Məhkəmə qərarları › İş №8(004)-68/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-68/2023

25.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-68/2023 25.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Tələbkarlar Tələbkar2, Tələbkar1 Şixəli oğlunun və Tələbkar3 iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 nömrəli, xx.xx.2020ci il tarixli icra sənədinin icrası ilə əlaqədar “borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi” barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 nömrəli, xx.xx.2020ci il il tarixli icra sənədinə əsasən Borclu1 məxsus “Ford Focus” markalı **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-12/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv olunması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2020-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən Borclu1 Tapdiq oğlundan 9500 (doqquz min beş yüz) manat Tələbkar2, 9500 (doqquz min beş yüz) manat Tələbkar3, 10.000 (on min) manat X2, 10.000 (on min) manat Tələbkar4 və 9000 (doqquz min) manat Tələbkar1 Şixəli oğluna ödənilməlidir. İcra tədbirləri həyata keçirilən zaman müəyyən olunmuşdur ki, Borclu1 Tapdiq oğluna məxsus “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə göstərilən avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdimat yazılmış, Bakı şəhəri Yaşama! Rayon Məhkəməsinin 8(004)-12/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə qeyd olunan “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcraat zamanı sözügedən avtomobil "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə hesabatına əsasən 10.600 (on min altı yüz) manat məbləğində qiymətləndirilmişdir. xx/xx-1966xx/xx-12200 saylı, xx.xx.2022-ci il tarixli məktubla sözgedən əmlakı hərrac vasitəsi ilə satılması üçün "xxxx" MMC-yə müraciət olunmuş və hərracın alıcısı olmaması səbəbindən baş tutmadığı müəyyən edilmişdir. Bu səbəbdən üzərinə həbs qoyulmuş əmlak xx.xx.2022-ci il tarixdə iş üzrə tələbkarlara təklif olunmuş, tələbkarların ərizələrinə əsasən əmlakın Tələbkar3 adına rəsmiləşdirilməsinə etiraz etməmişlər və Tələbkar3 təklifi qəbul etmişdir. Göstərilənlərə əsasən borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin ləğv olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən tələbkarlar Tələbkar2, Tələbkar1 Şixəli oğlu və Tələbkar3 təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdilər. Borcluya, digər tələbkara və Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və məhkəmə təqdimata onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2770/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu1 tələbkarlar Tələbkar2 Tahə oğlunun xeyrinə 9.500 (doqquz min beş yüz) manat, Tələbkar3 Tahə oğlunun xeyrinə 9.500 (doqquz min beş yüz)manat, X1 xeyrinə 10.000 (on min) manat, Tələbkar4 xeyrinə 10.000 (on min) manat, Tələbkar1 Şixəli oğlunun xeyrinə 9.000 (doqquz min) manat pul tutularaq ödənilməli, cavabdeh Borclu1 ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq tələbkarlar Tələbkar2 Tahə oğluna, Tələbkar3 Tahə oğluna, X2, Tələbkar4 və Tələbkar1 Şixəli oğluna verilməlidir. İş materiallarında olan xx/xx-1966xx/xx-19866 saylı, xx.xx.2022-ci il tarixli təklif məktubunun surətindən görünür ki, Borclu1 məxsus “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən 10.600 manat dəyərində qiymətləndirilmişdir. Sözügedən əmlakı hərrac vasitəsi ilə satılması üçün "xxxx" MMC-yə müraciət olunmuş və hərracın alıcı olmaması səbəbindən baş tutmadığı müəyyən edilmişdir. Bu səbəbdən üzərinə həbs qoyulmuş əmlakın tələbə uyğun hissəsi borc əvəzinə Tələbkar2 təklif olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 (004)-12/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu, xx.xx.1968-ci il təvəllüdlü Borclu1 məxsus “Mercedes 410 D mikroavto” markalı, **-NX-*** dövlət qeydiyyat nişanlı və “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyulması qərara alınmışdır. İş materiallarında olan Tələbkar3 Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu1 məxsus “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun adına rəsmiləşdirməsini qəbul edir. İş materiallarında olan Tələbkar1 Şixəli oğlunun Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu1 məxsus “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Tələbkar3 adına rəsmiləşdirməsinə etirazı yoxdur. İş materiallarında olan Tələbkar4 Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu1 məxsus “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Tələbkar3 adına rəsmiləşdirməsinə etirazı yoxdur. İş materiallarında olan Tələbkar2 Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu1 məxsus “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Tələbkar3 adına rəsmiləşdirməsinə etirazı yoxdur. İş materiallarında olan X1 Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2770/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Borclu1 məxsus “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin Tələbkar3 adına rəsmiləşdirməsinə etirazı yoxdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2770/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borcluya məxsus “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil borc əvəzi olaraq icra sənədi üzrə Tələbkar3 adına rəsmiləşdirilməsinə digər tələbkarların etirazı olmadığından, təqdimat təmin edilməli, həmin avtomobilin Tələbkar3 adına rəsmiləşdirilməsi zərurəti yarandığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-12/2021 tarixli, xx.xx.2021-ci il tarixli qərardadı qismən ləğv edilməli, “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-12/2021 tarixli, xx.xx.2021-ci il tarixli qərardadı qismən ləğv edilsin. Borclu1 Tapdiq oğluna məxsus “Ford Focus” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə həvalə edilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar