Məhkəmə qərarları › İş №8(004)-683/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-683/2022

19.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-683/2022 19.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə Əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair icra məmuru Aslan Aslanbəylinin təqdimatına Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan “VAZ21074” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes E 220 D” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2014-ci il tarixli qərarla icrasına başlanmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5371/2013 saylı, xx.xx.2013-ci il tarixli icra qeydinə əsasən xx.xx.2008- il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalara üçün hər ay cəmi 200 manat sabit pul əbləğində aliment Borclu tutularaq X1 ödənilməlidir. İcra tədbirləri həyata keçirilən zaman müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “VAZ 21074" markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes E 220 D” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə göstərilən avtomobillərin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdimat yazılmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1618/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə qeyd olunan Borclu mülkiyyətində olan “VAZ M074” markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes E 220 D ” markalı, 90-MÖ-089 dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmuşdur. İcraat zamanı elektron icra sistemindən məlum olmuşdur ki, Borclu 01,06.2022-ci il tarixdə ölmüş və heç bir vərəsəlik hüququnun tanınmasına dair notariat hərəkəti aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq borcluya məxsus əmlakların üzərinə qoyulmuş həbsin ləğv olunması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdirlər. Məhkəmə iclasının keçirilməsi tərəflərin iştirakı olmadan mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını və təqdimatı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu mülkiyyətində olan “VAZ21074” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes E 220 D” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam vermə haqqında qərara əsasən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5371/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Elektron icra sistemindən məlum olmuşdur ki, Borclu xx.xx.2022-ci il tarixdə ölmüş və heç bir vərəsəlik hüququnun tanınmsına dair notariat işi aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264-cü və 266-269-cu maddələrinə əsasən Qərara aldı: Təqdimat təmin olunsun. Borclu mülkiyyətində olan “VAZ 21074” markalı **-RA-*** dövlət qeydiyyat nişanlı, “Mercedes E 220 D” markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobillər üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar