Məhkəmə qərarları › İş №8(004)-661/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-661/2022

15.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-661/2022 15.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin əmlak üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmə iclasından kənar baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Lifan minik markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ıl tarixli qərarla icraata başlanmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4510/2019 nömrəli. xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu hər ay 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 480 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Bununla belə “ icra haqqında" AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatılarında ola pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bır müsbət nəticə əldə olunmamışdır. İş üzrə Tələbkar xx.xx.2022-ci ıl tarixli ərizə ilə şöbəyə müraciət eliyərək bildirmişdir ki ış üzrə Borclu aliment borcu 17280 manat təşkil edir. Eyni zamanda elektron icra sistemindən məlum olmuşdur ki, Borclu mülkiyyətində olan “LİFAN MİNİK" minik markalı, 9Q-FO-724 dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Borclu həmin bildirişi almışdır. Məhkəmə, təqdimatı və icra işinin materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, borclu icra vərəqi üzrə borcunu ödəməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, borcun ödənilməsi məqsədilə əmlak üzərinə həbs qoyulmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, məhkəmə icraçısı məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. Məhkəmə icraçısı 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4510/2019 nömrəli. xx.xx.2019-cu il icra sənədi üzrə Borclu mülkiyyətində olan Lifan minik markalı **-FO-*** dövlət qeydiyyat nişanlı avtomobiin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulsun. Qərardadın icrası Yasamal rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar