Məhkəmə qərarları › İş №8(004)-691/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-691/2023

13.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-691/2023 13.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-439/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, borclu xx.xx.1992-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-439/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu llrfan qızından ümumilikdə 10332,14 manat məbləğində pul tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icrası ilə bağlı bildiriş göndərilməsinə, şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Tərəflər və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və Yasamal Rayon Məhkəməsinin 2(004)-439/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə başlanmış e62053/2023-53-24-004 saylı icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 84-1. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267-269-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1992-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar