Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-672/2023 14.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1367/2023 nömrəli xx.xx.2023cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Yasamal Rayon Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “borclunun məcburi gətirilməsi haqqında” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1367/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-1367/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 659 manat əsas, 66 manat cərimə borcu və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 755 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə başlanılmış icraat zamanı göstərilən vəsaitin Borclu tərəfindən könüllü ödənilməsi təmin edilməmişdir. Borclu məhkəmə qərarının icrasını təmin etmək məqsədilə bir neçə dəfə icra şöbəsinə dəvət edilsə də, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1367/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası ilə bağlı bildiriş Borclu göndərilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. Beləliklə məhkəmə hesab edir ki, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədi ilə, həmçinin iş materialları nəzərə alınmaqla, icra sənədi əsasında Borclu icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1367/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “borclunun məcburi gətirilməsi haqqında” təqdimatı təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1367/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1998-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-672/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-672/2023
14.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver