Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-690/2023 27.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, X1 nümayəndəsi X4, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X7, Borclu Əliağa oğlunun iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2017 saylı icra sənədi üzrə tələbkar Ağayeva (Məmmədova) Günel Məlik qızı tərəfindən icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi barədə verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələbkar Ağayeva (Məmmədova) Günel Məlik qızı şikayət ilə məhkəməyə müraciət edərək, Yasamal rayon icra şöbəsinin icra məmuru Bəhruz Bayramovun hərəkətlərinin qanunsuz hesab edilməsi və xx.xx.2023-cü il tarixli aktın, xx.xx.2023-cü il tarixli ərizənin və xx.xx.2023- cü il qəbzin ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2017 saylı icra vərəqəsinə əsasən, Borclu Əliağa oğlundan iki uşağın saxlanması üçün hər ay 150 manat olmaqla, cəmi 300 manat aliment tutularaq ona ödənilməlidir. Keçmiş yoldaşı Borclu ilə aralarında olan nikah 2017-ci il tarixdə ləğv olunmuşdur. Həmin nikahdan iki övladları vardır. Həmin iki övladın saxlanılması üçün təyin olunmuş aliment mələğinin Mehman vaxtında ödəməmiş və aliment borcu 17.000 manat olmuşdur. O, dəfələrlə şikayət etməyinə baxmayaraq Mehman aliment borcunu ödəməmişdir. Borclu borc məbləğini ödəyə bilməyəcəyini və ödənilməsi üçün vaxt istədiyini bildirmişdir. Borclu inanmadığı üçün razılaşmamış və bu barədə icra məmuru tərəfindən inzibati protakol tərtib olunaraq məhkəməyə təqdim olunmuş, o da prosesdə iştirak etmişdir. Məhkəmə vaxtı Borclu hakimə söz vermişdir ki, bu zamana kimi yığılan borc məbləğini və bundan sonrakı aliment borclarının ödənilməsi üçün evi uşağın adına keçirəcək. Həmçinin, bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. O da bu şərtlə ərizə yazaraq məhkəmədən 1 ay müddətində evin ada keçirilməsi üçün vaxt istəmişdir. Lakin, o söz verdiyi müddətdə evi uşağın adına keçirməmişdir. Borclu ona yalan danışdığını bilib aliment pulunu tam tələb etmişdir. Borclu icra məmurunun onu həbs etməyindən qorxaraq ona evin sənədləşdirilməsində problem olduğunu, onu aldatmadığını və evin uşağın adına sənədləşdirilənədək 9000 manat aliment borcundan bir hissəsini ödəməklə, lakin qarşılığında ona tam qəbz verilməsini tələb etdi. O, razılaşmadığında isə Borclu arvadının onu boşayacağını bildirmiş, o da qalıq 8000 manat aliment borcunun notariat təsdiqli borc müqaviləsi bağlanmasını şərt qoymuşdur. Amma Borclu yenə arvadının razılaşmayacağını bildirmişdir. Bu səbəbdən o, aliment pulunun tam şəkildə ödənilməsini tələb etmişdir. Təkrarən Borclu 9000 manat aliment pulunu götürməyini, götürdükdən sonra 1 ay müddətində evin uşağın adına sənədləşdirəcəyini söz vermişdir. Sonra Borclu onun anası X5 zəng edərək 9000 manat aliment pulunu Yasamal rayon icra şöbəsinə gələrək təhvil almasını istəmişdir. Anası da icra şöbəsinə getmiş və Yasamal rayon icra şöbəsinin icra məmuru Bəhruz Bayramov tərəfindən tərtib olunan akt, ərizə və qəbz şəklində sənədlər hazırlanaraq anasına təqdim olunmuş və anası pulu almadan dövlətin məmuruna etibar edərək sənədləri imzalamışdır. Sonradan isə Mehmandan 9000 manatı almış və pulun 9000 manat olduğunu müəyyən etmişdir. Daha sonra Mehman anasına pulun 90 ədəd olduğunu soruşduqda isə anası təsdiq etmişdir. Anası ona zəng edərək 9000 manat pulu aldığını və qarşılığında qəbz almadığını söyləmişdir. Bundan 1 saat sonra anası Mehmanın anası ilə telefon vasitəsi ilə əlaqə saxladıqda Borclu onlara vəd etdiyi evi satdığını bildikdən sonra o Mehmana zəng edərək pulu tam şəkildə tələb etmişdir. Borclu da ona tam ödədiyini bildirmiş, 17.000 manat aliment borcun tam şəkildə ödənilməsinə dair qəbzin və ərizənin surətinin olduğunu bildirmişdir. O isə icra məmuru Bəhruz Bayramova zəng etmiş və icra məmuru Borclu ilə telefon əlaqəsi zamanı aliment borcunun tam şəkildə bağlayacağını bildirdiyi üçün qəbz və ərizəni 17.000 manat məbləğində hazırladığını bildirmişdir. Daha sonra B.Bayramov 17.000 manatı görmədiyini, lakin Mehmanın sözünə etibar edərək akt, qəbz və ərizəni tərtib etdiyini, gec olduğunu artıq anasının imzası ilə təsdiq etdiyini bildirmişdir. O bununla bağlı icra məmurundan Ədliyyə Nazirliyinin qaynar xəttinə, İcra baş idarəsinə və Prakrorluğa müraciət etmişdir. Cavablarında isə onun haqqlı olduğunu, şahidlərlə və telefondakı Mehman ilə danışıqlarının əsaslı olduğunu bildirərək məhkəməyə müraciət etməyini məsləhət bilmişlər. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X8 şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, borclu ona zəng edərək evi hələ satmadığını və 9000 manat pul verəcəyini bildirmiş, onu icra şöbəsinə çağırmışdır. Qızı da ona borclunun 9000 manat pul verəcəyini, borcun qalan hissəsini evi satdıqdan sonra verəcəyini demişdi. İcra məmuru Bəhruz Bayramov ondan borclunun tələbkara 17200 manat borcunun olmasını soruşduqda o, cavabında həmin borcun olmasını təsdiq etmişdir. İcra məmuru ona pul verilmədən 3 ədəd kağıza imza çəkdirmiş və çıxıb getmişdir. Mehman ona 9000 manat pul vermişdir. O, borclunun yanında 9000 manat pulu saymışdır. Sonra icra məmuru gələrək ondan pulu alıbalmadığımı soruşduqda o pulu aldığını təsdiq etmişdir. İcra məmuru Bəhruz Bayramov həmin məbləğin 17200 manat olub-olmamasını soruşmamışdır. Həmin qəbz də ona təqdim edilməmişdir. O, ərizənin, aktın və qəbzin məzmununu oxumamışdır. Məhkəməyə təqdim etdiyi whatsapp yazışmaları və səs yazılarından görünür ki, borclu qızınna kimdənsə borc alıb 9000 manat pul düzəldib verəcəyini bildirmişdir. Sonradan məlum olmuşdur ki, borclu evi satmış və 9000 manat pulu da alqı-satqı nəticəsində əldə etdiyi puldan vermişdir. Həmin whatsapp yazışmaları və səs yazıları xx.xx.2023-cü il tarixə aiddir. Məhkəmə iclasında iştirak edən icra məmuru Bəhruz Bayramov izahatında bildirmişdir ki, onun telefonunda tələbkarın nümayəndəsinə verilən suallara cavab olaraq 17200 manat pulu aldığını, alimentlə bağlı borcun olmadığını təsdiq etdiyini, qəbzin və aktın məzmununun həm icra məmurunun ona oxuduğu, həm də özünün şəxsən oxuduğunu bildirdiyi səs yazıları vardır. Hal şahidi Hüseyn Qasımov kuryerdir. O, pulu saymamışdır. Borclu onun iş otağında pulu tələbkarın nümayəndəsinə vermişdir. Hesab edir ki, həmin pulu saymağa zərurət yox idi. O, pulu görmüşdür. Borclu pulu bağlamada tələbkarın nümayəndəsinə vermişdir. Tələbkarın nümayəndəsi bağlamanı açmış, saymış və çantasına qoymuşdur. O, tələbkarın nümayəndəsindən 17200 manat pulu alıb-almadığını soruşduqda, o, 17200 manat pulu aldığını təsdiq etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu Əliağa oğlu izahatında bildirmişdir ki, alqısatqı barədə danışıqlar apardığı şəxs evin pulunu ona vermiş və o da həmin gün bütün borcu tələbkarın nümayəndəsinə vermişdir. O, 17200 manat borcun hamısını ödəmişdir. 17200 manat borcu icra məmurunun otağında tələbkarın nümayəndəsinə ödəmişdir. Pulu əvvəlcədən saymışdır. Pulu tələbkarın nümayəndəsinə verəndə özü də saymışdır. O, pulu tələbkarın nümayəndəsinə verəndə otaqda dostu, işçilər də var idi. İcra məmuru həmin vaxt sənədi götürüb bayıra çıxmışdır. Onda artıq pulu tələbkarın nümayəndəsinə təhvil vermişlər. Alqı-satqı barədə danışıqlar apardığı şəxs evin pulunu müqavilə bağlamamışdan öncə, xx.xx.2023-cü il tarixində ona vermişdir. Alqı-satqı müqaviləsinin tarixi dəqiq yadında deyil, alıcını adı yadından çıxmışdır. Məhkəmə tələbkarın ərizəsini və iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon İcra şöbəsinin icra məmuru X13, iş üzrə Borclu, hal şahidləri ünvan 1 ünvanında yaşayan X9, ünvan 2 ünvanında yaşayan X10, X1 etibarnamə üzrə nümayəndəsi X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən icra şöbəsinin inzibati binasında 17200 manat pulu X1 etibarnamə üzrə nümayəndəsi X5 ödəmişdir. İş materiallarında olan X1 etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizə qeyd etmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixə yaranmış 17200 manat aliment pulunu Borclu tam qaydada almış, xx.xx.2023-cü il tarixə aliment üzrə Mehman X2 hər hansı borcu yoxdur. Ərizəni oxumuş, onun sözləri ilə yazılmış, doğruluğunu imzası ilə təsdiq edir. İş materiallarında olan X1 etibarnamə üzrə nümayəndəsi X8 tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizə qeyd etmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixə yaranmış 17200 manat aliment pulunu Borclu tam qaydada almış, xx.xx.2023-cü il tarixə aliment üzrə Mehman X2 hər hansı borcu yoxdur. Ərizəni oxumuş, onun sözləri ilə yazılmış, doğruluğunu imzası ilə təsdiq edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdə qeyd edilmişdir ki, X1 etibarnamə üzrə nümayəndəsi X8, Borclu 17200 (on yeddi min iki yüz) manat aliment pulunu tam nəğd formada almış və xx.xx.2023-cü il tarixə aliment üzrə Mehman X2 hər hansı borcu yoxdur. Qəbz onun sözləri ilə çap olunmuş, doğruluğunu öz imzası ilə təsdiq edir. İş materiallarında flaş diskdə olan vatsapp proqramı vasitəsilə Borclu tərəfindən X11 göndərilmiş audio yazıya məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Borclu Ağayeva (Məmmədova) Günel Məlik qızına “evin sənədlərində problem olduğu üçün sənədləri düzələnə qədər hələ satmaq işinin gecikəcəyini, onun isə vaxtının daraldığını, 8-9 min manat pul tapdığını, onu verməsini, bunun qarşılığında icrada borcunu sıfırlamasını, icrada borcu sıfırlamadığı təqdirdə borc götürməyinin də mənasız olduğunu, çünki Günelin şikayəti ilə yenə tutulacağını, evi alqı-satqısı olanda qalan pulu öz aralarında gətirib verəcəyini bildirir. İş materiallarında olan flaş diskdə icra məmuru tərəfindən yazılmış səs yazısına səsləndirilmiş və müəyyən edilmişdir ki, vasitəsilə Borclu tərəfindən X11 göndərilmiş audio yazıya məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, X1 etibarnamə üzrə nümayəndəsi X8 borclu tərəfindən verilən pulu sayması, ərizənin və qəbzin məzmunun icra məmuru tərəfindən ona oxunmasını təsdiq edir. X3 bildirir ki, icra şöbəsindən çıxanda X14 zəng edərək, qalan pulu borclunun ona evi satandan sonra verəcəyini deməsini bildirir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-4033/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Yasamal rayon icra şöbəsinin icra məmuru X13 tərəfindən 25 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Borclu iki uşağın saxlanması üçün 300 manat sabit pul məbləğində aliment tutularaq X11 ödənilməlidir. Borclu 17000 manat borcu vardır. Nəticədə Borclu tərəfindən Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 528,1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X14 tərəfindən xx.xx.2023-cü il tarixdə ərizə verərək, Borclu tərəfindən ödəniləcək aliment borcu əvəzinə bir ədəd evin onun adına rəsmiləşdirilməsi barədə razılığa gəldiklərini bildirmiş, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Müvafiq qərarla, Borclu barəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal Rayon icra Şöbəsinin icra məmuru X13 tərəfindən tərtib olunmuş 25 iyul 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə iş üzrə sübutları tədqiq edərək, belə nəticəyə gəlir ki, tələbkarın mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli aktın, xx.xx.2023-cü il tarixli ərizənin və xx.xx.2023- cü il qəbzin ləğv olunması üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən icra şöbəsinin inzibati binasında 17200 manat pulu X1 etibarnamə üzrə nümayəndəsi X5 ödəməsi barədə icra məmurunun da iştirakı ilə akt tərtib edilsə də, icra məmurunun məhkəmə iclasında verdiyi izahatdan görünür ki, o, pulu saymamışdır. Bu da onu göstərir ki, icra məmurunun pulun məbləğindən məlumatı olmamış, lakin 17200 pulun verilməsinə dair aktı imzası ilə təsdiq etmişdir. Həmçinin, borclu da izahatında pulu tələbkarın nümayəndəsinə verən zaman icra məmurunu otaqda olmadığını bildirmişdir. Bundan başqa, Borclu X11 göndərdiyi audio yazıların hər birində “evin sənədlərində problem olduğu üçün sənədləri düzələnə qədər hələ satmaq işinin gecikəcəyini, onun isə vaxtının daraldığını, 8-9 min manat pul tapdığını, onu verməsini, bunun qarşılığında həbs edilməməsi üçün icrada borcunu sıfırlamasını, evi alqı-satqısı olanda qalan pulu öz aralarında gətirib verəcəyini bildirmişdir. Borclu məhkəmə iclasında verdiyi izahatında, alqısatqı barədə danışıqlar apardığı şəxs evin pulunu müqavilə bağlamamışdan öncə, xx.xx.2023-cü il tarixində ona verdiyini, onun da borclunun nümayəndəsinə 17200 manat pulu verdiyini, alqı-satqı müqaviləsinin tarixinin dəqiq yadında olmadığını, alıcının da adının yadından çıxdığını bildirmişdir. Məhkəmə tərəfindən borcluya alqı-satqı müqaviləsinin təqdim edilməsi üçün əlavə vaxt verilmiş, lakin borclu müqaviləni məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, adını xatırlamadığı şəxsin ona etibar edib müqavilə bağlanmamışdan əvvəl mənzilin dəyərini ödəməsi absurddur və inandırıcı deyildir. Bununla belə, məhkəmə tələbkarın nümayəndəsinin ərizənin, aktın və qəbzin məzmununu oxumamamasına dair dəlilini də əsassız hesab edir. Belə ki, həm aktda, həm də ərizədə və qəbzdə 17200 manat pulun verilməsi qeyd edilmiş, tələbkarın nümayəndəsi də həmin sənədləri oxumasını öz imzası ilə təsdiq etmişdir. Həmçinin, icra məmurunun sualına cavab olaraq pulu saymasını, ərizənin və qəbzin məzmunun ona oxunmasını təsdiq etmişdir. Lakin, işin hallarından görünür ki, tərəflər borclunun məsuliyyətinə cəlb edilməməsi üçün borcun tam ödənilməsinin təsdiq edilməsi, qalan 8200 manat pulun sonradan evin satışından əldə edilən vəsait hesabına öz aralarında ödənilməsi barədə razılığa gəlmişlər. Məhkəmə qeyd edir ki, bu halda belə borcun tam ödənilməsi barədə sənədin tərtib edilməsi, ödənilən məbləğin bilə-bilə çox göstərilməsi yolverilməzdir. Bunun üçün icra məmuru tərəfindən digər mümkün icra tədbirləri həyata keçirilməli idi. Xüsusilə nəzərə alınmalıdır ki, icra sənədi üzrə borc yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün ödənilməli olan alimentlə bağlı yaranmışdır. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, ərizə təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2017 saylı icra sənədi üzrə tələbkar Ağayeva (Məmmədova) Günel Məlik qızı tərəfindən verilmiş icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi barədə şikayət edilməli, xx.xx.2023-cü il tarixli akt, xx.xx.2023-cü il tarixli ərizə və xx.xx.2023-cü il qəbz ləğv olunmalı, icra sənədi üzrə Borclu Əliağa oğlu tərəfindən tələbkara ödənilmiş borcun məbləğinin 9000 manat olması müəyyən edilməlidir. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2017 saylı icra sənədi üzrə tələbkar Ağayeva (Məmmədova) Günel Məlik qızı tərəfindən verilmiş icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi barədə şikayət təmin edilsin. xx.xx.2023-cü il tarixli akt, xx.xx.2023-cü il tarixli ərizə və xx.xx.2023-cü il tarixli qəbz ləğv olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7021/2017 saylı icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə Borclu Əliağa oğlu tərəfindən tələbkara ödənilmiş borcun məbləğinin 9000 (doqquz min) manat olması müəyyən edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-690/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-690/2023
27.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver