Məhkəmə qərarları › İş №8(004)-67/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-67/2023

23.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-67/2023 23.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal rayon icra məmuru Anar Əyubovun təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclundən 7.02 kv.m sahəyə görə artıq ödənilmiş 11.934 (on bir min doqquz yüz otuz dörd) manat məbləğində pul alınaraq Tələbkar ödənilməsinə dair icra sənədi üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Anar Əyubov təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclundən 7.02 kv.m sahəyə görə artıq ödənilmiş 11.934(on bir min doqquz yüz otuz dörd) manat məbləğində pul alınaraq Tələbkar ödənilməsidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində olan ekspertiza xərci cavabdeh Borclundən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir.Qeyd olunan icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmış və borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Daha sonra Tələbkar xx.xx.2022-ci il tarixdə ərizə ilə şöbəyə müraciət edərək Borclunə qarşı icra işi üzrə olan borc məbləğindən imtina etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsini rəhbər tutaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə işin icraatına xitam verilməsinə dair qərar qəbul olunması xahiş edilmişdir. Tələbkara, borcluya və Yasamal rayon icra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimata əlavə edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Borclundən 7.02 kv.m sahəyə görə artıq ödənilmiş 11.934 (on bir min doqquz yüz otuz dörd) manat məbləğində pul alınaraq Tələbkar ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində olan ekspertiza xərci cavabdeh Borclundən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Tələbkar 23 dekabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Borclunə qarşı icra sənədi üzrə 11.934(on bir min doqquz yüz otuz dörd) manat pul tələbindən imtina edir. Bununla əlaqədar iş üzrə həyata keçirilmiş icra hərəkətlərinin dayandırılmasına və icra işinə tamamilə xitam verilməsini xahiş etmişdir. Beləliklə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə xitam verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-189/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar