Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-683/2023 20.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Şikayətçi (tələbkar) X2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi ilə bağlı məcburi icra tədbirlərinin görülməsinə dair iş üzrə şikayətçi (tələbkar) X2 şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusiflinin xx.xx.2023-cü il tarixli qərarına əsasən icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş üzrə tələbkar (şikayətçi) X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, e-2(004)-376/2022 saylı icra sənədinin geri qaytarılmasına dair Xətai rayon icra və Probasiya Şöbəsinin qərarını ləğv edərək icra şöbəsinə geri qaytarılması, Yasamal Rayon Məhkəməsinin e-2(004)-376/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qətnaməsinin icra edilməyən hissəsinin (2021-ci il üçün güzəştli qaz limitinin bərpa edilməsi) icra olunması üçün cavabdeh Xətai rayonu İcra Şöbəsinə aşağıdakı öhdəliklərin həvalə edilməsi: Azərbaycan Respublikasının “İcra Haqqında” Qanununun 43-cü maddəsində öz əksini tapan müvafiq məcburi icra tədbirlərinin görülməsi; borclu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinə görə, inzibati hüquqi tədbirlərin görülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 “Azəriqaz” İstehsalat Birliyi qarşı “X1 Agentliyi” X7 maraqlı şəxs qismində cəlb edilməklə pozulmuş istehlakçı hüquqlarının bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tarif (qiymət) şurası tərəfindən müəyyən edilmiş 2021-ci il üçün nəzərdə tutulmuş qaz limitinin abonent hesabına bərpa edilməsi, dəymiş 1800 manat mənəvi ziyanın tutularaq ödənilməsi və qaz limiti bərpa edilənədək qaz limitinin dəyərinin gecikdirilmiş hər günü üçün bir faizi məbləğində (2.4 manat) dəbbə pulu ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək hər min kub metr üçün 100 manat müəyyən edilməklə 2021-ci il üçün 2200 m3 güzəştli qaz limitinin abonent hesabına bərpa edilməsini, dəymiş 1800 manat mənəvi ziyan tutularaq ödənilməsi və 76,32 manat dəbbə pulu və əlavə olaraq qaz limiti bərpa edilənədək bərpa edilməyən qaz limitinin dəyərinin gecikmiş hər gün üçün bir faizi məbləğində (2.2 manat) dəbbə pulu ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-376/2022 saylı, 10 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə 3147-ci məhəllə, ev 77 mənzil 75 (Abonent kodu: **********00750) ünvanına 2021-ci il üçün güzəştli qaz limitinin bərpa edilməsi vəzifəsinin “Azəriqaz” İB-nin üzərinə qoyulması, qaz limiti bərpa edilənədək bərpa edilməyən qaz limitinin dəyərinin hər gecikdirilmiş gün üçün bir faizi miqdarında hesablanmış 76,32 manat dəbbə pulunun “Azəriqaz” İB-dən tutularaq X3 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, “Azəriqaz” İB-dən 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. İddiaçı X4 qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2923/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 376/2022 saylı, 06 may 2022-ci il tarixli icra vərəqəsinə əsasən “Bakı şəhəri, Yaşama rayonu, M.D.Məmmədzadə küçəsi, 3147-ci məhəllə, ev 77 mənzil 75 (Abonent kodu: **********00750) ünvanına 2021-ci il üçün güzəştli qaz limitinin bərpa edilməsi vəzifəsi “Azəriqaz” İB-nin üzərinə qoyulsun. Qaz limiti bərpa edilənədək bərpa edilməyən qaz limitinin dəyərinin hər gecikdirilmiş gün üçün bir faizi miqdarında hesablanmış 76,32 manat dəbbə pulu “Azəriqaz” İB-dən tutularaq X3 ödənilsin, iddia qalan hissədə təmin edilməsin. “Azəriqaz” İB-dən 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün” qət edilmişdir. Qeyd edilən icra vərəqəsi icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmiş və icra məmuru X6 təyin edilmişdir. İcra məmuru tərəfindən 2022-ci ilin avqust ayında ona bildirmişdir ki, qətnamənin icra olunması üçün cavabdehə bildiriş göndərilmişdir və icra olunmasa müvafiq ciddi tədbirlər görüləcəkdir. Dəfələrlə icra məmuru ilə əlaqə saxlmağa cəhd göstərsə də, telefona cavab verilmir, icra şöbəsinə bu barədə şikayət edildikdə isə, məsələ ilə əlaqədar birbaşa icra məmuruna müraciət etməyini bildiriblər. Ədliyyə Nazirliyinin qaynar xəttinə müraciət etdikdən sonra 76,32 manat dəbbə pulu 13 oktyabr 2023-cü ildə onun bank hesabına köçürülmüş, amma qətnamənin digər hissəsi isə icra edilməmişdir. İcra məmuru isə ondan xəbərsiz icra sənədini geri qaytarmışdır. “Azəriqaz” İB-nin rəsmi internet səhifəsində isə **********00750 nömrəli Abunəçi kodunda hər hansı düzəliş olunmadığı görsənir, “Azəriqaz” İB-nin qaynar xəttinə edilən zəngdən də təsdiq edirlər ki, abunəçinin şəxsi hesabında qaz limitin bərpası həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi (tələbkar) X4 şikayəti müdafiə edərək bildirdi ki, bu günə kimi Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi icra edilməmişdir. Həmçinin o, “Azəriqaz” İB-dən icra sənədinin könüllü icrası barədə məktub almış, lakin bildirmişdir ki, bu saxta sənəddir. Borclu gəlib məhkəmə iclasında iştirak etməli və icranı nə cür icra etdiyi barədə sübut verməli idi. “Azəriqaz” İB tərəfindən ona yalnız 76,32 manat dəbbə pulu ödənilmişdir. Lakin 2021-ci il üçün güzəştli qaz limitinin bərpa edilməsi vəzifəsi icra olunmamışdır, bunu da hesablansa, kifayət qədər yüksək məbləğ edir. Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayət ərizəsinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətə baxaraq, iş materiallarını və icra işini araşdıraraq, hesab edir ki, verilmiş şikayət əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə 3147-ci məhəllə, ev 77 mənzil 75 (Abonent kodu: **********00750) ünvanına 2021-ci il üçün güzəştli qaz limitinin bərpa edilməsi vəzifəsinin “Azəriqaz” İB-nin üzərinə qoyulması, qaz limiti bərpa edilənədək bərpa edilməyən qaz limitinin dəyərinin hər gecikdirilmiş gün üçün bir faizi miqdarında hesablanmış 76,32 manat dəbbə pulunun “Azəriqaz” İB-dən tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Azəriqaz” İB-nin “icra sənədinin icra edilməsi haqqında” 06 iyun 2023-cü il tarixli məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi “Azəriqaz” İB-yə daxil olmuş və vaxtında könüllü icra edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusiflinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli köçürülmə qəbzinə əsasən 76,32 manat pul köçürülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 8.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə icraata başlanılmış, icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan icra məmuru buna istinad edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Hazırda tələbkar borclunun icra sənədini tam icra etmədiyini, yəni Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə 3147-ci məhəllə, ev 77 mənzil 75 (Abonent kodu: **********00750) ünvanına 2021-ci il üçün güzəştli qaz limitinin bərpa edilməsi hissəsində icra etmədiyini bildirərək, Xətai rayon icra şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsini və icra hərəkətlərinin davam edilməsini tələb edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2-ci maddəsinə əsasən borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi iki hissədən ibarətdir: 1) Bakı şəhəri, Yasamal rayonu, M.D.Məmmədzadə 3147-ci məhəllə, ev 77 mənzil 75 (Abonent kodu: **********00750) ünvanına 2021-ci il üçün güzəştli qaz limitinin bərpa edilməsi vəzifəsinin “Azəriqaz” İB-nin üzərinə qoyulması; 2) qaz limiti bərpa edilənədək bərpa edilməyən qaz limitinin dəyərinin hər gecikdirilmiş gün üçün bir faizi miqdarında hesablanmış 76,32 manat dəbbə pulunun “Azəriqaz” İB-dən tutularaq X3 ödənilməsi. Borclu “Azəriqaz” İB sözügedən icra sənədinin yalnız ikinci hissəsini icra edərək, qaz limiti bərpa edilənədək bərpa edilməyən qaz limitinin dəyərinin hər gecikdirilmiş gün üçün bir faizi miqdarında hesablanmış 76,32 manat dəbbə pulunu tələbkar X3 ödəmişdir. Lakin icra sənədinin birinci hissəsi icra edilməmiş və icra məmuru tərəfindən icra sənədinin icraatına xitam verilmişdir. Məhkəmə icra sənədinin tam icra edilmədiyini nəzərə alaraq hesab edir ki, tələbkar X2 şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusiflinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusiflinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə “icraata xitam verilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-683/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-683/2023
20.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver