Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-691/2022 17.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3168/2022-004 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X1 Borclu Yasamal Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra şöbəsinin icra məmuru X2 xx.xx.1973-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Yasamal Rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3168/2022-004 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Borclu cəmi 3430,98 manat məbləğində pul vəsaiti və 54,30 manat məbləğində dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2022-ci il tarixdə başlanılmış icraat zamanı icra sənədinin icrası borclu tərəfindən könüllü təmin edilməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Borclu şöbəyə dəvət edilmiş, lakin o müxtəlif bəhanələr gətirərək icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Bundan sonra Borclu adına olan mobil telefon nömrələri ilə əlaqə saxlanılmış, lakin o şöbəyə gəlməmişdir. Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsi, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı Şəhəri Yasamal Rayon İcra şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və icra işini tədqiq edərək hesab edir ki, təqdimat əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 3168/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 3430,98 manat məbləğində pul vəsaiti və 54,30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3168/2022-004 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən Borclu xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3168/2022-004 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Borclunun məcburi gətirilməsi haqqında qərarda qeyd edilmişdir ki, xx.xx.1973-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3168/2022-004 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə, saat 10:00-da Yasamal Rayon İcra Şöbəsinin 118-ci otağına gəlmədiyi halda barəsində məcburi gətirmə haqqında təqdimatla məhkəməyə müraciət olunacaqdır. “İcra haqqında” Qanunun 84.2-ci və 84.3-cü maddələrinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Məhkəmə icra işini, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimatda göstərilənlər nəzərə alınmaqla, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya məcburi gətirilmə tətbiq olunmalıdır. Yuxarıda göstərilənləri rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Yasamal Rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Yasamal Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-691/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-691/2022
17.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver