirmi iki min doqquz yüz iyirmi dörd manat 85 qəpik) manat məbləğində pul vəsaiti tutularaq Tələbkar ASC-nə ödənilməli, iş üzrə ödənilmiş 161 (yüz altmış bir) manat dövlət rüsumu cavabdehlər X7, Borclu və X1 müştərək qaydada tutularaq iddiaçı Tələbkar ASC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 5169//2023-019 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılması və borclular X7, Borclu və X3 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsinin təklif olunması qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, e66868/2024-53-24- 004 nömrəli “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, borclular X7, Borclu və X3 icra sənədinin 10 gün müddətində könüllü icrası etməsi, əks halda icranın məcburi qaydada təmin olunacağı barədə xəbərdarlıq edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən xx.xx.2025-ci il tarixli mülkiyyətində olan yol nəqliyyat vasitələri məlumatlarından görünür ki, "Mercedes Benz A160 minik” markalı, qrımızı rəngli, 2002-ci il buraxılışlı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdən Maraqlı şəxs mülkiyyətindədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən tələbin ödənilməsi borclular tərəfindən təmin edilmədiyindən, tələbin icrası məqsədi ilə borclunun həyat yoldaşına məxsus birgə nikah dövründə əldə olunmuş "Mercedes Benz A160 minik” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 48, 50.2, 50.5, 53-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Maraqlı şəxs mülkiyyətində olan "Mercedes Benz A160 minik” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar