Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-687/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, X2 nümayəndəsi və vəkili X10, Maraqlı şəxslərin nümayəndəsi və vəkili X6, Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslnabəylinin iştirakları ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsinə dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 cavabdehlər Borclu1 və Borclu2 qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 21, 22, 24a və 75 saylı mənzillərin boşaldılması və iddiaçının həmin mənzilə köçürülməsi, dövlət rüsumu üçün ödənilmiş 10 (on) manat, bank rüsumu üçün ödənilmiş 1 (bir) manat, notariat haqqı üçün ödənilmiş 11,5 manat pulun cavabdehdən tutulub ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillərin boşaldılması, iddiaçı X11 həmin mənzillərə köçürülməsi, iddiaçı X1 və istifadə hüquqlarına, o cümlədən sərbəst giriş və çıxışına maneə yaradan hərəkətlərin cavabdehlərə qadağan olunması, dövlət rüsumu üçün ödənilmiş 10 (on) manat, bank rüsumu üçün 1 (bir) manat, notariat haqqı üçün ödənilmiş 11,5 manat olmaqla, cəmi 22,5 manat pul cavabdehlər Borclu1 və Borclu2 müştərək qaydada tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli icra sənədinin izah olunması barədə təqdimatla xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən “ünvan 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillər boşaldılsın” ifadəsi “həmin mənzillərin hazırki mülkiyyətçilərinin və orada yaşayan digər şəxslərin həmin mənzillərdən məcburi qaydada çıxarılmasını” ehtiva edib-etməməsi haqqında izah verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillər boşaldılmalıdır. İddiaçı X11 həmin mənzillərə köçürülməlidir. İddiaçı X1 və istifadə hüquqlarına, o cümlədən sərbəst giriş və çıxışına maneə yaradan hərəkətlər cavabdehlərə qadağan olunmalıdır. İcraat zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətindən müətəxəssis dəvət edilmiş, həmin idarə tərəfindən şöbəyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X22 küç 2 ünavnında yerləşən 25 saylı mənzil Yasamal rayonu, Yeni Yasamal -2 küçəsi, ev 12F, giriş 3, 80 saylı mənzil olaraq X7 adına; Bakı şəhəri, Yasamal rayonu, X22 küç 2 ünavnında yerləşən 22 saylı mənzil Yasamal rayonu, Yeni Yasamal -2 küçəsi, ev 12F, giriş 3, 76 saylı mənzil olaraq X8 adına; Bakı şəhəri, Yasamal rayonu, X22 küç 2 ünavnında yerləşən 24a saylı mənzil Yasamal rayonu, Yeni Yasamal - 2 küçəsi, ev 12F, giriş 3, 74 saylı mənzil olaraq X3 adına; Bakı şəhəri, Yasamal rayonu, X22 küç 2 ünavnında yerləşən 26 saylı mənzil ünvan 6 saylı mənzil olaraq X5 adına; Bakı şəhəri, Yasamal rayonu, X22 küç 2 ünavnında yerləşən 75 saylı mənzil ünvan 7 saylı mənzil olaraq X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Adları sadalanan mülkiyyətçilərin məhkəmə qətnaməsində borclu qismində tanınması, mübahisəli mənzillərin başqa şəxslərin adına mülkiyyət hüquqlarını təsdiq edən çıxarışların mövcud olması növbəti icra tədbirlərinin həyata keçirilməsinə çətinlik törətmiş və icra sənədinə izah verilməsi üçün məhkəməyə müraciət olunması zərurətini yaratmışdır. Məhkəmə iclasında iştirak edən X2 nümayəndəsi və vəkili X14 izahatında bildirmişdir ki, qətnamənin icrası mənzillərin boşaldılması ilə bağlıdır. Hazırda qətnamənin icrası mümkün olmadığından təqdimatın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxslərin nümayəndəsi və vəkili X13 izahatında bildirmişdir ki, qətnamənin icrası mümkün olmadığı halda icra sənədi icra olunmadan geri qaytarılmalı idi. İzah olunması ilə bağlı əvvəlcə də müraciət olunub və qətnaməyə izah verilməsi təmin olunmamışdı. Hazırda icra məmuru tərəfindən qətnaməyə izah verilməsi barədə təqdimat təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatı müdafiə edərək izahatında bildirmişdir ki, mənzillərin nömrələri dəyişdirilib, çıxarışlar yenidir, qətnamədə göstərilməlidir. Hazırda qətnamənin icrası mümkün deyil. Odur ki, təqdimatın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, X22 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillər boşaldılmalıdır. İddiaçı X11 həmin mənzillərə köçürülməlidir. İddiaçı X1 və istifadə hüquqlarına, o cümlədən sərbəst giriş və çıxışına maneə yaradan hərəkətlər cavabdehlərə qadağan olunmalıdır. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülkiyyətin növündən asılı olmayaraq, mülkiyyətin toxunulmazlığına təminat verir və heç kəs öz mülkiyyətindən qeyri-qanuni yolla və ya əsassız qaydada mərhum oluna bilməz. Qeyd olunan bu anlayış mülkiyyətin özünün hüquqi anlayışıdır və onun iqtisadi mənada olmaqla hüquq normaları çərçivəsində mühafizə olunmasını qeyd edir. Lakin mülkiyyətin hüquqi cəhətdən anlayışı, Konstitusiyanın 29-cu maddəsində göstərilir. Yəni, mülkiyyət özü iqtisadi mənada müəyyən olunursa, mülkiyyət hüququ isə həmin iqtisadi mənada özünü əks etdirən maddi aləmin əşyasını hüquq cəhətdən qoruyur və əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yannda Əmlak Məsələləri Dövlət Xidmətindən mütəxəssis dəvət edilmiş, həmin idarə tərəfindən şöbəyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X22 küç 2 ünvanında yerləşən 25 saylı mənzil ünvan 4 saylı mənzil olaraq X7 adına; Bakı şəhəri, Yasamal rayonu, X22 küç 2 ünvanında yerləşən 22 saylı mənzil ünvan 5 saylı mənzil olaraq X8 adına; Bakı şəhəri, Yasamal rayonu, X22 küç 2 ünvanında yerləşən 24a saylı mənzil Yasamal rayonu, Yeni Yasamal - 2 küçəsi, ev 12F, giriş 3, 74 saylı mənzil olaraq X3 adına; Bakı şəhəri, Yasamal rayonu, X22 küç 2 ünvanında yerləşən 26 saylı mənzil ünvan 6 saylı mənzil olaraq X5 adına; Bakı şəhəri, Yasamal rayonu, X22 küç 2 ünvanında yerləşən 75 saylı mənzil ünvan 7 saylı mənzil olaraq X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, qanunvericiliyin tələblərinə əsasən mülkiyyət hüququ toxunulmazdır və maraqlı şəxslərin adına qeydə alınmış çıxarışlar məhkəmə tərəfindən mübahisələndirilməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin izah edilməsində məqsəd qətnamədə olan qeyri-aydın məsələlərin aradan qaldırılmasıdır. Məhkəmə hesab edir ki, sözügedən qətnamə kifayət qədər aydın yazılmışdır və qətnaməyə izah verilməsinə zərurət yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsinə dair təqdimatı əsassız olduğundan, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə görə, qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.1-ci maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230-cu və 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə izah verilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №8(004)-687/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-687/2023
30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver