Məhkəmə qərarları › İş №8(004)-669/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-669/2025

04.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-669/2025 04.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10981/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə X1nun “ödənilməli pul məbləğinin indeksasiyası”na dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10981/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən ərizə təmin edilərək, 924 (doqquz yüz iyirmi dörd) manat əsas borc, 275 (iki yüz yetmiş beş) manat cərimə, 21,00 (iyirmi bir) manat dövlət rüsumu, cəmi 1220 (bir min iki yüz iyirmi) manat məbləğində pul vəsaiti xx.xx.1988-ci il tarixdə ünvan 1 ünvanında qeydiyatda olan Borclu1 və xx.xx.1993-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan Borclu2 tutularaq X2 xeyrinə verilməsi əmr edilmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10981/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş və icra müddəti ərzində borclu tərəfindən tələbkara ödənilməyən əsas 1220 manat məbləğ indeksləşdirilərək 2015-ci il tarixdən - 2025-ci ilin aprel ayınadək 196,5 faiz artımı (1220 AZN x 196,5 % = 2397,30 AZN) nəzərə alaraq cəmi 3617,30 manat məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə imzalanmadan verildiyindən baxılmamış saxlanılmalıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin: 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; 149.2.2-ci maddəsinə əsasən iddia ərizədəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. 260.4-cü maddəsinə əsasən, İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tələbkar tərəfindən verilmiş ərizə imzalanmadan verilmişdir. Ərizənin imza hissəsinə baxdıqda aydın görünür ki, imza ərizəçi tərəfindən şəxsən çəkmilməmiş, faksimile ilə icra olunmuşdur. MPM-nin tələblərinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayı. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qanunvericiliyin tələblərinə əməl olunmadan verildiyindən baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10981/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə X1nun “ödənilməli pul məbləğinin indeksasiyası”na dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar