Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-691/2025 08.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X8, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-590/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə X2nın “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)- 590/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən 09 avqust 2012-ci il tarixdə doğulmuş X1 üçün Borclu hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında X4 xeyrinə tutulan alimentin miqdarının 2025-ci il üçün indeksasiya edilərək məbləği sonrakı artımlar nəzərə alınmaqla qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını nəzərdən keçirib hesab edir ki, X3 “aliment məbləğinin indeksasiyası”na dair ərizəsi baxılmadan geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 590/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən X4 iddiası təmin edilərək; X6 və Borclu arasında 03 iyun 2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış və 734 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 09 avqust 2012ci ildə doğulmuş X7 anası X4 yanında qalmasının müəyyən edilməsi, 09 avqust 2012-ci ildə doğulmuş X1 üçün Borclu hər ay hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında X4 xeyrinə aliment tutulması, alimentin 23 oktyabr 2015-ci il tarixdən X11 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, Borclu iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaiti X4 və dövlət rüsumunun çatışmayan hissəsinə münasib olaraq 10 (on) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin nəfinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 8.4-2-ci bəndinə əsasən Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. 8.4-3-cü bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-590/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən X4 iddiası təmin edilərək; X6 və Borclu arasında 03 iyun 2011-ci il tarixdə Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsində bağlanmış və 734 nömrəsi ilə qeyd edilmiş nikahın pozulması, 09 avqust 2012-ci ildə doğulmuş X7 anası X4 yanında qalmasının müəyyən edilməsi, 09 avqust 2012-ci ildə doğulmuş X1 üçün Borclu hər ay hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında X4 xeyrinə aliment tutulması, alimentin 23 oktyabr 2015-ci il tarixdən X11 yetkinlik yaşına çatana qədər müəyyən edilməsi, Borclu iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaiti X4 və dövlət rüsumunun çatışmayan hissəsinə münasib olaraq 10 (on) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin nəfinə tutulması qət edilmişdir. Hazırda tələbkar müvafiq qətnamə üzrə cavabdehdən tutulan alimentin miqdarının ölkə üzrə minimum əmək haqqına münasibətdə indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, indeksasiya üçün aliment qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulmalı, yəni aliment konkret məbləğlə ifadə edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 590/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tutulmuş aliment sabit pul məbləğində deyil, əmək haqqının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında müəyyən edildiyindən onun indeksasiyası mümkün deyil. Tələbkara izah olunmalıdır ki, o , ilk öncə iddia icraatı qaydasında “alimentin sabit pul məbləğində tutulması” tələbi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-590/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə X2nın “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinin icraata qəbulundan imtina edilməli, ərizə və ona əlavə edilmiş sənədlər tələbkara geri qaytarılmalıdır. Məhkəmə tələbkara izah edir ki, Ailə Məcəlləsinin 112-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi barədə müstəqil iddia qaldırmaq hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-590/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə X2nın “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-691/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-691/2025
08.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver