Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-666/2025 23.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi. Borclu, Tələbkar X4, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Günay Abbaszadənin iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4523/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Yasamal rayon icra şöbəsinin icra məmuru Günay Abbaszadənin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4523/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Borclu tutularaq X5 ödənilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Günay Abbaszadə təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə Borclu xx.xx.1986-cı il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4523/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən üzrə xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment Borclu tutularaq X5 ödənilməlidir. İş üzrə Borclu könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. İcra tədbirləri nəticəsində Borclu 11280 manat aliment borcu olduğu müəyyən olunmuşdur. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Borclu təqdimata etiraz təqdim edərək bildirmişdir ki, onun (FİN xxxxxxx) kapital bankdakı hesabından 2021-ci ilin sonlarından hal-hazıradək keçmiş həyat yoldaşı Məmmədova (keçmiş soyadı Məlikəliyeva) Şərəf Natiq qızının istifadəsində və sahibliyində olan 4127-2081-1844-4859 (ABB) nömrəli və 5261-6333-3682-7309 (RABİTƏ) nömrəli kartlara müxtəlif məbləğlərdə aliment ödənişləri həyata keçirilmişdir. Ödənişlər birbank mobil tətbiqi vasitəsilə edildiyindən, məlum olduğu kimi kart üzrə əldə edilən çıxarışlarda ödənişin hara?, kimə?, hansı kart hesabına? və sair məlumatlar qeyd edilmir. Son vaxtlar birbank mobil tətbiqində edilmiş dəyişikliklərə əsasən son 1 il müddətində edilən əməliyyatlar üzrə qəbz (izahlı qaimə) almaq mümkündür. Lakin burada da ödənişin göndərildiyi kartın məlumatları tam əks olunmur və * işarəsi ilə işarələnərək son 4 rəqəmi göstərilir. 1 ildən əvvəlki müddətlərin ödənişləri isə ümumiyyətlə qəbz formasında təqdim edilməməkdədir. Hazırda həmin ödənişlərin yəni onun adına açılmış hesab və kartlardan 4127-2081-1844-4859 (ABB) nömrəli və 5261-6333-3682-7309 (RABİTƏ) nömrəli kartlara köçürülən məbləğlərin ümumi hesabatını əldə etmək zərurəti yarandığından xx.xx.2025-ci il tarixində tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə müraciət edilmişdir. Müraciətinə qanunvericilik çərçivəsində müəyyən olunmuş müddət ərzində baxılıb cavab məktubu göndəriləcəyi ona bildirilmişdir. Qeyd etmişdir ki, tərəfindən aliment üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmiş və borc olmamışdır. Tətbiq üzərində əks olunan məlumatların tam olmamasına əsasən tələbkar tərəfindən bu haldan sui-istifadə edilərək ondan köhnə illərin alimenti tələb edilir. Halbuki son 1 il tələb edilmir çünki həmin illərin konkret qəbzləri onda var. Köhnə illərin qəbzlərinin toplanılması və ya bazadan məlumatların əldə edilməsi üçün müəyyən bir müddət lazımdır. Dəfələrlə xahiş etmişdir ki, tələbkardan da yuxarıda göstərilən kart hesabları üzrə çıxarış tələb edilsin. Amma və lakin icra məmuru tərəfindən ona qarşı xüsusi bir qərəzli mövqe sərgilənərək tələbi yerinə yetirilməmiş, icra işi üzrə daha da sərt şəkildə ona qarşı addımlar atılmaqdadır. Bundan əlavə olaraq əsassız olaraq tələb edilən aliment borcunun silinməsi üçün məhkəməyə müraciət etmək niyyəti ilə qanunvericiliyin tələblərinə əsasən tərəfindən ilkin olaraq mediasiya təşkilatına müraciət edilmişdir ki, arayış alsın və məhkəməyə müraciət etsin. Müraciəti əsasında 13 saylı mediasiya təşkilatında iş icraata götürülmüş və xx.xx.2025-ci il tarixinə proses təyin edilmişdir. Hazırda hesab edir ki, əsassız olaraq hesablanan və tələb edilən borca görə ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Qeyd etmişdir ki, o, ölkə xaricindən geyim aksessuarları və digər əşyaların gətirilib satışı işi ilə məşğuldur. Aylıq gəliri ilə həm ikinci ailə həyatından dünyaya gələn körpə övladının həm də tələbkarla birgə nikahdan dünyaya gələn övladlarının xərclərini qarşılayır. Onun ölkədən getmək hüququnun məhdudlaşdırılması bütün gəlirini də pozacaqdır ki, bu zaman təbii olaraq gəlir əldə etmədiyi üçün alimenti ödəyə bilməyəcək. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq, hazırda uzun müddətdir ki, fasiləsiz olaraq aliment ödəməyi, himayəsində 2 yaşı tamam olmamış övladının olmasını, tələb edilən borcun əsassız olması səbəbilə iddia qaldırdığı və sair bu kimi halları nəzərə almağı və təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Günay Abbaszadə təqdimatı müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, borclu tərəfindən müvafiq qəbzlər təqdim edilmiş, həmin qəbzlər aliment borcundan çıxılmışdır. Eyni zamanda borclu bank hesabından çıxarış təqdim etmişdir. Həmin çıxarışdan borcluya aliment ödənilməsini müəyyən etmək mümkün olmur. Bu barədə banka müvafiq sorğu verilmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimata etiraz edərək və etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, təqdimatın təmin olunmamasını məhkəmədən xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, alimenti vaxtı-vaxtında ödəmişdir. Bank çxıarışlarından da tələbkara məxsus karta köçürmələrin edilməsini görmək olar. Tələbkara aliment borcu yoxdur. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirmişdir ki, borclu Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədi üzrə cəmi 340 manat alimet ödəməli idi. Alimenti vaxtı-vaxtında və tam ödəmədiyindən borc yığıldı. Qəbzləri çıxdıqdan sonra icra məmuru da hesablamışdır ki, 11280 manat aliment borcu vardır. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4523/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin Borclu tutularaq X5 ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4523/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş “tələbin könüllü icrası haqqında” xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4523/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin Borclu tərəfindən könüllü icra edilməsi xahiş edilmişdir. Təqdimata əlavə edilmiş tələbkar X4 xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən 2021-ci ilin dekabr ayından 2024-cü ilin noyabr ayına qədər yığılmış 15300 manat alimentin ona ödənilməsi üçün bütün məcburi icra tədbirlərinin görülməsini İcra Şöbəsindən xahiş etmişdir. Borclu qaiməsiz 1950 manat 2022-ci ilədək 2025-ci ilin çıxarışları ilə ödənildiyini iddia edir. Borclu borcu 11280 manat təşkil edir. Təqdimata əlavə edilmiş ödəniş qəbzlərinə əsasən Borclu tərəfindən xx.xx.2023-cü il tarixdə 60 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2024-cü il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 100 manat, xx.xx.2025-ci il tarixdə 30 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 110 manat, xx.xx.2025-ci il tarixdə 50 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 250 manat, xx.xx.2025-ci il tarixdə 250 manat və 350 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 200 manat, xx.xx.2025-ci il tarixdə 280 manat, xx.xx.2025-ci il tarixdə 8 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 300 manat, xx.xx.2025-ci il tarixdə 10 manat, xx.xx.2025-ci il tarixdə 20 manat, xx.xx.2025-ci il tarixdə 340 manat, xx.xx.2025-ci il tarixdə 30 manat tələbkar X1 ödəniş edilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Günay Abbaszadənin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4523/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbkar Ş.Məlikəliyeva xx.xx.2025-ci il tarixli ərizə ilə şöbəyə müraciət edərək 11280 manat Borclu ödənilməmiş aliment borcunun olduğunu bildirmişdir. Daha sonra Borclu ərizə ilə müraciət edərək aliment borcunun olmadığını bildirmiş, lakin 3220 manat məbləğində aliment ödənişinin qəbzlərini təqdim etmişdir. Aliment borcunun müəyyən olunması ilə bağlı "xxxx" ASC-nə xx.xx.2025-ci il tarixdə sorğu ünvanlanmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, icra işində olan sənədlərdən görünür ki, borclu tərəfindən aliment üzrə icra sənədinin icrası ilə bağlı müvafiq ödənişlər edilmişdir. Eyni zamanda borclu tərəfindən bank hesabından çıxarışlar təqdim edilmiş və həmin çıxarışlarda tələbkara məxsus kart hesabına ödənişlərin edildiyi qeyd edilmişdir. İcra işindən göründüyü kimi, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Günay Abbaszadə "xxxx" ASC-nə xx.xx.2025ci il tarixdə sorğu ünvanlamış, lakin sorğuya cavab məktubunu gözləmədən və icra işində borclunun aliment borcunun qalıq məbləğini dəqiq müəyyən etmədən, yəni icra işi üzrə tam araşdırma aparmadan əsaslandırılmamış tədimatla məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə hesab edir ki, borclunun məhkəmənin verdiyi icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi xüsusatı hal-hazırda öz təsdiqini tapmadığından, borclunun aliment borcunun olub-olmaması ilə bağlı araşdırma tam aparılmadığından, icra məmuru tərəfindən əsaslandırılmış təqdimatla məhkəməyə müraciət olunmadığından Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Günay Abbaszadənin təqdimatı hazırki halda təmin olunmamalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, aliment borcunun məbləği tam müəyyən olunduqdan sonra borc məbləği aşkar olunarsa icra məmuru tərəfindən icra sənədinin icrası ilə müvafiq təqdimatla məhkəməyə müraciət oluna bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4523/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Günay Abbaszadənin təqdimatı əsassız olduğu üçün təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-666/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-666/2025
23.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver