Məhkəmə qərarları › İş №8(004)-67/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-67/2025

06.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-67/2025 06.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Borclu iştirakı ilə, Borclu mülkiyyətində olan “X1” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu Paşa Paşazadənin təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu Paşa Paşazadə təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan “X1” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-135/2023-045 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 22.500 avro və 2649,57 manat pul tutularaq Tələbkar Əliisa qızının ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “X1” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 780/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən həbs qoyulmuşdur. Bundan sonra iş üzrə borclu tərəfindən öhdəlik icra edilmişdir. Qeyd olunanları nəzərə alaraq borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məhkəmədə xahiş olunur. Borclu məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar və icra məmuru məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-135/2023-045 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əlavə olunmuşdur. İş materiallarına Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-135/2023-045 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi əsasında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarı əlavə edilmişdir. İş materiallarında olan bildirişə əsasən müəyyən edilir ki, icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş Borclu təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-780/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-135/2023-045 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan “X1” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Tələbkar Əliisa qızının notarial qaydada təsdiq edilmiş ərizəsinin surətinə əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-135/2023-045 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi borclu tərəfindən təmin edilmişdir. Məhkəmə iş materiallarını və təqdimatı araşdıraraq hesab edir ki, icra sənədi üzrə pul öhdəliyi borclu tərəfindən icra edilmişdir (ödənilmişdir). Borclu mülkiyyətində olan “X1” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması zərurəti hüquqi baxımdan aradan qalxdığından, sonuncunun qeyd olunan avtomobil üzərində mülkiyyət hüquqlarının tam şəkil bərpa edilməsi zərurəti nəzərə alınmaqla təqdimat əsaslı olmaqla təmin edilməlidir və sözügedən avtomobilin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 780/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə qoyulmuş həbs götürülməlidir. Subyektlərin mülkiyyət hüquqlarının müdafiəsinə dövlət təminat verir. Mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılması yolverilməzdir. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası MPM-in 263-264-cü və 266-269cu maddələrinə əsasən QƏRARA ALDİ: Borclu mülkiyyətində olan “X1” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İİİ dərəcəli ədliyyə qulluqçusu Paşa Paşazadənin təqdimatı təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-780/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “X1” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar