Məhkəmə qərarları › İş №8(004)-663/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-663/2023

04.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-663/2023 04.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2245/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclular Borclu2 və Borclu1 “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu2, xx.xx.1981-ci il təvəllüdlü, ünvan 2 ünvanında yaşayan Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2245/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu X2, Borclu2 və Borclu1 kreditor "xxxx" QSC-nin xeyrinə 3451,21 manat əsas borcun, 712,52 manat faiz borcunun, 234,68 manat cərimə borcunun, cəmi 4398,41 manat pulun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə əmr verilmişdir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2017-ci il tarixində başlanılmış icraat zamanı icra sənədinin icrası borclular tərəfindən könüllü təmin edilməmiş, tələbin borcluların əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. İcra sənədi üzrə borcluların mülkiyyətində olan nəqliyyat vasitələrinin axtarılması ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Belə olan halda, borcluların ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara, borclulara və icra məmuruna qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2245/2017 saylı, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1952-ci ildə anadan olmuş X1, ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.1981-ci ildə anadan olmuş Borclu1 və ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1978-ci ildə anadan olmuş Borclu2 kreditor "xxxx" QSC-nin xeyrinə 3451,21 manat əsas borcun, 712,52 manat faiz borcunun, 234,68 manat cərimə borcunun, cəmi 4398,41 manat pulun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə əmr verilmişdir xx.xx.2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2245/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış, borclular X2, Borclu2 və Borclu1 icra sənədində göstərilən tələbi 10 gün müddətində təmin etməsi təklif olunmuşdur. xx.xx.2023-cü il tarixli saylı tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2245/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borclulara təklif olunmuşdur. Bildirişi Borclu2 xx.xx.2018-ci il tarixdə qəbul etmişdir. 72735 saylı icra işindəki borcluların elektron kartoçkasından müəyyən olunur ki, Borclu2 və Borclu1 adına qeydiyyata alınmış hər hansı daşınar və ya daşınmaz əmlak, banklarda qiymətli kağızları, əmək haqqı, pensiya, təqaüd və sair gəlirləri mövcud deyildir. “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, borclular Borclu2 və Borclu1 rəsmi qeydiyyatda olduqları ünvan ünvan 2-dir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. Bunun nəticəsində qanuni qüvvəyə malik məhkəmə qərarı əsasında verilmiş icra sənədi icra olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-2245/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 və xx.xx.1981-ci il Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. 2(004)-2245/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu – xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 və xx.xx.1981-ci il Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Borclu1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar