Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-686/2022 06.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iş üzrə Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev Borclu adına qeydiyyatda olan «VAZ-21061» minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə borcun ödənilməsi məqsədi ilə həbs qoyularaq cərimə meydançasına qoyulması barədə təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1783/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilərək, Borclu adına qeydiyyatda olan «VAZ-21061» minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Hal-hazırda Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev icra sənədi üzrə borclunun əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 13638/2016 saylı, xx.xx.2016- cı il tarixli icra sənədinə əsasən Borclu 494.21 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. xx.xx.2016-cı il tarixli qərarla başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. Tələbin təmin edilməsi məqsədilə, müvafiq təqdimatıma əsasən, Yasamal rayon Məhkəməsinin 8(004)-1783/2018 saylı xx.xx.2018-cı il tarixli qərardadı ilə Borclu məxsus “VAZ 21061” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra tədbirləri nəticəsində iş üzrə tələbkar "xxxx" ASC-nin şöbəyə ünvanladığı məktubdan icra sənədində göstərilən məbləğin tam olaraq ödənildiyi məlum olmuşdur. Zərurət aradan qaldırıldığı üçün Borclu məxsus “VAZ 21061” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin Yasamal rayon Məhkəməsinin müvafiq qərardadları ilə qoyulmuş həbsin götürülməsini məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsaslanaraq, Yasamal rayon Məhkəməsinin müvafiq qərardadları ilə Borclu məxsus “VAZ 21061” minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iş üzrə Borclu bildirdi ki, o banka olan borcunu ödəmiş və hazırda onun banka ödənilməmiş borcu qalmamışdır. Odur ki, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) xəbərdar edilmiş iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 1783/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilərək, Borclu adına qeydiyyatda olan «VAZ-21061» minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş "xxxx" QSC-nin Yasamal Rayon icra şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13638/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin “İcra Haqqında” AR Qanunun 20.1.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş olunmuşdur. Təqdimata əlavə edilmiş icra işindən çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-13638/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə “İcra Haqqında” AR Qanunun 20.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1783/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilməli, icra sənədinin icrası ilə əlaqədar Borclu adına olan «VAZ-21061» minik markalı, **-CO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-1783/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilsin. İcra sənədinin icrası məqsədilə məcburi icra tədbiri kimi Borclu mülkiyyətində “VAZ 21061” minik markalı **-CO-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-686/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-686/2022
06.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver