Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-664/2022 06.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X12 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı X7 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin izah olunmasını xahiş etmişdir. İddiaçı X7 cavabdeh X8 qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment tələbi”nə dair ərizə və iddia ərizəsinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh X9 arasında xx.xx.2009-cu il tarixdə Naxçıvan Şəhəri Qeydiyyat Şöbəsində bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan X2 onun yanında saxlanılması, xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh X1 pul məbləğində 200 manat alimentin tutulması, ünvan 1 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 24-cü mərtəbəsində tikinti sahəsi 191.4 kv.m-dən ibarət olan 4 otaqlı, 109 saylı mənzilə olan payın bölünərək 3/5 hissəsinə onun, 2/5 hissəsinə X6 payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı X7 ilə cavabdeh X9 arasında 09 oktyabr 2009-cu il tarixdə, 393 saylı akt qeydi ilə Naxçıvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən bağlanmış nikahın pozulması, birgə nikahdan 12 oktyabr 2010-cu il tarixdə anadan olmuş X2 anası X3 yanında saxlanması, 12 oktyabr 2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatan qədər saxlanılması üçün hər ay cavabdehdən 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimnetin tutularaq iddiaçı X5 ödənilməsi, alimentin tutulmasının xx.xx.2019-ci il tarixdən hesablanması, alimentin tutulmasının dərhal icra edilməsi, X7 ilə X6 birgə nikah dövründə ədə etdikləri ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 24-cü mərtəbəsində tikinti sahəsi 191.4 kv.m-dən ibarət olan 4 otaqlı, 109 saylı mənzilə ½ (ikidə bir) hissəsində iddiaçı X3, ½ (ikidə bir) hissəsində cavabdeh X6 paylarının müəyyən edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Müvafiq qətnamə icraya yönəldilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsi verilmişdir. Hazırda iddiaçı X7 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Piriyev Fərazim İman oğlu ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən gələməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni, iddiaçının vəkilinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməməlidir. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişdirsə onun izah edilməsinə yol verilir. Həmin Məcəllənin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur.İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər.Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Həmin Məcəllənin 230.5-ci maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, X7 ilə X6 birgə nikah dövründə ədə etdikləri ünvan 2 ünvanında inşa edilən 1 saylı yaşayış binasının 24-cü mərtəbəsində tikinti sahəsi 191.4 kv.m-dən ibarət olan 4 otaqlı, 109 saylı mənzilə ½ (ikidə bir) hissəsində iddiaçı X3, ½ (ikidə bir) hissəsində cavabdeh X6 paylarının müəyyən edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı X7 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin izah edilməsində məqsəd qətnamədə olan qeyri-aydın məsələlərin aradan qaldırılmasıdır. Sözügedən qətnamə kifayət qədər aydın yazılmış və qətnamənin nəticə hissəsində heç bir anlaşılmazlıq yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 646/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230 və 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-646/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə izah verilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-664/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-664/2022
06.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver