Məhkəmə qərarları › İş №8(004)-669/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-669/2023

15.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-669/2023 15.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2634/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2634/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1977-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Yasamal rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2634/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu R0038164 nömrəli, xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləyə əsasən, 789 manat əsas borc, 78 manat faiz, 43 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla, cəmi 940 (doqquz yüz qırx) manat alınaraq, iddiaçı Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilən tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınır. İcra işi üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə analogiya tətbiq edərək, təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı ona əlavə edilmiş materialları və icra işini araşdıraraq hesab edir ki, tələbin könüllü icrası haqqında bildirişin təqdim olunmasına baxmayaraq icra sənədi icra olunmadığına görə təqdimat təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2ci maddəsini, Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2634/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1977-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Yasamal rayon İcra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar